Dendrologiya İnstitutu

Call Directions Contact the business

Dendrologiya İnstitutu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dendrologiya İnstitutu, Digital creator, Baku.

ARETN Dendrologiya İnstitutunun “Bitki Mühafizəsi” laboratoriyasının müdiri, a.e.ü.f.d., dosent Şaməddin Qəhrəmanov Odla...
14/11/2025

ARETN Dendrologiya İnstitutunun “Bitki Mühafizəsi” laboratoriyasının müdiri, a.e.ü.f.d., dosent Şaməddin Qəhrəmanov Odlar Yurdu Universitetində 13.11.2025-ci il tarixində qəhvəyi mərmər bağacığı (Halyomorpha halys Stal.) və ona qarşı mübarizə tədbirləri adlı elmi seminar təşkil etmişdir.

Seminarda universitetin “Biologiya və Ekologiya” kafedrasının professoru Ramazan Məmmədov, kafedranın müəllimləri, b.ü.f.d.,dosent, Tamilla Kərimova və b.ü.f.d. Əfruz Nəsirova və kafedranın bir qrup tələbələri iştrak etmişlər. Məruzəçi a.e.ü.f.d.,dosent Şaməddin Qəhrəmaov “qəhvəyi mərmər bağacığı (halyomorpha halys stal.) və ona qarşı mübarizə tədbirlərinə” dair araşdırmaları haqqında geniş məlumat vermişdir. Məruzəçi qəhvəyi mərmər bağacığının (Halyomorpha halys Stal.) respublikamızda daxili karantin zərərverici olaraq bir sıra kənd təsərrüfatı bitkilərinə, həmçinin dekorativ çoxillik ağac-kol bitkilərinə ciddi zərər verən təhlükəli zərərverici olmağını qeyd etmişdir. Seminar mövzusunun əsas məqsədi, qəhvəyi mərmər bağacığının Abşeron dendroflorasında yayılma areallarını müəyyənləşdirərək, zərərvericinin tədqiqat ərazisində bir sıra bioekoloji xüsusiyyətləri öyrənərək, təhlükəliliyini sübut olunaraq, ona qarşı ekoloji təhlükəsiz mübarizə tədbirlərinin elmi əsaslarını hazırlayıb, təsərrüfata tövsiyə etməkdən ibarət olmuşdur. Tədqiqatçı, Abşeron bölgəsində qəhvəyi mərmər bağacığına (Halyomorpha halys Stal.) dair apardığı tədqiqatları fotoşəkillərlə əyaniləşdirmişdir. Eyni zamanda tədqiqatçı zərərvericinin bir sıra bioekoloji xüsusiyyətlərini öyrənməklə yanaşı zərərvericinin təbii entomofaqlarını öyrənilməsi istiqamətində tədqiqatlar apararaq zərərvericiyə qarşı mübarizə işlərində yerli təbii entomofaqları aşkar edərək, ona qarşı ekoloji təhlükəsiz mübarizə tədbirlərində istifadə reqlamentini hazırlayaraq, tətbiqini tövsiyə etmişdir.

12/11/2025

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin ail...
12/11/2025

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk.

Kədəriniz kədərimizdir! Allah rəhmət eləsin!

9 Noyabr - Dövlət Bayrağı Günü
09/11/2025

9 Noyabr - Dövlət Bayrağı Günü

08/11/2025
Qubadlıda Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilibAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazi...
08/11/2025

