Respublika İnfo

Respublika  İnfo Respublika.İnfo (İctimai-siyasi xəbər portalı)

Xəbəri bizdən alın

Naxçıvan Dövlət Universiteti ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur – Ali məktəb sənədlər təqdim etdi“Qəhrə...
12/01/2023

Naxçıvan Dövlət Universiteti ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur – Ali məktəb sənədlər təqdim etdi

“Qəhrəman Behbudov birinci dəfə 08 iyun 2016-cı ildə 5 il müddətinə “Hüquq fənləri” kafedrasının müdiri seçilib. Müddəti başa çatdıqdan sonra 21 fevral 2022-ci ildə yenidən kafedranın müdiri seçilib. Hazırda da kafedra müdirliyini davam etdirir. Sosial şəbəkələrdə yayılan onun bu günlərdə kafedra müdiri təyin edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Əvvəla onu bildirək ki, kafedra müdirləri təyin edilmir, Elmi Şura tərəfindən seçilir. Kafedra müdirini rektorun vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti yoxdur”.

Bu barədə Naxçıvan Dövlət Universitetindən TNS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə Naxçıvan Dövlət Universiteti ilə bağlı araşdırılmamış, feyk hesablara istinad edilərək yanlış məlumatlar paylaşılır. Bu, universitetin çoxminli kollektivini ciddi şəkildə narahat edir. Sosial şəbəkə paylaşımlarında universitet müəllimlərinin təhqir edilməsi isə yolverilməzdir.

İddia olunduğu kimi, Elman Abbasov kafedrada heç bir rəsmi vəzifə daşımır. O, universitetin müəllimidir, ictimai əsaslarla kafedra müdirinin müavini vəzifəsini icra edir.

Ali təhsil müəssisəsinin mətbuat xidməti Qəhrəman Behbudovun kafedra müdiri seçilməsi ilə bağlı Elmi Şuranın qərarının və rektorun əmrinin surətini TNS-in redaksiyasına təqdim edib.

Əməkdaşımız universitetin “Hüquq fənləri” kafedrasının müdiri Qəhrəman Behbudovla əlaqə saxlayıb. Kafedra müdiri bu cür yanlış məlumatların yayılmasından təəssüfləndiyini bildirib, barəsində yayılan məlumatları qəti şəkildə təkzb edib. Qəhrəman Behbudov deyib ki, hansısa jurnalistin, sosial şəbəkə istifadəçisinin universitet müəllimlərini təhqir etməsi onları narahat edib.

“Naxçıvan Dövlət Universiteti ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biridir. Amma bu o demək deyil ki, bizim universitetdə heç bir problem yoxdur. Əlbəttə ki, bir sıra nöqsanlar, problemlər vardır. Amma sosial şəbəkələrdə yayılan məlumatların, demək olar ki, hamısı yalandır, böhtandır. Kimsə narazıdırsa, buyurub öz adı ilə narazalığını bildirə, problemləri dilə gətirə bilər. Amma məlumatların heç bir mənbəyə istinad edilmədən paylaşılması onların səhihliyinə şübhə salır. Biz hesab edirik ki, universitet haqqında olan bu qaralama kampaniyası sifarişlidir. Universitetin müəllimi, kafedra müdiri kimi, mən haqqımızda böhtan dolu məlumatlar paylaşanları ali məktəbimizə dəvət edirəm. Buyursunlar, gəlsinlər, hər şeyi öz gözləri ilə görsünlər. Əminəm ki, bundan sonra feyk hesablara aldanıb yanlış məlumatlar paylaşdıqlarını görəcəklər”, - Qəhrəman Behbudov bildirib.

