03/06/2026
Bura Cəbrayıl rayonun Horovlu kəndidir. Müasir, yüksək standartlara uyğun inşa edilmiş Horovlu… Turizm baxımındam hər kəsə faydalı olacaq məkan. Təklifi sevə-sevə, ürəklə qəbul edib yola .düşdük. İlhamiyya Rzanın yüksək peşəkarlıqla hazırladığı bu layihədə iştirak etməkdən zövq aldım. Hər şey mükəmməl idi, tanışlıq, sakinlərlə birbaşa təmas, onların yeni evlərinə adaptasiya olunmaları üçün göstərdikləri həvəs, həyəyanı təsərrüfatlarında etdikləri bostan və meyvə ağacları adama burada yaşamaq üçün “gəl-gəl” deyir. Bir sözlə, qızılgüllərlə əhatələnmiş Horovluda sanki cənnətə düşmüşdük. Diqqətimi bir idmançı kimi ən cox çəkən isə Horovluda uşaqların və gənclərin özünümüdafiəsi üçün istifadəyə verilən mükəmməl şərq əlbəyaxa döyüş zalı idi. Hələ bu zalda məşq edən qızlarımızən say çoxluğunu görmək daha da qürurvericiydi… Bir sözlə, hər şey qısa zaman kəsiyində o qədər incəliklərinədək düşünülüb inşa edilib ki, adamın ürəyindən buraya köçüb yaşamaq istəyi artır…
Horovlu kəndi haqqında qısa məlumat verim…kəndin ümumi sahəsi 248 hektardır.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəe...