Yoxlama

Yoxlama "Yoxlama" səhifəsi tarixi,elmi,ədəbi,dini,siyasi və sosial paylaşım platformasıdır

"Əgər nə vaxtsa Azərbaycanda uşaqpulu veriləcəksə, əmin olun ki, bu, vaxtaşırı uşaqpulunu gündəmə gətirən Günay Ağamalı ...
23/05/2026

"Əgər nə vaxtsa Azərbaycanda uşaqpulu veriləcəksə, əmin olun ki, bu, vaxtaşırı uşaqpulunu gündəmə gətirən Günay Ağamalı kimi adamların hesabına olacaq. Siz Allah, sizin yadınıza uşaqpulu düşürdü? İndi Günay xanımın hesabına bütün sosial şəbəkələrin gündəmi uşaqpulu mövzusudur. Yada saldığına görə Günay xanıma təşəkkür edirəm. Allah atasının yanında yatanlara rəhmət eləsin."

© Kəramət Böyükçöl

23/05/2026

Mozalan

22/05/2026

Beynəlxalq tədbirlərə və qısamüddətli turizm layihələrinə dövlət büdcəsindən böyük vəsaitlərin ayrılması, üstəlik bu sahədə şəffaflığın qorunmaması səmərəsiz bir yanaşmadır. Ölkəyə cəmi 5-6 günlük gələn xarici qonaqların uzunmüddətli inkişafa hər hansı bir töhfəsi yoxdur. Bu resursları müvəqqəti layihələrə xərcləmək əvəzinə, xaricdəki mütərəqqi texnologiyaların transferinə və fundamental təhsil islahatlarına yönəltmək strateji baxımdan daha doğrudur. Dövlət siyasəti xarici layihələrin maliyyələşdirilməsinə deyil, vətəndaşların qlobal dünyaya inteqrasiyasına şərait yaratmağa fokuslanmalıdır. Tarixdə bunun ən uğurlu nümunəsini Atatürkün həyata keçirdiyi təhsil və kadr islahatlarında görmək mümkündür.

22/05/2026

Saxta deputatların parlamentə doluşmasında təkcə o saxtakarlığı edən məmurlar yox, həm də öz ləyaqətini bir neçə manata görə ucuzlaşdıran vətəndaşlar günahkardır.

​Bir tərəfdə dövlətin və xalqın gələcəyini talamaq üçün saxta yolla deputat olmaq istəyən vəzifəpərəst, digər tərəfdə isə onun bu oyununa 20 manata alət olan vətəndaş dayanır.

Bu iki qrup birləşərək vətəndaşın haqqını tapdalayır, ölkənin gələcəyini bloklayırlar.

​Unutmayın: Saxta deputatları kresloya otuzduran şey sadəcə yuxarının əmri deyil, həm də aşağıdakıların bivecliyi, 20 manatlıq tamahıdır.

İndi milçək kimi vızıldamağınızın faydası yoxdur...

Əfqanıstan hakimiyyəti ölkədə doqquz yaşından etibarən qızların nikaha daxil olmasını qanuniləşdirib. Bu barədə Əfqanıst...
22/05/2026

Əfqanıstan hakimiyyəti ölkədə doqquz yaşından etibarən qızların nikaha daxil olmasını qanuniləşdirib.

Bu barədə Əfqanıstan mediası “Həyat yoldaşlarının ayrılması prinsipləri” adlı sənədə istinadən məlumat yayıb.

Qeyd edilib ki, “Taliban” faktiki olaraq qızlar üçün müəyyən edilmiş minimum nikah yaşını ləğv edib və nikaha daxil olmaq hüququnu cinsi yetkinliyin başlanması ilə əlaqələndirib.

Məlumata görə, qızlarda cinsi yetkinlik səkkiz yaşdan 13 yaşadək dövrdə başlaya bilər.

Bundan əvvəl, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsindən öncə, 1977-ci il qanununa əsasən nikah üçün minimum yaş qızlar üçün 16, oğlanlar üçün isə 18 yaş idi.

Bununla yanaşı, 16 yaşdan kiçik qızlar atanın və ya hakimin icazəsi ilə nikaha daxil ola bilirdilər. Lakin 15 yaşdan kiçik qızlarla nikahlar qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında 2009-cu il qanunu ilə cinayət əməli hesab edilirdi.

21/05/2026

Biraz təbəssüm)))

Qadın rəfiqəsinə danışır ki, ərim rəhmətə gedəndə onu basdırmayacam, yandırıb tozunu evdə dolabda saxlayacam ki, hansısa başqa qadın onun qəbrini ziyarət edə bilməsin. Rəfiqəsi məsləhət verir: "Düz eləyirsən, o tozdan həm də qum saatı düzəlt, boş durmasın, arada işləsin".

21/05/2026

"Ac həriflər" teletamaşası (1993)

21/05/2026

Keçən il ölkədə 95 min 117 abort qeydə alınıb.

Abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə 78245 olub.

Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən ...
21/05/2026

Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub.

Məhkəmə həmçinin qərara alıb ki, mütləq etibarsızlığa əsaslanan ləğvetmə qərarına görə, həmin tarixdən sonra partiya daxilində keçirilən bütün növbədənkənar və fövqəladə qurultaylar və həmin qurultaylarda qəbul edilmiş bütün qərarlar da etibarsızdır.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yoxlama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yoxlama:

Share