ButaFilm

ButaFilm Buta Film cinema production company, based in Baku Buta Film cinema production company, based in Baku, the capital of Azerbaijan

16/03/2026

“Ümid zirvəsi”

Film 2017-ci ildə Tufandağ silsiləsində adsız yüksəkliyə yürüş zamanı həyatlarını itirən üç gənc alpinist - Fəridə, Namin və Baburun xatirəsinə həsr olunub. Bədii-sənədli ekran əsərində onların arzuları, cəsarətləri və ailələrinin yaddaşında yaşayan hekayələri təqdim edilir.

Rejissor Elçin Quliyevin debüt filmi 18 mart saat 19:00-da Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Giriş sərbəstdir.

12/03/2026

🎬 “Ümid zirvəsi” filminin nümayişi keçiriləcək!

Film 2017-ci il 23 dekabr tarixində Tufandağ silsiləsində adsız yüksəkliyə yürüş zamanı faciəvi şəkildə həyatlarını itirən üç gənc alpinistin — Fəridə, Namin və Baburun taleyindən bəhs edir.

Bədii-sənədli ekran əsərində gənc alpinistlərin arzuları, cəsarətləri və onların yoxluğu ilə barışmaq istəməyən ailələrin hekayəsi təqdim olunur. Çəkilişlər peşəkar alpinistlərin iştirakı ilə 4044 metr yüksəklikdə, çətin və sərt dağ relyefində həyata keçirilib.

Filmdə sənədli əməliyyat-axtarış görüntüləri, arxiv materialları, müsahibələr və bədii kadrlar yer alır. Bu kadrlar real hadisələrin təsirini daha da gücləndirir.

Qeyd edək ki, rejissoru Elçin Quliyev olan film Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Buta Film” tərəfindən istehsal olunub.

📍 Məkan: Nizami Kino Mərkəzi
📅 Tarix: 18 mart
🕖 Saat: 19:00

🎟 Giriş sərbəstdir.

Azərbaycan kinosu Romada: ‘Buta’ filminin xüsusi nümayişi”"Buta" filmi yanvarın 19-da Romada Azərbaycan kinosuna həsr ol...
27/01/2026

Azərbaycan kinosu Romada: ‘Buta’ filminin xüsusi nümayişi”

"Buta" filmi yanvarın 19-da Romada Azərbaycan kinosuna həsr olunmuş xüsusi nümayişin əsas mövzusu olub. İtaliyadakı Azərbaycan Respublikasının Səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “La Lampadina Periodiche Illuminazioni” Assosiasiyası tərəfindən təşkil olunan gecədə, Cinema Caravaggio kinoteatrında toplaşan çoxsaylı tamaşaçılara “Buta” filmi təqdim olunub.

Adı həm Azərbaycan xalçaçılığına xas olan ornament motivini, həm də təbiət elementlərini və filmin gənc baş qəhrəmanını simvolizə edən “Buta”, Qafqaz dağları arasında yerləşən kiçik bir Azərbaycan kəndindən bəhs edir. Bu kənddə həyat hələ də sakit axarla davam edir, ənənələr qorunur və yaşadılır. Rejissoru İlqar Nəcəf olan və 2011-ci ildə çəkilmiş film, 85-ci Akademiya Mükafatlarında (Oscar) “Ən yaxşı xarici dildə film” nominasiyası üzrə Azərbaycanın namizədi olub və həmin il Asia Pacific Screen Awards mükafatında “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib gəlib.

Nümayişdən əvvəl İtaliyadakı Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Zati-aliləri Rəşad Aslanov çıxış edərək, Azərbaycan–İtaliya münasibətlərində mədəniyyət sahəsinin mühüm rolunu vurğulayıb və filmlərin xalqların adət-ənənələrini və bəzən az tanınan tərəflərini tanıtmaq baxımından əhəmiyyətini qeyd edib.

Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Gülnar Tağızadə koordinasiya edib. O, Azərbaycanda kino sektorunun davamlı inkişaf etdiyini və beynəlxalq səviyyədə artan maraq qazandığını diqqətə çatdırıb. “La Lampadina” Assosiasiyası adından isə İzabella Konfortini Hall və Puççi Biffi Rastrelli çıxış edərək təşkilatçılar arasında səmərəli əməkdaşlığı və filmin böyük maraq doğurduğunu vurğulayıb, filmin İtaliya tamaşaçıları tərəfindən yüksək qiymətləndiriləcəyinə ümid etdiklərini və gələcək birgə təşəbbüslərə açıq olduqlarını bildiriblər.
Filmin nümayişindən sonra qonaqlar üçün qəbul təşkil olunub və bu tədbir Azərbaycan ilə İtaliya arasında yeni bir il üçün mədəni təşəbbüslər, qarşılıqlı mübadilələr və dostluğun başlanğıcı kimi qeyd edilib.

