Metbuat.az

Metbuat.az Azərbaycan və dünyadan ən son xəbərlər Metbuat.Az saytında.

👤⚽️ Azərbaycanın futbol millisi Xankəndidə oynaya bilərGənclər və idman naziri Fərid Qayıbov ölkəmizdəki yenidən tikilmə...
07/08/2025

👤⚽️ Azərbaycanın futbol millisi Xankəndidə oynaya bilər

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdəki yenidən tikilməkdə olan futbol stadionlarının durumu haqqında danışıb.

O, “CBC Sport” telekanalına müsahibəsində əvvəlcə Xankəndi şəhər stadionundakı yenidənqurma işlərinə toxunub:

“Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək. Daha sonra da orada işlərimiz davam edəcək”.

Nazirin sözlərinə görə, məqsəd növbəti illərdə Xankəndi şəhər stadionunun UEFA kateqoriyası almasıdır ki, həm millimiz, həm də digər komandalarımız orada oyunlarını keçirə bilsinlər.

⚡️ Elon Mask Azərbaycan ilə bağlı paylaşım edib.
07/08/2025

⚡️ Elon Mask Azərbaycan ilə bağlı paylaşım edib.

📢 “Sovetski”də söküntü işlərinə başlanıldı Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ər...
07/08/2025

📢 “Sovetski”də söküntü işlərinə başlanıldı

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

Həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Ətraflı Şərhdə ⬇️

🛫🇮🇷 AZAL İranın iki şəhərinə uçuşlara başlayırBu barədə AZAL-dan məlumat verilib.Məlumata əsasən, yeni istiqamət üzrə re...
07/08/2025

🛫🇮🇷 AZAL İranın iki şəhərinə uçuşlara başlayır

Bu barədə AZAL-dan məlumat verilib.

Məlumata əsasən, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.

Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

❗️Saçlarını udan 9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarıldı 30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Q...
07/08/2025

❗️Saçlarını udan 9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarıldı

30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

🔹 Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib

Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

☑️ Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.

❗️🚗 Şəmkirdə ağır qəzada 7 nəfər ö*ldüQəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Xəsa...
07/08/2025

❗️🚗 Şəmkirdə ağır qəzada 7 nəfər ö*ldü

Qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət alanlar “Mercedes Sprinter”insərnişinləri Ağstafa rayon sakinləri 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova,1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova və Gürcüstan vətəndaşı olan 1970-ci il təvəllüdlü B.Gözəlovadır.

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb.

Ö*lənlər 1992-ci il təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,1977-ci il təvəllüdlü Aydın Pənahov,1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov,1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-ci il təvəllüdlü Arif Bağırovdur.

Qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki, Bakıdan-Qazax gedən “Mercedes Sprinter” markalı mikroavtobus yük maşınına arxadan çırpılıb. Qəza zamanı 7 nəfər hadisə yerində ö*lüb. 5 nəfər ağır xəsarət alıb. Ölənlərin bəziləri Ağstafa rayon sakinidir.

Məlumata görə, ölənlərin əksəriyyəti qadındır. Hadisə yerin DYP əməkdaşları cəlb edilib.

🇺🇸 Donald Trampın təsdiq etdiyi qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minibBu bar...
07/08/2025

🇺🇸 Donald Trampın təsdiq etdiyi qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib

Bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb:

“Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minib”, - deyə o bildirib.

🇦🇲 Mel Robbinsin 50 dilə tərcümə edilmiş və 2025-ci ildə bestseller olmuş “The Let Them Theory” kitabını oxuyub bitirdim...
06/08/2025

🇦🇲 Mel Robbinsin 50 dilə tərcümə edilmiş və 2025-ci ildə bestseller olmuş “The Let Them Theory” kitabını oxuyub bitirdim

Bunu Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan “Facebook” səhifəsində yazıb.

📱 “Bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinin “Çinin idarəçiliyi” kitabını oxumağa başladım. Növbəti oxuyacağım kitab Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabı olacaq.

Dostlarımızı, qonşularımızı daha yaxşı tanımaq, anlamaq, köhnə problemlərimizi uşaqların çiyninə atmamaq, düşüncəni yaxşılığa doğru dəyişmək, həyat keyfiyyətini yaxşılaşdırmaq, sağlam cəmiyyət formalaşdırmaq, güclü dövlətə sahib olmaq, yeni vətəni dirçəltmək, özünə inam qazanmaq üçün təhsil dəbdədir”, - Akopyan qeyd edib.

🥀 Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədov dünyasını dəyişib.O, ötə...
06/08/2025

🥀 Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədov dünyasını dəyişib.

O, ötən axşam iş başında infarkt keçirib.

Həkim nəzarətində olsa da, R.Əsədovun həyatını xilas etmək mümkün olmayıb.

⚡️ Kəlbəcərdə hərbi yük avtomobili minaya düşübBu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, baş vermiş...
06/08/2025

⚡️ Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

⚡️ Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.2023-cü ildən federasiyaya...
06/08/2025

⚡️ Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

2023-cü ildən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən ölməsi qeyd edilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

🎥🎞️ Kino tariximizin korifeyləri bir arada Cahangir Zeynalov, Nəsibə Zeynalova ,Məhərrəm Bədirzadə, Səmayə Musayeva, Ram...
06/08/2025

🎥🎞️ Kino tariximizin korifeyləri bir arada

Cahangir Zeynalov, Nəsibə Zeynalova ,Məhərrəm Bədirzadə, Səmayə Musayeva, Ramiz Əzizbəyli

Address

Xan Şuşinski Küçəsi 49. Green Plaza. 5-ci Mərtəbə
Baku

Alerts

Be the first to know and let us send you an email when Metbuat.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Metbuat.az:

Share