Big.az xeber

Directions Website

Big.az xeber Bigaz news media son melumatlar

25/09/2026

“Məsələnin araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edirəm”
20-21 milyon manat dəyərində olduğu bildirilən “Sonar Farm” şirkətinin 300 min manata keçirilməsi ilə bağlı sahibkarın iddiaları yenidən gündəmdədir.
İş adamı və xeyriyyəçi Mahirə Əsədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.
Mahirə Əsədova müraciətində uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əldə etdiyi vəsaitləri “Sonar Farm” dərman şirkətinin yaradılması və inkişafına yatırdığını bildirib. Onun sözlərinə görə, hazırda şirkətlə bağlı yaranmış vəziyyətin tam, obyektiv və qanun çərçivəsində araşdırılmasına ehtiyac var.
Sahibkarın iddiasına görə, bazar dəyəri təxminən 20-21 milyon manat olan şirkətin 300 min manat məbləğində alqı-satqı predmetinə çevrilməsi ilə bağlı ciddi suallar yaranıb. O, şirkətdəki payının və mülkiyyət hüquqlarının pozulduğunu, prosesdən xəbərsiz saxlanıldığını bildirir.
Məsələ ilə bağlı daha əvvəl yayılan məlumatlarda da “Sonar Farm”ın pay sahiblərinin iradəsindən kənar və təzyiq yolu ilə başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib. Bu iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edildiyi və müxtəlif materialların təqdim olunduğu barədə məlumatlar yayılıb.

Mahirə Əsədovanın sözlərinə görə, məsələ ilə bağlı bir ildən artıq müddətdə müxtəlif dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlər edilib. Sahibkarın bildirdiyinə görə, müəyyən araşdırmalar aparılsa da, problemin onun gözləntisinə uyğun şəkildə tam həll olunmadığını düşündüyü üçün məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaq qərarına gəlib.
O, müraciətində aidiyyəti dövlət qurumlarından məsələnin hərtərəfli araşdırılmasını, təqdim olunan sübut və sənədlərə hüquqi qiymət verilməsini və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlərin görülməsini xahiş edib.
Mahirə Əsədova həmçinin vurğulayıb ki, müraciətinin məqsədi məsələnin ictimailəşdirilməsindən daha çox, qanuni və obyektiv həllin təmin olunmasıdır.
Qeyd edək ki, “Sonar Farm” ətrafında səsləndirilən iddialarla bağlı müxtəlif vaxtlarda media materialları dərc olunub. Həmin materiallarda qarşı tərəfin mövqeyinə ehtiyac olduğu da qeyd edilib. İddiaların hüquqi baxımdan yekun qiyməti isə yalnız səlahiyyətli dövlət orqanlarının araşdırması və məhkəmə qərarları əsasında müəyyənləşdirilə bilər.

Mahirə Əsədova Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan məsələyə diqqət göstərilməsini və aidiyyəti qurumların araşdırmasının təmin olunmasını xahiş edib.

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsəl...
25/09/2026

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətlə əlaqələndirilir.

Bəs, mal ətinin qiymətinin bahalaşmasına əsasən hansı amillər təsir edir və yem, heyvandarlıq və digər istehsal xərclərinin artması ilə yanaşı, bazarda tələbat və idxalın həcmi qiymətlərin formalaşmasına necə təsir göstərir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ət bazarında qiymət artımı davam edir. Bunun əsas səbəbləri arasında saxlanılan heyvanların sayının azalması və qiymət artımına baxmayaraq tələbatın yüksəlməsi dayanır.

"Son 10 ildə xırdabuynuzlu heyvanların sayında təqribən 20 faiz, iribuynuzlu heyvanların sayında isə 5-6 faiz azalma müşahidə olunur. Eyni dövrdə əhalinin ət tələbatı 25 faizə qədər, kəsilən ətin həcmi isə 25 faiz artıb. Heyvandarlığın əvvəlki səviyyədə inkişaf etməməsinin səbəbləri arasında otlaq sahələrinin azalması və heyvan saxlama xərclərinin artması da var. Bu amillər həm ev təsərrüfatlarının, həm də intensiv təsərrüfatların fəaliyyətinə təsir göstərir".

