Söz Bazarı

Söz Bazarı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Söz Bazarı, Media/News Company, Akademik Zahid Xəlilov küçəsi, 23, Baku.

Kəmalə Kərimli: "Gülnaz və Rəhim Qənbərli əslində kimdir?"Jurnalist Kəmalə Kərimli şəxsi Facebook hesabında paylaşdığı a...
06/07/2026

Kəmalə Kərimli: "Gülnaz və Rəhim Qənbərli əslində kimdir?"
Jurnalist Kəmalə Kərimli şəxsi Facebook hesabında paylaşdığı açıqlamada Gülnaz və Rəhim Qənbərlilərlə bağlı bir sıra ciddi iddialar irəli sürüb.

Paylaşımda bildirilir ki, özünü "şəhid atası" kimi təqdim edən Rəhim Qənbərovun davranışları və sosial şəbəkələrdə səsləndirdiyi ifadələr Qarabağ qazisi Ceyhun Ağayevlə gərginliyə səbəb olub. Müəllif iddia edir ki, qazi müxtəlif şər və təzyiqlərlə üzləşib, nəticədə ağır psixoloji vəziyyət keçirərək intihara cəhd edib.

Kəmalə Kərimli yazır ki, II Qarabağ müharibəsində şəhid olmuş Anar Hüseynov uşaqlıq illərində valideyn himayəsindən məhrum qalıb və internat məktəbində böyüyüb. Onun iddiasına görə, Rəhim Qənbərov şəhidin adından istifadə edərək müxtəlif şəxslərə qarşı təhqir və ittihamlar səsləndirir, özünü "imkanlı şəhid atası" kimi təqdim edir və sosial şəbəkələrdə mübahisəli paylaşımlar edir.

Paylaşım müəllifi həmçinin bildirir ki, Rəhim Qənbərovun Qazi Ceyhun Ağayev barədə müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etdiyi iddia olunur. Onun sözlərinə görə, həmin müraciətlər üzrə cinayət tərkibi müəyyən edilməyib.
Kəmalə Kərimli əlavə olaraq Gülnaz Qənbərli barədə də bir sıra iddialar səsləndirir. O, Gülnaz Qənbərlinin oğlunun hərbi xidmətdən yayındırıldığına dair iddialar irəli sürür. Bununla yanaşı, müəllif Rəhim Qənbərovun şəxsi həyatı ilə bağlı da müxtəlif ittihamlar səsləndirərək, onun şəhid atası adına yaraşmayan davranışlar nümayiş etdirdiyini iddia edir.

Sonda Kəmalə Kərimli Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək paylaşımda adı çəkilən şəxslərin fəaliyyəti ilə bağlı araşdırma aparılmasını və hüquqi qiymət verilməsini xahiş edir.

28/05/2026

SON DƏQİQƏ!“Saxta qazi” saxlanıldı

AzTimes.az xəbər verir ki, bir müddətdir “Kanal 15” TikTok səhifəsinin admini Nuranə Abdullayeva və “Operativ Xəbər” TikTok səhifəsinin admini Fərqanə Muradova ilə birlikdə canlı yayımlar açaraq müxtəlif şəxsləri, eləcə də şəhid Pərvin Əlizadənin atası Vüqar Həsənovu təhqir edən şəxs saxlanılıb.

İddialara görə, özünü qazi kimi təqdim edən, lakin rəsmi qazilik statusunun olmadığı bildirilən Bərdə rayon sakini Ceyhun Zeynalov polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Bərdə Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 20 sutka inzibati həbs qətimkan tədbiri seçilib.

19/05/2026

Pozitiv🥰

18/05/2026

Özünü cəmiyyətə şəhid qızı, polis əməkdaşı və jurnalist kimi təqdim edən Abdullayeva Nuranə və onunla əlaqəli olduğu iddia edilən şəxslərin İfadə Cəfərzadə və Pərvin Abışova barəsində həqiqətə uyğun olmayan məlumatlar yaydığı bildirilib.
Məsələ ilə bağlı yayılan açıqlamada qeyd olunub ki, “Aşıq Gültəkin” kimi tanınan Gültəkin xanımın şəkilindən istifadə edilərək guya onların müəyyən şəxslərdən pul aldığı iddia olunur. Bildirilib ki, hazırda Gültəkin xanım ağır əməliyyat keçirib və xəstəxanada müalicə alır.
Açıqlama müəllifləri Gültəkin xanımla əlaqə saxladıqlarını və onun yayılan məlumatların yalan və qurama olduğunu dediyini bildiriblər. İddialara görə, Gültəkin xanım həmçinin Nuranə Abdullayeva və bir neçə şəxsin ona zəng edərək hüquq-mühafizə orqanlarına həqiqətə uyğun olmayan məlumat verməyə təhrik etdiyini qeyd edib.
İfadə Cəfərzadə və Pərvin Abışova onların ünvanına səsləndirilən ittihamların böhtan xarakterli olduğunu vurğulayaraq, bu cür addımların cəmiyyət tərəfindən ciddi qarşılanmadığını bildiriblər.