Qubadlıda Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təkiltaçılığı və Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyi , AR ETN Dendrologiya İnstitutu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 7 saylı Qubadlı dəstəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli qurumlarının iştirakı ilə Qubadlıda Zəfər Gününə həsr edilmiş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Tədbirin məqsədi işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına, yaşıllıq sahələrinin artırılmasına və Qarabağın təbiətinin əvvəlki ekoloji möhtəşəmliyinə qaytarılmasına töhfə verməkdir.
Qarabağda 30 il davam edən işğal dövründə erməni işğalçıları tərəfindən törədilən ekoloji terror nəticəsində bu bölgədəki qədim tarixə malik, nadir və yaşı bilinməyən müxtəlif növ ağaclarla zəngin meşə sahələri talan edilmiş, təbiətə ağır zərbələr vurulmuşdur. Minlərlə qiymətli ağac kəsilərək məhv edilmiş, flora və fauna ciddi ziyan görmüşdür.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq və ekoloji dirçəliş işləri həyata keçirilir. Bu istiqamətdə reallaşdırılan tədbirlər nəticəsində Qarabağın ekoloji sistemi bərpa olunur, bölgə yenidən öz “yaşıl” simasını qazanır.
Aksiya çərçivəsində 1250 ədəd müxtəlif növ ağac və kol bitkiləri əkilib. Əkilən ağaclar əsasən bölgənin iqlim şəraitinə uyğun olan dekorativ və yerli növlərdən seçilib.
Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova, institutun əməkdaşları, Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Söhrab Abbasov, eləcə də yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.
Həyata keçirilən bu kimi ekoloji aksiyalar Qarabağın bərpasında mühüm rol oynayır və hər əkilən ağac Vətən torpağında yeni həyatın rəmzinə çevrilir. Dendrologiya İnstitutu tərəfindən növbəti illərdə də regionun yaşıllaşdırılması və biomüxtəlifliyin bərpası istiqamətində məqsədyönlü layihələr həyata keçiriləcək.
Aksiyanın sonunda iştirakçılar tərəfindən əkilən ağaclara qulluq üçün lazımi aqrotexniki tədbirlər görülüb, onların sağlam inkişafı üçün şərait yaradılıb.
Bu tədbir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ekoloji proqramların davamı olaraq regionun “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində atılan növbəti addımlardan biridir.


Zəfər Günü
07/11/2025

Zəfər Günü

07 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Bak...
07/11/2025

07 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Bakıdakı Zəfər Parkını ziyarət edib, Zəfər Parkındakı xatirə daşının önünə gül dəstələri qoyaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Ziyarət zamanı iştirakçılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın birliyinin və qəhrəman övladlarımızın fədakarlığının bu qələbədəki rolundan danışıblar.
Ziyarət dərin ehtiram və vətənpərvərlik ruhu ilə yadda qalıb.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətləri olan ali...
05/11/2025

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətləri olan alimlərin ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunması xəbəri bizi böyük qürur və sevinc hissi ilə doldurur.

Təltif olunan bütün hörmətli alimlərimizi hörmətli akademik İradə Hüseynova və professor Səyyarə İbadullayeva başda olnaqla – Fəxri diplom, “Şöhrət” ordeni, “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilənləri, eləcə də Prezidentin fərdi təqaüdünə layiq görülənləri səmimi qəlbdən təbrik edirik.

Sizə möhkəm can sağlığı, elm yolunda yeni nailiyyətlər, böyük elmi uğurlar və davamlı yaradıcılıq enerjisi arzulayırıq.

Bu mükafatlar hər birinizin elmi fəaliyyətinin, zəhmətinin və Vətən elminə sədaqətinin yüksək qiymətləndirilməsi olmaqla yanaşı, gələcək nəsil tədqiqatçılar üçün də nümunəvi bir çağırışdır.