24/10/2022

AzTV sədri Rovshan Mammadovdan İrana sərt cavab: Arazı ayırdılar... İran, sözümüz sənədir

Vətən müharibəsinin ildönümünü yaşayırıq. Dünən səhər bir nəfər yanında balaca uşaqla avtobusa mindi. Uşağın əlindəki qo...
14/10/2022

Vətən müharibəsinin ildönümünü yaşayırıq. Dünən səhər bir nəfər yanında balaca uşaqla avtobusa mindi. Uşağın əlindəki qoşa qərənfildən anlaşılırdı ki, şəhid məzarını ziyarətə gedirlər. Maraqlı olan bu hadisələrin tez-tez şahidi olmağımdır. Çünki, müharibə və silahlı toqquşmalarda canlarından və sağlamlıqlarından keçənlərimiz minlərlədir. Şəxsən tanıdığım dostlarım, qardaşlarım və birlikdə xidmət etdiklərim igidlərdən, mərd ərənlərdən şəhid olanlar da qazi olanlar da var. Onların hər biri bizim fəxrimizdir. Onlardan hazırda xidmətlərini davam etdirənlər də var. Sözümün canı odur ki, hərbçi həyatını kiçimsəyənlər, ömründə səngər görməyənlər, hərbi xidməti və döyüş səhnələrini yalnız monitor arxasında fantastik filmlərdə görənlər hərbçinin maaşını və pensiyasını hesablamaqdan əl çəkmir. Dövlət hər cür şərait yaradır. Amma bəzi məmurcuq və həkimciklər hərbi qulluqçuların əlillik məsələsinə, pensiyasına və maaşına burun soxmaqdan zövq alır. Bəzi ağzıgöyçəklər hərbçinin hamıdan çox maaş aldığını düşünür. Düşünərək özünü "məhv" etməklə kifayətlənməyib hələ necə xərcləyəcəyini də hesablayır. Həmin insancıqlara sadəcə bir kəlmə sözüm var: sizin dəyəriniz körpə uşağın əlindəki qoşa qərənfil qədər də deyil. Ən azından o qoşa qərənfil şəhid övladının, şəhid valideyninin, şəhid yoldaşının təsəllisidir ki, müqəddəs məkanda Vətən övladını ziyarətə əli boş getməyib. Sadəcə düşünə bilərsiniz ki, durduq yerə bu nə statusdur belə? Durduq yerə deyil bu. İçimdən gəldi. Biz heç birimiz sevdiklərinə şəhidlərimizi, qazilərimizə sağlamlıqlarını, hazırda xidmətdə və ehtiyatda olan hərbçilərimizə isə gəncliyini qaytara bilmərik. Bizə qürur dolu zəfəri yaşadanlarla fəxr edirik...
Nəriman Sultanoğlu

“Muğam”ın finalı və qala-konserti Şuşada keçiriləcəkHeydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan T...
05/08/2022

“Muğam”ın finalı və qala-konserti Şuşada keçiriləcək
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.
Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.
Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.
Müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, 5-6 avqust tarixlərində saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.
Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.
Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlamış, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə etmişdi. Yarışmanın final mərhələsi isə mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanıb.
2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

Şəhid Əliheydər Kazımovun ildönümü qeyd edilibİyulun 1-də Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun adını daşıdığı B...
02/07/2022