– Foto: İtaliyadakı Azərbaycan Respublikasının Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi –
Mənbə : (ITALPRESS)

“Buta”, an Azerbaijani Film Screened in Rome

ROME (ITALPRESS) – A delicate Azerbaijani film was the focus of a screening dedicated to Azerbaijani cinema held in Rome on January 19. Organized by the Embassy of Azerbaijan in Italy, the Azerbaijan Cultural Center, and the association La Lampadina Periodiche Illuminazioni, the evening presented the film “Buta” to a large audience gathered at Cinema Caravaggio.

With an evocative name that refers to a traditional ornamental motif typical of Azerbaijani weaving, as well as to elements of nature and, above all, to the young protagonist of the film, “Buta” tells the story of a small Azerbaijani village in the Caucasus Mountains, where life still flows slowly and traditions are preserved and valued. Directed by Ilgar Najaf and released in 2011, the film was Azerbaijan’s candidate for Best Foreign Language Film at the 85th Academy Awards and won the Asia Pacific Screen Award for Best Children’s Feature Film in the same year.

The screening was preceded by greetings from the Ambassador of Azerbaijan to Italy, H.E. Rashad Aslanov, who emphasized the importance of the cultural sector in the vibrant relations between Azerbaijan and Italy, and highlighted how films help to showcase aspects that are sometimes less well known about countries and the traditions of their peoples.

The event was coordinated by the Director of the Azerbaijan Cultural Center, Gulnar Taghizada, who also noted that the film sector in Azerbaijan is in continuous development and enjoys growing international appreciation. Representing La Lampadina, Isabella Confortini Hall and Pucci Biffi Rastrelli spoke about the fruitful cooperation among the organizers and the strong interest in the film, expressing the hope that it would be appreciated by the Italian public and indicating their willingness to pursue future joint initiatives.

At the end of the screening, a reception entertained the guests, inaugurating a new year of initiatives, cultural exchanges, and friendship between Azerbaijan and Italy.

– Photo: Cultural Center at the Embassy of the Republic of Azerbaijan in Italy –
(ITALPRESS)

Buta racconta di un piccolo villaggio azerbaigiano tra le montagne del Caucaso

24/12/2025

2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin 2-ci mərhələsi başa çatmışdır.
Bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılmış, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilmişdir.
Qiymətləndirmə zamanı əsas meyar kimi layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu dəyərləndirilmiş, eyni zamanda layihənin orijinallığı, əhəmiyyətliliyi və digər meyarları əsas götürməklə aşağıdakı layihələr 3-cü mərhələyə keçmişdir.
• “Alıoğlu Media Group” MMC — 8 gün
• “Buta Film” MMC — Berqmana məktublar
• “CNF” MMC — Dolu 2
• “Dream Big Company” — Varis
• İctimai Televiziya və Radio Yayımları Şirkəti — Mən, Lalə bir də o
• “Karvan Production” MMC — Sonuncu qastrol
• “Mediamaster” MMC — Xalı
• “Narimanfilm” MMC — Qələbə gülü
• “Nova Gorica Kino Mərkəzi” MMC — Bir, iki, üç
• “Rakurs Film-Media” MMC — Rəqqa
• “Şahdağ Film” MMC — Türkmənçay
Qeyd edək ki, 3-cü mərhələdə iştirak hüququ qazanan iştirakçılar müsabiqənin reqlamentinin 3 nömrəli əlavəsində göstərilən sənədləri 1 ay müddətində Azərbaycan Respublikasının Kino Agentliyinə elektron qaydada təqdim etməlidirlər.

04/11/2025
08/10/2025
“Ümid Zirvəsi” (2025)“Ümid Zirvəsi” bədii-sənədli filmi, 2017-ci il 24 dekabr tarixində Tufandağ istiqamətində adsız bir...
28/09/2025

“Ümid Zirvəsi” (2025)

“Ümid Zirvəsi” bədii-sənədli filmi, 2017-ci il 24 dekabr tarixində Tufandağ istiqamətində adsız bir yüksəkliyə yürüş edən üç gənc alpinistin faciəvi şəkildə həlak olmasını ekranlaşdırır. Rejissor Elçin Quliyevin müəllifi olduğu film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Buta Film şirkəti tərəfindən istehsal olunub.