Elmimiz var olsun, alimlərimiz ucalıqda olsun!
Hörmətlə Dendrologiya institutunun kollektivi

Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ...
05/11/2025

Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə qərara alıram:

1. Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Əfəndiyev Qalib Məmməd oğlu

Əliyev Adil Abas Əli oğlu

Kərimov Raqub Şahmar oğlu

Məmmədbəyli Eldar Hüseynqulu oğlu

Məmmədzadə İlham Ramiz oğlu

“Şöhrət” ordeni ilə

Əlquliyev Rasim Məhəmməd oğlu

Feyzullayev Əkpər Əkpər oğlu

Hüseynova İradə Məmməd qızı

Şükürov Kərim Kərəm oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abasov Səfa İslam oğlu

Ayda Zadə Kamil Rəcəb oğlu

Əliyev Əlövsət Qaraca oğlu

Əliyev İmir İlyas oğlu

Əsədov Mirsəlim Mirələm oğlu

Əzizova Fəridə Əhəd qızı

Qasımov Oktay Kazım oğlu

Mehdiyev Arif-Ala Əli-Ovsəd oğlu

Mədətov Rəhim Səlim oğlu

Mustafayev İslam İsrafil oğlu

Mustafayev Tehran Əlişan oğlu

Rəsulov Mahir Əbdüləli oğlu

Sərdarlı Rauf Mədət oğlu

Şahmuradov İlham Əyyub oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Eldar Mehdi oğlu

Abdullabəyova Gülər Həsən qızı

Bağırov Əkrəm Daxil oğlu

Bəhramov Cəbi Əmirvar oğlu

Bunyatzadə Könül Yusif qızı

Əliyev Təvəkkül Rəsul oğlu

Əliyeva Nuray Yadigar qızı

Xavəri Sərxan Abbas oğlu

İbadullayeva Səyyarə Cəmşid qızı

Qafarov Ramazan Oruc oğlu

Quliyeva Xatirə Nəcəfqulu qızı

Qurbanov Füzuli Məhəmməd oğlu

Mahmudov Məsud Əhməd oğlu

Məmmədli Əliağa Əyyub oğlu

Məmmədli Tahir Yadigar oğlu

Rzayev Seyfəddin Gülverdi oğlu

Seydəliyev Nəriman Fərman oğlu

Şükürlü Yusif Hacıbala oğlu

Şükürov Ağahüseyn Məmmədhüseyn oğlu.

2. Azərbaycan elminin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Həmidov İmamverdi Yavər oğlu

Mustafazadə Tofiq Teyyub oğlu

Şərifov Kamandar Kazım oğlu.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2025-ci il

Ətraflı: https://science.gov.az/az/news/open/33981

Zəfər Günü münasibətilə Dendrologiya İnstitutunda tədbir keçirilibNoyabrın 5-də AR ETN Dendrologiya İnstitutunda Zəfər G...
05/11/2025

Zəfər Günü münasibətilə Dendrologiya İnstitutunda tədbir keçirilib
Noyabrın 5-də AR ETN Dendrologiya İnstitutunda Zəfər Günü münasibətilə tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, biologiya fəlsəfə doktoru, dosent Minarə Həsənova açaraq, Zəfər Gününün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi möhtəşəm qələbədən, xalqımızın birliyi və dövlətimizin gücündən danışıb.
Minarə Həsənova çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası, xalqımızın milli qürur və ləyaqətinin təntənəsidir. O vurğulayıb ki, hər bir vətəndaş bu qələbənin məsuliyyətini dərk etməli, ölkəmizin daha da inkişafı üçün səylə çalışmalıdır.
Daha sonra çıxış edən İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva Zəfər Gününün əhəmiyyətindən söz açıb. O qeyd edib ki, bu möhtəşəm qələbə Azərbaycan xalqının əzmini, milli ruhunu və 30 illik torpaq həsrətinə son qoyan tarixi ədaləti təcəssüm etdirir.
O qeyd edib ki, 8 noyabr — Azərbaycan xalqının tarixi taleyində əzəmət və qürurla dolu bir gündür. Bu gün biz tarixi ədalətin bərpasını, torpaqlarımızın azadlığını və dövlətimizin gücünü simvolizə edən Zəfər Gününü qeyd edirik. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi xalqımızın əzmini, birliyini və milli ruhunu bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında, düşmən üzərində tarixi qələbə qazandı. Bu Zəfər xalqımızın bir əsrlik arzusu – Qarabağın azadlığı demək idi.
Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Hər qarış torpaq şəhidlərimizin qanı ilə sulanıb. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində biz qalib xalq kimi yaşayırıq. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Zəfər Günü təkcə bir hərbi qələbə deyil, həm də xalqımızın mənəvi dirçəlişinin, dövlətimizin qüdrətinin və milli birliyimizin rəmzidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu Qələbə bizim gücümüzü, iradəmizi və xalq-ordu birliyimizi bütün dünyaya nümayiş etdirdi.” Bu möhtəşəm gün 5 ci ildir ki, Dendrologiya İnstitutunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur. İnstitutun əməkdaşları hər il Zəfər Günü münasibətilə şəhidlərin xatirəsini ehtiramla yad edir, vətənpərvərlik ruhunda tədbirlər, ağacəkmə aksiyaları və maarifləndirici layihələr həyata keçirirlər.
Biz bu Zəfəri qorumaq, onu gələcək nəsillərə ötürmək məsuliyyətini daşıyırıq. Qarabağda, Şərqi Zəngəzurda və azad torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri dövlətimizin iradəsini, xalqımızın gələcəyə olan inamını bir daha göstərir. Tədbir çərçivəsində “Zəfər TV” tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda qəhrəman şəhid və qazilərimizin döyüş yolu, xalqın mübarizə əzmi və qələbə sevincini əks etdirən görüntülər təqdim olunub.