Ekspert bildirib ki, ətin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal idi. Lakin idxal olunan ölkələrdə də qiymətlərin artması və logistika xərclərinin yüksəlməsi ucuz idxal imkanlarını məhdudlaşdırıb:

"Əvvəllər Ukraynadan gətirilən ucuz ətlər bazarda müəyyən rol oynayırdı. Rusiya-Ukrayna müharibəsi fonunda həm Rusiyada, həm də Ukraynada ət qiymətlərinin və logistika xərclərinin artması da bazara təsir göstərir. Beləliklə, ucuz idxalın azalması, idxal xərclərinin artması, yerli heyvandarlıqda heyvan sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərinin artmasına səbəb olur. Bu amillər qiymət artımının yaxın gələcəkdə də davam edə biləcəyini göstərir. Digər tərəfdən, qiymətlərin yüksəlməsi və sahənin rentabelliliyinin artması sahibkarların heyvandarlığa marağını artıra bilər. Xəstəliklər də bazara çıxarılan ət təklifinə ciddi təsir göstərə bilər. Ölkədə yayılan dabaq xəstəliyinin miqyası və bazara çıxarılan ət həcminə təsiri qiymətlərin sonrakı dinamikasında rol oynayacaq. Xəstə heyvanlardan əldə olunan ətin bazara çıxarılmaması təklifin azalmasına və nəticədə qiymət artımının sürətlənməsinə səbəb ola bilər".

Röyalə Xəyal

Sonxeber.az

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.BiG.AZ Oxu.az...
25/09/2026

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.

Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.

Xatırladaq ki, bundan əvvəl ölkədə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Avqustun 1-dən tətbiq olunan qaydaya əsasən, istifadəçiyə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil limitləşdirilib. Məxaric əməliyyatları isə limitsizdir.

BiG.Az

Aparıcı Aytən Səfərova gündəlik xərclər və insanların bahalı telefon almağa üstünlük verməsi barədə danışıb.Axşam.az xəb...
25/09/2026

Aparıcı Aytən Səfərova gündəlik xərclər və insanların bahalı telefon almağa üstünlük verməsi barədə danışıb.

Axşam.az xəbər verir ki, aparıcı bu sözləri "Xəbər ertəsi" proqramında səsləndirib.

A.Səfərova bildirib ki, insanlar bəzi xərclərdən narazılıq etsələr də, bahalı telefon almaqdan çəkinmirlər:

"Danışırıq ki, burada, orada xərcimiz çıxır. Amma bahalı telefon olan kimi qaçıb onu alırıq. Buradan deyirik işıqpulu 10 manat artıq yazıb. Buradan isə gedib 2 minə kreditə telefon alırıq".

"Deyəndə bahalı telefona ehtiyac yoxdur, bizi qınadılar ki, o da onunla xoşbəxt olur. Bahalı telefonun harasındadır bahalı telefon? Hərənin öz işidir. Amma baxırsan ki, 300-400 manat maaş alır, gedib onu da kreditə ödəyir" deyə, aparıcı Mehman Rəsulov əlavə edib.

BiG.Az

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.Qaynarinfo-nun məlumatına görə, mübarizəni birinci pi...
25/09/2026

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, mübarizəni birinci pillədə başa vuran pilot müəyyənləşib.

"Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

09.00

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Qaynarinfo-nun məlumatına görə, mübarizəyə saat 08:15-də start verilib.

Bu gün ikinci dərəcəli pilotların birinci əsas yarışı da gerçəkləşəcək.

Sprint yarışında qəza baş verib. Hadisə yarışın startında qeydə alınıb.

İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib. Nəticədə sarı bayraq qaldırılıb.

Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.

Sonxeber.az

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır,...
25/09/2026

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə "Alba24" yazıb.

İlk növbədə üzüm karbohidratlar və təbii şəkərlər mənbəyidir. Eyni zamanda onun tərkibində çoxlu su, həmçinin lif, kalium və faydalı bitki maddələri var.

ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına görə, 100 qram təzə qırmızı və ya yaşıl üzümdə təxminən:

* 69 kilokalori;
* 18,1 qram karbohidrat;
* 15,5 qram şəkər;
* 0,9 qram lif;
* 0,7 qram zülal;
* təxminən 80 faiz su var.

Beləliklə, şəkər miqdarına görə üzüm bir çox digər meyvələri geridə qoyur. Bununla belə, məqalə müəllifləri vurğulayırlar ki, bütöv giləmeyvənin tərkibindəki şəkəri şirniyyat və içkilərə əlavə edilən şəkərlə eyni tutmaq olmaz.

Salxım və şirə - böyük fərq

Ümumdünya Səhiyyə Təşkilatı sağlam qidalanmanın bir hissəsi kimi bütöv meyvələr yeməyi tövsiyə edir. Eyni zamanda ÜST meyvə şirələrindəki şəkərləri "sərbəst şəkərlər" kateqoriyasına aid edir və onların məhdudlaşdırılmasını tövsiyə edir.

Bu səbəbdən bir ovuc üzüm ilə böyük bir stəkan üzüm şirəsi orqanizmə eyni şəkildə təsir etmir: bütöv meyvədə onun strukturu və lifi qorunur, şirədə isə bunlar olmur.