Film peşəkar alpinistlərin və çəkiliş qrupunun iştirakı ilə 4044 metr yüksəkliyə qədər müxtəlif mürəkkəb və çətin relyeflərdə çəkilmişdir. Sənədli hissə əməliyyat-axtarış görüntüləri, arxiv materialları və müsahibələrlə zənginləşdirilərək real hadisələrin təsirini artırır. Bədii hissə isə insanın dağlarla münasibətini, zirvəyə çatmaq ehtirasını və təbiətin öz qanunlarını vurğulayır.

Buta Film - 20 yaşında!Azərbaycanın aparıcı kino istehsalat şirkətlərindən biri olan Buta Film, 3 avqust 2005-ci il tari...
05/08/2025

Buta Film - 20 yaşında!

Azərbaycanın aparıcı kino istehsalat şirkətlərindən biri olan Buta Film, 3 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Təsisçisi rejissor İlqar Nəcəf olan Buta Film, ötən 20 il ərzində yerli və beynəlxalq kino sahəsində fəal iştirak etmiş, bir çox bədii, sənədli və reklam filmlərinin istehsalına imza atmışdır.

Şirkət, fəaliyyəti dövründə aşağıdakı kimi mühüm filmlərin ərsəyə gəlməsində iştirak etmişdir:
“Çıxış” (2006), “Ev” (2007), “Kaş Millətdə Ruh Yaşasın”, “Sirat körpüsü” (2007), “Düyün” (2008), “Qanadlarıma sığal çək” (2008), “Yalançılar” (2008), “Teatral həyat” (2009), “Leninə məktub” (2009), “Arxası qibləyə” (2009), “Buta” (2011), “Şəbəkə” (2011), “Yuva” (2012), “Nar Bağı” (2017), “Suğra və Oğulları” (2021).

20 illik fəaliyyəti ərzində Buta Film təkcə filmlər istehsal etməklə kifayətlənməyib, eyni zamanda gənc rejissorların və kino mütəxəssislərinin yetişməsində mühüm rol oynamışdır. Şirkət, Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması istiqamətində də əhəmiyyətli addımlar atmış, müxtəlif beynəlxalq film festivallarında ölkəmizi layiqincə təmsil etmişdir.

Buta Film, Azərbaycan kinosunun inkişafına töhfə verməyə davam edir və növbəti illərdə də həm yerli, həm də qlobal kino məkanında yeni uğurlara imza atmağı hədəfləyir.

Kaspi International School-un bir qrup 4-cü sinif şagirdi buraxılış işi çərçivəsində kinomatoqrafiya mövzusunda maraqlı ...
02/06/2025

Kaspi International School-un bir qrup 4-cü sinif şagirdi buraxılış işi çərçivəsində kinomatoqrafiya mövzusunda maraqlı və maarifləndirici bir layihə həyata keçirir.

Layihənin əsas məqsədi şagirdləri kinonun yaradıcı və texniki dünyası ilə yaxından tanış etmək, filmlərin milli kimliyin və dəyərlərin formalaşmasındakı rolunu anlamağa kömək etməkdir.
Layihənin tərkib hissəsi olaraq şagirdlər öz mentorları ilə birlikdə ssenari yazır və onu qısa film şəklində reallaşdırırlar. Bu proses onların yaradıcılıq potensialını ortaya çıxarmaqla yanaşı, həm də komanda işi və vizual ifadə bacarıqlarını inkişaf etdirir.

Bu istiqamətdə daha dərindən bilik əldə etmək üçün şagirdlər “Buta Film” kino şirkətinə ekskursiya etdilər. Ekskursiya zamanı onlar film istehsalı ilə bağlı bir çox maraqlı və əhəmiyyətli məqamlarla tanış oldular. Şirkətin səsyazma və dublaj otaqlarında səsləndirmənin necə aparıldığını izlədilər, çəkiliş studiyasının quruluşu və iş prinsiplərini öyrəndilər. Montaj otağında isə çəkilmiş materialların necə seçildiyi, redaktə edildiyi və son formaya salındığını müşahidə etdilər.
Ən önəmlisi isə, uşaqlar film istehsalının ssenarinin yazılmasından montajın son mərhələsinə qədər bütün yaradıcılıq və texniki proseslərini yerindəcə izlədilər və bu sahənin peşəkarlarından ətraflı məlumat aldılar. Onlara həmçinin film şirkətindəki komanda strukturu, rolların bölgüsü və bir filmin ərsəyə gəlməsi üçün görülən işlərin əhəmiyyəti izah edildi.

Address

AZ1000, г. Баку Ичери Шехер Сабира 28/2
Baku
AZ1000

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 17:00

Telephone

0124372337

Alerts

Be the first to know and let us send you an email when ButaFilm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ButaFilm:

Share