News24 TV

News24 TV News24 TV gündəlik yenilənən xəbər portalıdır

🫢🫢🫢
16/08/2026

🫢🫢🫢

Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müd...
15/08/2026

Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Səudiyyə Ərəbistanı onilliklər boyunca ölkənin əsas dini və siyasi sütunlarından biri sayılan vəhhabilik (sələfilik) məz...
11/08/2026

Səudiyyə Ərəbistanı onilliklər boyunca ölkənin əsas dini və siyasi sütunlarından biri sayılan vəhhabilik (sələfilik) məzhəbindən faktiki olaraq uzaqlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.

EDnews Bakupost.az-a istinadən xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə həyata keçirilən bu transformasiya krallığı radikal baxışlardan xilas etmək və dünyaya açıq, mötədil dövlət modelinə keçirmək məqsədi daşıyır.

Rəsmi Ər-Riyad “vəhhabilik” terminini heç vaxt rəsmi titul kimi işlətməsə də, son illərdə atılan köklü addımlar ölkənin bu məzhəblə yollarını ayırdığını nümayiş etdirir.

“Vision 2030” strateji proqramı çərçivəsində reallaşan bu dəyişikliklər həm sosial, həm də dini sahədə özünü büruzə verir.

Əsas dəyişikliklər və islahatlar isə bunlardır:

Mötədil İslama qayıdış: Səudiyyə rəhbərliyi radikal ideologiyaların kökünü kəsmək, dini dözümlülüyü artırmaq və ölkəni mötədil İslam xəttinə qaytarmaq niyyətində olduğunu açıqlayıb.

Dini polisin səlahiyyətlərinin ləğvi: Əvvəllər geniş səlahiyyətlərə malik olan və cəmiyyətə sərt nəzarət edən dini polisin (“Əmr bil-Məruf”) insanları saxlaması və müdaxilə etmək hüququ tamamilə əlindən alınıb.

Tarixi kimliyin yenilənməsi: Dövlət ideologiyasında vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvahabın rolu ikinci plana keçirilib, diqqət daha çox milli və dünyəvi tarixin təbliğinə yönəldilib.

Sosial və mədəni sərbəstlik:

Qadınların hüquqlarının genişləndirilməsi, konsertlərin, kinoteatrların və əyləncə tədbirlərinin təşkili ilə ölkənin qapıları beynəlxalq turizmə açılıb.

Mütəxəssislər bildirir ki, Səudiyyə Ərəbistanının “Post-Vəhhabi” dövrünə keçidi yalnız ölkə daxilində deyil, bütövlükdə Yaxın Şərqdə və İslam dünyasında dini-siyasi balansı yenidən formalaşdıracaq.

Misirli futbolçuya illik 20 milyon avro ödəniləcək. Bundan əlavə, Salah 5 milyon avro imza bonusu alacaq və forma satışl...
05/08/2026

Misirli futbolçuya illik 20 milyon avro ödəniləcək. Bundan əlavə, Salah 5 milyon avro imza bonusu alacaq və forma satışlarından 20 faiz pay əldə edəcək.

Bordo-mavili klub ilə 34 yaşlı ulduz futbolçu arasında bağlanan 2 illik müqavilə imzalanıb.

❌
04/08/2026

Kəramət Böyükçöl yazır: “Dövlətə pul atanlara limit qoya bilmirlər, yetim-yesir kartdan karta bir-birinə 5 manat göndəri...
03/08/2026

Kəramət Böyükçöl yazır: “Dövlətə pul atanlara limit qoya bilmirlər, yetim-yesir kartdan karta bir-birinə 5 manat göndərirdi, ona limit qoyurlar”.

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələrinə yeni limitlər tətbiq olunub. Artıq bir kartdan gün ərzində maksimum 5 dəfə başqa karta pul göndərmək və həmin karta maksimum 5 dəfə pul qəbul etmək mümkün olacaq. Gündəlik məbləğ limiti yoxdur, amma kartdan-karta köçürmələrin aylıq ümumi məbləği 20 000 manatdan çox ola bilməz.

Abşeronda kişi arvadını döyüb.Hadisə Xırdalan şəhəri, Zərdabi küçəsində qeydə alınıb.İttiham aktına görə, 36 yaşlı Cavid...
27/07/2026

Abşeronda kişi arvadını döyüb.

Hadisə Xırdalan şəhəri, Zərdabi küçəsində qeydə alınıb.

İttiham aktına görə, 36 yaşlı Cavid İmanov (ad və soyad şərtidir) günorta saatlarında arvadını yuxudan oyadaraq, ona yemək hazırlamasını istəyib. Qadın isə bir azdan hazırlayacağını deyəndə Cavid əsəbiləşərək, qadını sillə və yumruq zərbələri ilə döyüb. Nəticədə zərərçəkən baş, sinə və bel nahiyələrindən xəsarət alıb.

Zərərçəkənin şikayəti əsasında Cavid polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs arvadı ilə barışdığını, zərərçəkənin də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavid İmanov məsuliyyətdən azad olunub.

İranla anlaşma memorandumunu pozduqdan sonra ABŞ 200-dən çox hərbçisini itirib.Bbu iddia ilə İran İslam İnqilabı Keşikçi...
27/07/2026

İranla anlaşma memorandumunu pozduqdan sonra ABŞ 200-dən çox hərbçisini itirib.

Bbu iddia ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Hüseyn Mühibbi çıxış edib.

“İnsan itkilərinin sayı ilə bağlı ABŞ statistikası tamamilə yalandır və “Nəsr 2” əməliyyatında ölən amerikalıların sayı 200-dən çoxdur. Yaralıların sayı isə bu rəqəmdən daha çoxdur”, - SEPAH sözüçüsü deyib.

Bu fikirlə razısınızmı?
26/07/2026

Bu fikirlə razısınızmı?

🇮🇷🇺🇸 İran ordusu iki həftə ərzində yerdə ikən 11 ABŞ qırıcı təyyarəsini və helikopterini məhv edib.Bunu İslam İnqilabı K...
25/07/2026

🇮🇷🇺🇸 İran ordusu iki həftə ərzində yerdə ikən 11 ABŞ qırıcı təyyarəsini və helikopterini məhv edib.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (S*EPAH) sözçüsü general Hüseyn Mühibbi "Tasnim" agentliyinə müsahibəsi zamanı bildirib.

İonun sözlərinə görə İran ordusu iyulun 6-dan 22-dək regiondakı ABŞ bazalarında ABŞ ordusuna aid 11 qırıcı təyyarəsini və helikopteri tamamilə yararsız vəziyyətə salıb.

O İranın zərbələri nəticəsində 17 kəşfiyyat və əməliyyat dronunun, anqarda olan bir F-15 qırıcı təyyarəsinin, bir P8 təyyarəsinin, bir C17 nəqliyyat təyyarəsinin və 8 yanacaqdolduran təyyarənin sıradan çıxarıldığını iddia edib.

Address

Y. Vəzirov 100
Baku
AZ1010

Website

Alerts

Be the first to know and let us send you an email when News24 TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share