13/11/2025
🇦🇿 Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlar ölməz” adlı sərgi
Goranboy rayon Qızılhacılı qəsəbəsi 2 saylı tam orta məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə “Qəhrəmanlar ölməz” adlı sərgi keçirildi.
Sərgidə şagirdlərin və müəllimlərin hazırladıqları rəsmlər, əl işləri, qəhrəmanlıq səhnələrini əks etdirən kompozisiyalar və informativ guşələr nümayiş etdirildi. Tədbirin əsas məqsədi Vətən müharibəsində canından keçən qəhrəmanlarımızın əziz xatirəsini anmaq, onların göstərdiyi igidlik və fədakarlığı gənc nəsillərə tanıtmaq, şagirdlərdə vətənpərvərlik və milli qürur hissini daha da gücləndirmək idi.
Sərgi boyunca şagirdlər böyük maraqla öz yaradıcılıqlarını təqdim etdilər, qəhrəmanlarımızın şücaəti ilə bağlı fikirlərini bölüşdülər.
Bu mənalı tədbirin təşkili və sərginin hazırlanmasında təsviri incəsənət müəllimi _Bədəlova Gülöyşə_ İlham qızının əməyi xüsusilə qeyd olunmalıdır. Onun rəhbərliyi ilə şagirdlər Vətən sevgisini və qəhrəmanlıq ruhunu öz bədii yaradıcılıqları vasitəsilə böyük həssaslıqla ifadə etdilər.
@топовые поклонники Goranboy TV Goranboy Rayon İcra Hakimiyyəti