Azərbaycanfilm

Azərbaycanfilm Azərbaycan milli kinosunun məbədi. The temple of Azerbaijani cinema. [email protected]

15/10/2025

"Görünməyən qəhrəmanlar. Hava qüvvələri"

44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunur.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsi 10 filmdən ibarətdir.
Hər biri 44 dəqiqə olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Filmlərdə real döyüş xatirələri nəql olunur, eksklüziv kadrlar göstərilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur. Seriyadan növbəti filmi təqdim edirik, "Hava qüvvələri".

Rejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 115 illiyidirHüseyn Əli oğlu Seyidzadə 15 oktyabr 1910 -cu ildə İ...
15/10/2025

Rejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 115 illiyidir

Hüseyn Əli oğlu Seyidzadə 15 oktyabr 1910 -cu ildə İrəvanda anadan olub. Azərbaycan film tarixində ilk rəngli bədii filmin müəllifidir.

Hüseyn Seyidzadə qısa bir müddət Bakı kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildən başlayaqraq Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır. Kuleşov və Eyzenşteynin rejissorluq emalatxanasında, “Lenfilm”, “Mosfilm”, Maksim Qorki adına kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyir.

*Ardı rəsmi saytımızda:
https://azerbaijanfilm.az/

Kino tarixi kadrlarda1945-ci il köhnə "Arşın mal alan" çəkilir. Maraqlıdır, fotoyaddaşa filmin  hansı kadrlarının çəkili...
15/10/2025

Kino tarixi kadrlarda

1945-ci il köhnə "Arşın mal alan" çəkilir. Maraqlıdır, fotoyaddaşa filmin hansı kadrlarının çəkiliş anı köçürülüb? Nə qədər diqqətli olduğunuzu yoxlayın - tapmağa çalışın.

14/10/2025
MaraqlıBir gün “Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələ...
14/10/2025

Maraqlı

Bir gün “Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün ona Lütfəlini
əvəz etməyə icazə versin. Başqa yol yox idi.
Səyavuş Aslan Vəli obrazında yeni heç nə deyə bilməsə də rolun öhdəsindən gəlir. Təpədən-dırnağa Lütfəlini yamsılamağı
onu vəziyyətdən çıxardır.
Həmin illərdə onlarln arasında ata-bala münasibəti yaranmışdı.
Lütfəli bu inadkar, oynamaq istəyi ilə yanıb-qovrulan gənci çox sevirdi, hətta hərdən özünü xəstəliyə vururdu ki, Səyavuşun
səhnəyə çıxıb özünü göstərmək imkanı yaransın.
"33 pərdəli dram" kitabından.


13/10/2025

Yubilyar filmlər

"Yenilməz batalyon" -60

Filmi 1965-ci ildə rejissor Hüseyn Seyidzadə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsalata buraxıb.
" Yenilməz batalyon" Xalq yazıçısı Qılman Musayevin (İlkin) "Qalada üsyan" romanı əsasında onun öz ssenarisi ilə çəklib.




https://youtu.be/1mnVRzvgOpA?si=LLeMmzbnC6-HH86A

10/10/2025

Hörmətlə anırıq!

Xalq artisti Nuriyyə Əhmədovanın xatirə günüdür.
Aktrisa "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan 90 - a yaxın filmdə çəkilib.
Kadr Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filmindəndir:
https://youtu.be/m80bPY_U5nI?si=VFO3ijANc8Nrd_1p

Azərbaycanfilm" milli kino tariximizin mərkəzi və simvoludur. Onun vəziyyəti, təəssüf ki, uzun müddətdir, ürəkaçan deyil...
10/10/2025

Azərbaycanfilm" milli kino tariximizin mərkəzi və simvoludur. Onun vəziyyəti, təəssüf ki, uzun müddətdir, ürəkaçan deyil. Amma studiyanın tamamilə tarixə qovuşmasına imkan vermək olmaz. Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilən plana uyğun olaraq Kino Agentliyinin prioritetləri arasında yer alan əsas hədəflərdən biri bu studiyanın yenidən canlandırılması, müasir texnologiyalarla təchiz edilməsidir. Artıq "KinoPark" layihəsi ilə bağlı işlərə start verilib və yaxın gələcəkdə bu müstəvidə mərhələli şəkildə "Azərbaycanfilm" kinostudiyasının dirçəldilməsi mümkün olacaq.

– Başqa bir məsələ isə, pitçinqdəki ekspertlərin ssenarilərlə əvvəlcədən tanış olub-olmamasıdır. Məsələn, mən canlı yayımda prosesə baxarkən bəzən hiss edirdim ki, ssenaridən o qədər də tanış olmayanlar ekspertlər var. Ümumiyyətlə, bu kimi pitçinqlərdə ssen...

"Görünməyən qəhrəmanlar".  Dövlət xətti".44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunur.Mədəniyyət...
10/10/2025

"Görünməyən qəhrəmanlar". Dövlət xətti".

44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunur.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsi 10 filmdən ibarətdir.
Hər biri 44 dəqiqə olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Filmlərdə real döyüş xatirələri nəql olunur, eksklüziv kadrlar göstərilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli...

Xalq artisti Əminə Yusifqızı vəfat edib.Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. 1974-cü ildən başlayara...
09/10/2025

Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub.
1974-cü ildən başlayaraq C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Şərikli çörək", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi", “Tənha narın nağılı”, “Yay günlərinin xəzan yarpaqları”, “Qətl günü” və s. filmlərdə çəkilib, onlarla fillmin dublyajında iştirak edib.
Uzun müddət kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.
Əminə Yusifqızı Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
“Azərbaycanfilm” kinostudiyasının direktoru v.i.e. Azər Quliyev və kollektivi aktrisanın vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Təbrik edirik!9 oktyabr operator, Əməkdar mədəniyyət işçisi Kənan Məmmədovun doğum günüdür. O, C. Cabbarlı adına 'Azərba...
09/10/2025

Təbrik edirik!

9 oktyabr operator, Əməkdar mədəniyyət işçisi Kənan Məmmədovun doğum günüdür.
O, C. Cabbarlı adına 'Azərbaycanfilm" kinostudiyasında 50-dən artıq filmin təsvir rejissoru olub. Hələlik son işi olan " Axırıncı dayanacaq" filmini diqqətinizə təqdim etməklə həm də sənətkarı təbrik edirik!

Link: https://www.youtube.com/watch?v=aFW0qZBOWIE

Address

1 Moscow Avenue
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124308784

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanfilm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycanfilm:

Share