Şəhid Əliheydər Kazımovun ildönümü qeyd edilib

İyulun 1-də Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun adını daşıdığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 228 nömrəli tam orta məktəbdə anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycan ordusunun hərbiçiləri, Qarabağ qaziləri, məktəbin direktoru Səkinə Rzayeva, direktor müavini Fərman Salmanzadə, təşkilatçı Cəmilə Nuqrəzadə iştirak ediblər.
Tədbir iştirakçıları məktəbdə şəhidin xatirəsinə yaradılmış güşə və bulaq önünə gül dəstələri qoyaraq onu yad ediblər, dualar oxuyublar. Həmçinin qəsəbədəki şəhidlərin xatirə lövhəsini ziyarət ediblər.
Daha sonra məktəbdə keçirilən toplantıda şəhid haqqında çıxışlar olub, Qarabağ qaziləri onunla bağlı xatirələrini bölüşüblər.
Xatırladaq ki, Əliheydər Əliağa oğlu Kazımov 28 fevral 1963-cü ildə keçmiş Əlibayramlı (indiki Şirvan) şəhərində doğulub. 1970-ci ildə şəhərdəki orta məktəbin I sinfinə daxil olub, V sinifə qədər burada oxuyub, daha sonra təhsilini H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirib. 1976-1980-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin Fortepiano şöbəsində daxil olan Əliheydər 1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı tam orta məktəbdə musiqi müəllimi kimi işləyib. 1992-ci il 1-ci Qarabağ döyüşləri başlayanda vətənin qəhraman oğulları kimi Əliheydər də döyüşə yollanıb. 1992-ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilib, lakin qrad qəlpələri səbəbindən aldığı xəsarətlər nəticəsində Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmayıb. 1992-ci il iyulun 2-də Əliheydər Kazımov həyatla vidalaşıb, gözlərini əbədi yumub. Şəhidlik adlı müqəddəs zirvəyə ucalanlardan olub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində ümumi qəbristanlıqda dəfn edilib.
Allah rəhmət etsin!

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
27/06/2022

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü

Ukraynanın azərbacyanlı idmançıları “Şuşa – 270” turnirində iştirak ediblər Xəbər verildiyi kimi, 25-26 iyun tarixlərind...
27/06/2022

Ukraynanın azərbacyanlı idmançıları “Şuşa – 270” turnirində iştirak ediblər

Xəbər verildiyi kimi, 25-26 iyun tarixlərində “Motivator Azərbaycan” layihəsinin təşkilatçılığı və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə möhtəşəm açıq güləş turniri keçirilib.

“Diaspornews.az” məlumatına görə, Şuşa ilinə həsr olunan “Şuşa – 270” adlı yarışda yunan-Roma və sərbəs güləş növlərində 600-dən çox güləşçi çempion kəməri uğrunda mübarizə aparıb. Turnirə ev sahibliyini Abşeron İdman və Olimpiya Kompleksi edib.
Yarışda Ukraynanın azərbacyanlı idmançıları da güclərini sınayıblar. Belə ki, yunan-Roma güləş növü üzrə Timur Larin (68 kq), Əli Yusifzadə (41 kq) və Rəhman Həmidov (57 kq) yarışlara qatılıblar. İdmançılardan Timur Larin II yerə çıxaraq gümüş medal qazanıb.
Xatırladaq ki, bu idmançılar Ukraynanın müxtəlf şəhərlərində güləş üzrə yarışlarda iştirak ediblər. Müharibəyə görə hazırda Almaniyanın Noyvid şəhərində məskunlaşıblar. Onların məşqçiləri Toğrul Yusifzadə və Tural Həmidzadə də Azərbaycana gəliblər.
Baş məşqçi Toğrul Yusifzadə idmançılara belə bir turnirdə iştirak etmək üçün gözəl imkan yaradıldığına görə təşkilatçılar öz təşəkkürünü bildirib: “Şuşa adı ilə bağlı olan yarışda iştirak etməyimiz hər birimiz üçün böyük qürurdur. Uşalqar bu yarışa qatılmaqdan böyük sevinc hissi keçirdilər. Uşaqların belə yarışda iştirak etməsi vacibdir. Bura gəlməyimiz Mariuplda Azərbaycan Konqresinin sədri Afaq Həmidovanın vasitəçiliyi, Azərbaycanın Ukraynadakı səfirliyi, eləcə də Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi və Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının dəstəyi ilə baş tutdu. Bu səfərdə bizə kömək edən hər kəsə təşəkkür edirik”.