Deməli, AYNA istifadəsində olan bina və qurğularda cari təmir işlərinin satın alınması ilə bağlı tender keçirib.Bu barəd...
16/05/2026

Deməli, AYNA istifadəsində olan bina və qurğularda cari təmir işlərinin satın alınması ilə bağlı tender keçirib.
Bu barədə jurnalist Arifə Əliyeva öz fecebook səhifəsində paylaşım edib.

Jurnalist araşdırma yazısında qeyd edib ki,tenderin qalibi “AZDEV Engineering Construction” MMC olub. Qurum ilə şirkət arasında bağlanacaq müqavilənin dəyəri 1 milyon 24 min 312 manat 35 qəpik təşkil edir.

İlk baxışda adi satınalma kimi görünən bu tenderdə diqqət çəkən əsas məqam qalib şirkətin özü ilə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azdev Engineering Construction” MMC 2009-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 125, mənzil 90 olaraq göstərilib. Şirkətin qanuni təmsilçisi isə Orucov Rafət Güləli oğludur.
Maraqlıdır ki, açıq mənbələrdə nə şirkətin fəaliyyəti, nə həyata keçirdiyi layihələr, nə də qanuni təmsilçisi barədə hər hansı ətraflı məlumata rast gəlinmir.

Araşdırma zamanı məlum olub ki, şirkətin adı bir neçə dəfə dəyişdirilib. Şirkət ilk olaraq “Turqay” MMC adı ilə fəaliyyət göstərib və 2020-ci ilə qədər bu ad altında mövcud olub. Daha sonra adı “Var Construction” MMC olaraq dəyişdirilib. 2026-cı ilin əvvəlindən isə şirkət “Azdev Engineering Construction” MMC adı ilə fəaliyyətini davam etdirir.

Şirkət adlarının ardıcıl şəkildə dəyişdirilməsi müəyyən suallar yaradır. Çünki müxtəlif illərdə fərqli adlarla fəaliyyət göstərən şirkətlərin tender tarixçəsini və əvvəlki fəaliyyətini izləmək çətinləşir. Bu isə dövlət satınalmalarının şəffaflığı ilə bağlı şübhələri artırır.

Xüsusilə də milyonluq dövlət sifarişinin fəaliyyəti barədə açıq məlumat olmayan, adı bir neçə dəfə dəyişdirilmiş şirkətə verilməsi diqqətdən yayınmır.😉
Nuş olsun😁

🙂

Ağstafa rayon TTY şöbəsinin müdiri Həcər Namazovadan pul tələb etməkdə ittiham olunan, özünü cəmiyyətə “Zaur” adı ilə tə...
14/05/2026

Ağstafa rayon TTY şöbəsinin müdiri Həcər Namazovadan pul tələb etməkdə ittiham olunan, özünü cəmiyyətə “Zaur” adı ilə təqdim edən Günel İtayət qızı Kərimovanın məhkəmə prosesi başlayıb.
İddialara görə, Nərimanov rayonunda mağazada meyvə satıcısı kimi fəaliyyət göstərən Günel Kərimova özünü jurnalist kimi təqdim edərək xəstəxana və qəbiristanlıqlarla bağlı şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edib.
Həcər Namazova bununla bağlı Ağstafa Rayon Prokurorluğuna müraciət edib.
Bildirilib ki, ötən həftənin cümə axşamı Ağstafa Rayon Məhkəməsində iş üzrə ilkin tanışlıq iclası keçirilib.

06/05/2026

Bakıda qadın sürücü yolda qeyri-etik hərəkətlər etdi.

Belə ki, qadın sürücü qırmızı işıqda gözləyən zaman avtomobilini saxlayaraq nəqliyyat vasitəsindən düşüb. O, daha sonra yolun ortasında rəqs etməyə başlayıb.

Kadrlardan da göründüyü kimi, sürücü ictimai yerlər üçün uyğun olmayan, qeyri-etik hərəkətlər nümayiş etdirib.

28/04/2026

Özünü “jurnalist” kimi təqdim edən Fərqanə Muradova “Gold Cars 777”avtosalondan ş*taj yolu ilə min manat pul tələb edib…
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

24/04/2026

Ay Allah😂

Address

Akademik Zahid Xəlilov Küçəsi, 23
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Söz Bazarı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share