Daha sonra institutun əməkdaşları — elmi işçilər, gənc alimlər və tələbələr — Zəfər Günü münasibətilə çıxışlar ediblər. Onlar şəhidlərimizin qəhrəmanlığından, Ordumuzun igidliyindən və xalqımızın birliyindən bəhs edən fikirlər səsləndiriblər.

“Yaşıl Şəbəkə elmi innovasiya platforması” çərçivəsində Qarabağ regionunda elmi tədqiqatlara həsr olunan nəşrin təqdimat...
05/11/2025

“Yaşıl Şəbəkə elmi innovasiya platforması” çərçivəsində Qarabağ regionunda elmi tədqiqatlara həsr olunan nəşrin təqdimatı keçirilib

03 noyabr 2025-ci il tarixində “Yaşıl Şəbəkə elmi innovasiya platforması” adlı layihə çərçivəsində Qarabağ regionunda aparılan elmi tədqiqatlara dəstək məqsədilə hazırlanan “Yaşıl innovativ biliklərin xəritələşdirilməsi: Problemlər və perspektivlər” adlı elmi nəşrin təqdimatı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşı Qədirova Nuray və institutun doktorantı Bədəlzadə Nigar iştirak etmişlər.

Yeni nəşr Qarabağ regionu üzrə aparılan elmi tədqiqatlara həsr olunub. Layihənin məqsədi Qarabağda ekoloji dirçəlişin, yaşıl enerji potensialının inkişafının, biomüxtəlifliyin qorunmasının və davamlı idarəetmə prinsiplərinin ictimaiyyətə təqdim edilməsidir.

Təqdimat çərçivəsində Dendrologiya İnstitutunun əməkdaşı Qədirova Nuray “Qarabağın bitki örtüyünə iqlim dəyişikliyinin təsiri” adlı məqalə ilə çıxış edərək iqlim dəyişikliyinin regionun flora müxtəlifliyinə təsiri, adaptasiya mexanizmləri və davamlı ekosistem idarəçiliyinin elmi əsasları barədə məlumat vermişdir.

Tədbirin sonunda iştirakçılar elmi əməkdaşlıq imkanları, gələcək birgə layihələr və regionda ekoloji monitorinq fəaliyyətlərinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparmışlar.

Address

Baku

Telephone

+994773003173

Website

Alerts

Be the first to know and let us send you an email when Dendrologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dendrologiya İnstitutu:

Shortcuts

Share