Məşqçi Tural Həmidzadə isə yarışla bağlı öz təəssüratlarını bölüşüb: “Mübarizə gərgin şəraitində keçdi. Gənc idmançılarımız özlərini ən yaxşı tərəfdən göstərməyə çalışdılar. İdmançıları belə gözəl başlanğıc münasibətilə təbrik edirəm. Önəmli olan budur ki, uşaqlar Şuşa ilə bağlı olan yarışa qatıldılar. Bu turnir onların yaddaşlardan heç vaxt silinməyəcək. Fürsətdən istifadə edib bizə göstərilən dəstək və diqqətə görə hər bir soydaşımıza təşəkkürümüzü bildiririk”.

Şəhidlərin xatirəsinə bulaq açıldıOnlar sadə xalqın nümayəndələri, xalqımızın görünməyən qəhrəmanlarıdır.Onlar bu yola,b...
27/06/2022

Şəhidlərin xatirəsinə bulaq açıldı

Onlar sadə xalqın nümayəndələri, xalqımızın görünməyən qəhrəmanlarıdır.Onlar bu yola,bu müqəddəs işə nə çox vəsaitlə nədə hansısa qurumun dəstəyi ilə başlayıb.6 dost xalqımızın hər qeyrətli oğlu kimi,sadəcə əllərindən gəldiyi qədər şəhidlərimizin əziz xatirəsini yaşatmağa çalışıblar.Bu işdə onlara özləri kimi siravi vətəndəşlar kömək edib.Bu birlik nəticəsində onlar Abşeron rayonunun Saray qəsəbəsində 1-ci və 2-ci Qarbağ şəhidlərinin,aprel döyüşləri şəhidlərinin və iyul hadisəsi şəhidlərinin əziz xatirəsinə bulaq inşa edərək və şəhidlərimizin şəkilləri əks olunan löhvə inşa edərək onların xatirəsini əbədiləşdiriblər.Bu işə öndərlik edən 6 dost Cəlal Həsənov,Ülvi Xəmməmədov,Nicat Həsənov,Gündüz Abbasov,Güləli İbayev,Elçin İbayev və bu məhəllənin nümayəndələri bu örnək iş üçün aylarla çalışıb kiçik büdcələri ilə böyük iş ərsəyə gətriblər.26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr gün bu kiçik parkın açlışı oldu.Açlışda şəhid ailələri,qazilər,ictimai birlik rəhbərləri, Abşeron rayon icra hakimiyyətinin nümayəndəsi,Milli Qeyri Hökümət Təşkilatları Formunun prezidenti Rauf Zeyni və qəsəbə sakiləri iştirak etdi.Tədbiri şəhid Mayor Vüsal Vəliyevin qardaşı,gənc alim Elyar İslamoğlu,şəhid Mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov,"İnkşafa və islahatlara dəstək"İctimai Birliyin sədri və "Öndər.tv"internet televiziyyasının təsiscisi Ramil Əliyev təşkil etdilər.Bu möhtəbər tədbirin aparıcılıq işini Elyar İslamoğlu öz üzərinə götürdü.Açlış Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.Daha sonra şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi.Şəhid General Polad Həşimovun qardaşı İlham Həşimov tədbiri öz çıxışı ilə davam etdirdi.Açlışda iştirak edən məktəblilər öz şeirləri ilə iştirakçılara duyğu dolu anlar yaşatdılar.Şəhid ailələri qazilər və tədbir iştirakçıları öz çıxışlarında bulağı ərsəyə gətirənlərə öz minnətdarlıqlarını bildirdilər.Daha sonra şəhidlərin şəkilləri olan löhvənin qarşısına gül dəstələri düzüldü,şəhidlərimizin ruhlarına dualar oxundu.Sonda Azərbaycanın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin adına ehsan süfrəsi açıldı.Bu təşəbbüsu alqışlayır,örnək davranışları üçün Saray qəsəbəsi sakinlərinə bizdə Öndər.tv komandası və "İnkşafa və islahatlara dəstək"İctimai birliyi olaraq təşəkkür edir vətənimizdə belə təşəbbüslərin davam etməsini diləyirik...

