31/12/2025
Xırdalan 2 saylı tam orta məktəbdə 2025-ci ilin uğurlu dönüş nöqtəsi
2025-ci il Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəb üçün əlamətdar il kimi yadda qalıb. Məktəbdə son bir il ərzində müşahidə olunan müsbət dəyişikliklərin və irəliləyişlərin mərkəzində isə məhz məktəbin direktoru Gülnaz Kərimovanın prinsipial, məsuliyyətli və məqsədyönlü idarəetmə fəaliyyəti dayanır.
Mənbələrin bildirdiyinə görə, Gülnaz Kərimovanın rəhbərliyi ilə məktəbdə nizam-intizam əsaslı şəkildə bərpa olunub, tədris prosesi sistemli və nəzarətli formaya salınıb. Direktorun müəllim kollektivi ilə gündəlik təmasları, tələbkarlığı və eyni zamanda obyektiv yanaşması nəticəsində pedaqoji heyətdə məsuliyyət hissi güclənib, dərslərin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlib.
Valideyn–məktəb münasibətlərinin sağlam əsaslar üzərində qurulması da birbaşa direktorun təşəbbüsü ilə reallaşıb. Gülnaz Kərimova valideynlərin problemlərini dinləyən, təkliflərə açıq olan idarəçi kimi məktəbdə qarşılıqlı etimad mühiti formalaşdırıb. Bu yanaşma şagirdlərin həm davamiyyətinə, həm də ümumi davranışına müsbət təsir göstərib.
2025-ci ildə məktəbin maddi-texniki bazasının yaxşılaşdırılması, sinif otaqlarında səliqə-sahmanın təmin olunması, məktəb ərazisində ümumi nizamın yaradılması da məhz direktorun birbaşa nəzarəti və təşəbbüsü ilə həyata keçirilib. Təhsil ocağında formalaşan təhlükəsiz, sağlam və motivasiyaedici mühit müəllim, şagird və valideynlər tərəfindən yüksək qiymətləndirilir.
Qeyd olunur ki, bu gün Xırdalan 2 saylı tam orta məktəbdə müşahidə edilən müsbət mənzərə təsadüfi deyil. Bu uğurların arxasında direktor Gülnaz Kərimovanın qətiyyətli mövqeyi, idarəetmə bacarığı və təhsilə verdiyi önəm dayanır. Məhz bu yanaşma məktəbin 2025-ci ildə inkişaf yoluna çıxmasını təmin edib və qarşıdakı illər üçün möhkəm təməl yaradıb.