Qanuna Zidd

Directions Website

Qanuna Zidd Əziz dostlar! Hər birinizi "Qanuna Zidd" Facebook səhifəsində görməyə şadıq.

Burada sizi nələr gözləyir:
📍Qanunvericiliyin qısa şərhi⚖️
📍Aktual problemlərin işıqlandırılması📰
📍Qanunları sadə dildə öyrənmək imkanı📚
📍Maarifləndirici videolar🎥

Bu gün Bakıxanov qəsəbəsində şəxsən üzləşdiyim və sürücülərin iflic vəziyyətində qaldığı bir absurdluğu diqqətinizə çatd...
23/08/2026

Bu gün Bakıxanov qəsəbəsində şəxsən üzləşdiyim və sürücülərin iflic vəziyyətində qaldığı bir absurdluğu diqqətinizə çatdırmaq istəyirəm. Ərazidə aparılan yol bağlanması və hərəkətin müvəqqəti təşkili nəinki nəqliyyatın axınını tənzimləyir, əksinə, sürücüləri açıq-aşkar tələyə salaraq ciddi xaos yaradır.
Hadisə yerindən çəkdiyim kadrlardan da göründüyü kimi, yolun girişində "Giriş qadağandır" nişanı qoyulub və hərəkət məcburi olaraq sağa yönləndirilir. Sağa döndükdən sonra növbəti yol ayrıcında "Məcburi sola dön" nişanı var. Lakin sola dönən yol da beton maneələrlə bağlanıb və orada da "Giriş qadağandır" nişanı quraşdırılıb. Sola dönə bilmədiyin üçün məcburən sağa yönəlirsən və avtomatik olaraq axının əksinə hərəkət etmək məcburiyyətində qalırsan. Hətta geriyə dönmək istədikdə belə, gəldiyin yol bir tərəfli olduğu üçün yenə də qarşıdan gələn nəqliyyat axınına qarşı hərəkət etməyə məcbur qalırsan.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yol hərəkətinin təşkili təhlükəsiz, məntiqi və maneəsiz olmalıdır. Sürücünü hər bir addımda qayda pozmağa sövq edən, hər iki tərəfdən çıxılmaz vəziyyət yaradan bu cür təşkilatçılıq idarəçilikdə ciddi naşılıq və məsuliyyətsizlikdir. Bu yanaşma süni sıxlığa və ağır qəza şəraitinin yaranmasına birbaşa zəmin yaradır.
"Qanunazidd" səhifəsinin rəhbəri və bir sürücü olaraq bildirirəm ki, yol hərəkətinin bu formada, heç bir məntiqə və hüquqi çərçivəyə sığmayan şəkildə təşkili tamamilə QƏBULOLUNMAZDIR!
Ərazidə hərəkətin təşkilində bu cür ziddiyyətli sxemin tətbiqinə yol verən və tənzimləməyə lazımi nəzarəti təmin etməyən aidiyyəti qurumların (AYNA, DYP, AAYDA və s.) məsul şəxslərinin məsələyə diqqəti cəlb olunmalı, yol verilmiş səhlənkarlıq araşdırılaraq müvafiq intizam tədbirləri görülməlidir...
Hörmətlə...

21/08/2026

Sığorta təmir xərcini düzgün hesablamayıb?

Tam versiya Facebook və Youtube da

Aparıcı: Elnur Əsəd

Qonaq: Hüseyn Məmmədzadə

19/08/2026

Mülki etibarnamə ilə avtomobil idarə etmək olar?

Tam versiya Facebook və Youtube da

Aparıcı: Elnur Əsəd

Qonaq: Hüseyn Məmmədzadə

19/08/2026

Spirtli içkidən neçə saat sonra avtomobil sürmək olar?

Tam versiya Facebook və Youtube da

Aparıcı: Elnur Əsəd

Qonaq: Hüseyn Məmmədzadə

18/08/2026

Texniki baxışda faralara görə problem yaranır?

Tam versiya Facebook və Youtube da

Aparıcı: Elnur Əsəd

Qonaq: Hüseyn Məmmədzadə Qanuna Zidd

Ötən günlərdə AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdi...
20/07/2026

Ötən günlərdə AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi "Yol hərəkətinin təşkili" mövzusundakı tədbirdə iştirak etdim. Tədbirə qatılmaqda əsas məqsədim yollarda hər gün qarşılaşdığımız, sosial şəbəkələrdə davamlı müzakirə etdiyimiz real problemləri və sürücülərin narazılıqlarını birbaşa aidiyyəti şəxslərin diqqətinə çatdırmaq idi.
Məruzəçi və dinləyici formatında olan adi rəsmi iclaslardan fərqli olaraq, bu dəfə açıq sual-cavab mühiti yaradılmışdı. Mən də öz növbəmdə çıxış edərək yol hərəkəti təhlükəsizliyi, infrastruktur layihələrindəki boşluqlar və sürücülərin maarifləndirilməsi ilə bağlı real irad və təkliflərimi konkret şəkildə səsləndirdim. Səslənən tənqidlərin, çətin və xoşagəlməz sualların kəsilmədən, arqumentlərlə dinlənilməsi və qəbul edilməsi görüşün ən faydalı tərəfi idi.
Bizim məqsədimiz sadəcə tənqid etmək yox, problemlərin real həllinə nail olmaqdır. Bu baxımdan, rəsmi qurumların vətəndaş cəmiyyəti və sahənin aktiv şəxsləri ilə bu cür üzbəüz, filtrsiz dialoq qurması müsbət addımdır. Çünki problemlər kabinetlərdə yox, yollarda yaşanır və həlli də real müzakirələrdən keçir.
Gözləntimiz və təklifimiz:
Bu növ açıq kürsülərin yaradılması təkcə AYNA ilə məhdudlaşmamalıdır. Yollardakı nizam-intizam və təhlükəsizlik tək bir qurumdan asılı deyil. Yaxşı olardı ki, Baş Dövlət Yol Polisi idarəsi (DYP) və digər aidiyyəti qurumlar da bu cür açıq dialoq formatını tətbiq etsinlər, sürücülərin səsini birbaşa eşitsinlər.
Görüşdən bəzi fotoları paylaşıram. Ümid edirəm ki, səsləndirdiyimiz iradlar sadəcə protokolda qalmayacaq və tezliklə yollarda real nəticəsini görəcəyik.
İzləməyə və ictimai nəzarətə davam!
Hörmətlə.

14/01/2026

Maşın alanda banka pul qoymaq lazımdır?

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Qanuna Zidd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share