Silahlı Qüvvələr Günü münasibəti ilə  Аztürk Holdingin Prezidendi Əli Bağırov, holdingin bir qrup rəhbər əməkdaşı ilə bi...
27/06/2022

Silahlı Qüvvələr Günü münasibəti ilə Аztürk Holdingin Prezidendi Əli Bağırov, holdingin bir qrup rəhbər əməkdaşı ilə birliktə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Müasir dövlətçiliyimizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Аztürk Holdinqin əməkdaşları Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Sonra Аztürk Holdinqin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.
Proqramın sonunda Azərbaycanın müstəqilliyinin qurulduğu ilk illərdə qardaş Türk ordusunun qəhrəman əskərlərinin dəfn edildiyi “Türk Şehidliyi”i ziyarət edilərək, onların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Hafiz Baxşəliyev Londonda "Dəmir Yumruq" adlı yarış keçiribHafiz Baxşəliyevin rəhbərlik etdiyi "Immortal Champions" idma...
06/06/2022

Hafiz Baxşəliyev Londonda "Dəmir Yumruq" adlı yarış keçirib

Hafiz Baxşəliyevin rəhbərlik etdiyi "Immortal Champions" idman təşkilatı Londonda "Dəmir Yumruq" adında peşəkar Kickboxing və "Muay Thai" yarışı təşkil edib.

Yarışda Britaniya, Çin, Çexiya, Polşa, Pakistan və digər ölkələrin idmançıları mübarizə aparıb.

Yarışın son iki döyüşündə Britaniya və Avropa çempionları müəyyən edilib.

Elia Devu, Hadiqa Abdulu məğlub edərək Britaniya çempionu olub.

Ağır çəkili idmançılar arasında keçən mübarizədə Daniel Sam Çexiya çempionu Marian Tuma ilə qarşılaşıb və Daniel Sam rəqibi ilk roundda məğlub edərək yeni Avropa çempionu adını qazanıb.

Tədbir vaxtı sarayın ekranlarında Qarabağ Zəfərinin simvollarından Dəmir yumruq yazısı və Xarbülbül loqosu da əks olunub. Yarışı xeyli sayda jurnalist və məşhur idman bloqqerləri də izləyib. LEAP Frog Combat Media, KickboxingZ mətbuat orqanları və UKMF (United Kingdom Muay Thai Federation) rəhbərləri Hafiz Baxşəliyev tərəfindən mükafatlandırılıblar.

“Bizim uşaqlarımızı onların ataları qorudu!”Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyinin və  "Fire Land Prod...
01/06/2022

“Bizim uşaqlarımızı onların ataları qorudu!”

Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyinin və "Fire Land Production"ın təşkilatçılığı ilə məhz İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarmızın ailələrinə qayğıya həsr edilən “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində qarşıdan gələn 1 iyun uşaqların müdafiəsi günü münasibəti ilə bayram tədbiri keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, layihə bu dəfə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil olunub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirə gələn qonaqları qarşılayıb və şəhid ailələrinə dəstəyini ifadə edib. “Dövlət Turizm Agentliyi olaraq səlahiyyətimizdə olan imkanları şəhid ailələrinin üzünün gülməsi naminə istifadə etməyə hər zaman hazırıq.”
Tədbirin açılışı havaya sülh rəmzi olan göyərçinlərin buraxılması ilə başlayıb. Daha sonra nəhəng Azərbaycan və Türkiyə bayraqları açılaraq şəhid yaxınları və qonaqlarla bərabər dalğalandırılıb. Tədbirin idarə olunması peşəkar televiziya aparıcısı Lalə Azərtaşa həvalə edilib. Qonaqlar arasında onun türkiyəli həmkarı, Vətən müharibəsi zamanı reportajlarını xüsusi həssaslıqla təqdim edərək Azərbaycan xalqının da rəğbətini qazanmış Fulya Öztürk də olub. Dövlət rəsmilərinin, şəhid yaxınları və uşaqların, ictimai xadimlərin, mədəniyyət sahəsinin tanınmış simaların dəvət olunduğu bayramda rəqs və musiqi nömrələri ilə yanaşı şəhidlərin adından övladlara müraciət formasında hazırlanmış “Atadan məktub” adlı video çarxın təqdim edilib. Şəhidlərin adından səsləndirilən məktub təsirli anlara səbəb olub. Rəsmi şəxslərdən Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri iş üzrə Zümrüd Səmədzadə, Mədəni kütləvi şöbənin rəis müavini Namiq Cavadov, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovnik leytenantı Hafiz Temirov, Yasamal Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu Eduard Məmmədov, xalq rəssamı Əşrəf Heybətov iştirak edib, bu günlə bağlı öz fikirlərini bölüşüblər.
Qələbədən bizə əmanət olan şəhid uşaqlarının milli ruhunu daha da yüksəldən Vətənpərvərlik mövzusu tədbirin əsas xəttini təşkil edib. Musiqili qonaq kimi muğam ifaçısı Təyyar Bayramovun oğlu Kənan Bayramov uşaqlar adından Vətənə sevgini ifadə edən “Bayatı-şirazı” səsləndirib. Əminə Musayevanın rəhbərlik etdiyi2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” uşaq teatrının üzvlərinin ifasında “Xarı bülübül”, “Azərbaycan suitası” adlı rəqslər, eləcə də “Natavan” miniatürası təqdim olunub. Sevilən ulduz Natavan Həbibi qonaqlara öz lirik mahnılarını təqdim edib. Müğənni Zabitə Səmədova hər zamankı dəstəyini ifası ilə göstərib. Tədbir “Fireland” productionun layihəsi olan, xalqımızın mübarizə ruhunu ifadə edən və bu əhvala kökləyən “Zəfər marşı” ilə açılmışdı və eyni adlı mahnı ilə də bitib.
Tədbirin təşklatçısı, “Fireland production”un rəhbəri olan Cəlal Qurbanov 1 iyun Uşaqların müdafisəi günü ilə bağlı keçirilən bayram haqda fikirlərini belə ifadə edi: “Heç bir bayramı onlarsız təsəvvür etmirəm. Onlar uşaqlıqlarını tam yaşaya bilməyən ürəyi yaralı balalardır. Biz onlara az da olsa ata yoxluğunu hiss etdirməməyə çalışırıq. Təbii ki, qəhrəmanların yerini nə ailələrində, nə də Vətən tarixində heç kim əvəz edə bilməz. Amma bu xalis, əsgər ruhlu gendən olan uşaqlara hər zaman ümid olacaq. Bu uşaqlar gələcəkdə ola biləcək bütün uğurlara, qələbələrə öz imzalarını atacaqlar, soyadlarını yazacaqlar. Çünki, onlar qəhrəman övladlarıdır. Bizim uşaqlarımızı onların ataları qorudular. Şəhid oldular. Artıq onlara bir can borcumuz var”.

Şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin...
24/05/2022

Şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib. Aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş tutub.

Xoşməramlı tədbirdə 44 həkim 10 həkim köməkçisı olmaqla 25 ixtisas üzrə Göyçay rayonu ilə yanaşı Ağdaş, Ucar və Zərdab rayonlarından qeyd edilən həssas kateqoriyaya aid vətəndaşlarda müayinələr aparılmışdır.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən aparılan müayinələr 300-ə yaxın şəxsi əhatə edib. Müayinələrin nəticələrinə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub və zəruri dərman vasitələri ilə təmin ediliblər.

Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrdən keçmələri, müalicə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək. Sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsi nəzərdə tutulur.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Respublika İnfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Respublika İnfo:

Share