Tünd sortların faydası nədir

Xüsusilə tünd rəngli üzüm yüksək polifenol tərkibi ilə tanınır. Bunlara antosianinlər, flavonoidlər, fenol turşuları və resveratrol daxildir. Resveratrolun miqdarı ən çox üzümün qabığında, toxumlarında isə proantosianidinlər olur.

Məqalədə qeyd edilir ki, mütəxəssislər üzümün tərkibindəki polifenolların ürək-damar xəstəlikləri riskinin bəzi göstəricilərinə, o cümlədən damar divarlarının fəaliyyətinə müəyyən təsir göstərə biləcəyini hesab edirlər. Lakin nəticə insanın konkret olaraq nə qəbul etməsindən və hansı miqdarda yeməsindən asılıdır.

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.Qaynarinfo xəbər verir...
25/09/2026

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk olaraq "Formula 2"də sprint yarışı keçirilir.

Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək.

Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, "Formula 1"də isə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

25 sentyabr

08:15. "Formula 2": Sprint yarışı
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Birinci əsas yarış
16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

BiG.Az

Brad Pittin baş rolda çəkildiyi, rejissoru David Ayer olan "Vahşinin ürəyi" (Heart of the Beast) filminin ilk tənqidi rə...
24/09/2026

Brad Pittin baş rolda çəkildiyi, rejissoru David Ayer olan "Vahşinin ürəyi" (Heart of the Beast) filminin ilk tənqidi rəyləri yayımlanıb. Alyaskanın sərt təbiətində iti Odinlə birlikdə sağ qalmağa çalışan keçmiş hərbçinin hekayəsindən bəhs edən film tənqidçilər tərəfindən emosional təsir gücü və Pittlə it arasındakı güclü bağa görə yüksək qiymətləndirilib.

1990-cı illərin əvvəlində Ridley Scottun "Thelma və Luiza" (Thelma & Louise) filmi ilə diqqət çəkən Brad Pitt daha sonra "Vampirlə müsahibə" (Interview with the Vampire) və "Yeddi" (Se7en) kimi filmlərlə dünya şöhrəti qazandı. Məşhur aktyor indi kino karyerasını yeni bir macəra filmi ilə davam etdirir.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, 1995-ci ildə çəkilən "12 meymun" (12 Monkeys) filmi ilə ilk "Oskar" namizədliyini qazanan aktyor bu dəfə ekranda qeyri-adi tərəfdaşı - bir itlə tamaşaçıların qarşısına çıxır. David Ayerin rejissorluq etdiyi sağ qalma mövzulu "Vahşinin ürəyi" (Heart of the Beast) filmi haqqında ilk rəylər yayımlanıb.
Film təyyarə qəzasından sonra iti Odinlə birlikdə Alyaskanın amansız təbiətində köməksiz qalan keçmiş Xüsusi Təyinatlı Qüvvələr əsgərinin sağ qalmaq mübarizəsindən bəhs edir.
İlk rəylərə əsasən, film tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Filmi izləyən tənqidçilər ekran əsərinin yaratdığı yüksək emosional təsirə, həmçinin Brad Pittlə can dostu Odin - itin əsl adı ilə Uber - arasındakı güclü bağa diqqət çəkiblər.

BiG.Az

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq ediləcək.Oxu.Az President.az-a istinadən xəbər...
24/09/2026

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq ediləcək.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən qərara alınıb ki, dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilsin.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin.

Sonxeber.az

24/09/2026

17 yaşında steroid istifadəsinə başladığı bildirilən gəncin 20 yaşındakı görüntüləri diqqət çəkib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, üç il ərzində onun fiziki görünüşündə baş verən böyük dəyişiklik paylaşılan fotolarda öz əksini tapıb.

Gəncin ilk görüntülərində daha arıq və gənc fiziki quruluşa sahib olduğu görünür. 20 yaşındakı son fotolarda isə onun daha əzələli bədən quruluşuna sahib olduğu diqqət çəkir.

Xüsusilə çiyin, qol, sinə və kürək nahiyələrindəki nəzərəçarpacaq dəyişiklik iki fərqli dövrə aid fotoların müqayisəsində aydın görünür.

Qeyd edək ki, steroid istifadəsinin sağlamlıq üçün ciddi riskləri ola bilər. Gəncin əldə etdiyi fiziki dəyişimin məhz steroid istifadəsindən qaynaqlandığı isə müstəqil şəkildə təsdiqlənməyib

Address

Asiq Ali 10b
Baku
1033

Website

Alerts

Be the first to know and let us send you an email when Big.az xeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share