Bərdə Şəhəri

Bərdə Şəhəri Bərdə Şəhəri haqqında məlumat
İqtisadi rayon:Orta Kür
Ərazi: 957km²
Kənd:110
Əhali: 156.900
Bərdə Bərdə Şəhəri
(19)

Cərrah Endokrinoloq Xəqani Həsənov 26 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri...
06/09/2026

Cərrah Endokrinoloq Xəqani Həsənov 26 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbul edəcək

Bərdədə avtomobil işıq dirəyinə çırpılıb – xəsarət alan yoxdurBərdə rayonunun Mirzalıbəyli kəndində yol-nəqliyyat hadisə...
06/09/2026

Bərdədə avtomobil işıq dirəyinə çırpılıb – xəsarət alan yoxdur

Bərdə rayonunun Mirzalıbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Kia Optima” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında yerləşən işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin toqquşma zamanı avtomobilə ciddi ziyan dəyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Nevroloq Dr Aynur Zeynalova 26 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbul ...
05/09/2026

Nevroloq Dr Aynur Zeynalova 26 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbul edəcək

05/09/2026

Ağdərə rayonunun Aşağı Oratağ kəndində 34 il Bərdədə məcburi köçkün həyatı yaşayan Məhərrəm bəylə görüşdük.

Doğma yurduna qayıtsa da, Bərdəni və Bərdə camaatını unutmayan Məhərrəm bəyin dilindən:

“Bərdə camaatının başına dönüm!”

Onun Bərdə ilə bağlı xatirələrini və Ağdərədəki yeni həyatını sizə təqdim edirik.

Bərdə Mənzil İstismar Sahəsində əmək qanunvericiliyinin pozulması ilə bağlı araşdırma başlayıb.Veten.Az-ın əldə etdiyi m...
05/09/2026

Bərdə Mənzil İstismar Sahəsində əmək qanunvericiliyinin pozulması ilə bağlı araşdırma başlayıb.

Veten.Az-ın əldə etdiyi məlumata görə, Bərdə Mənzil İstismar Sahəsində vətəndaş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərə cəlb edilməsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.

Bərdə Rayon Məhkəməsinin qərarı ilə Bərdə Mənzil İstismar Sahəsi 20 min, Rauf Qafarov isə 3 min manat cərimə olunub.

Qərardan narazı qalan Bərdə Mənzil Təmir İstismarı Sahəsinin rəisi apellyasiya şikayəti verib. O, Bərdə Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, inzibati xəta tərkibinin və subyektiv təqsirinin olmaması əsası ilə icraata xitam verilməsini xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib.

Bərdə Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün sözügedən məhkəməyə qaytarılıb.

Yaxın günlərdə bu iş üzrə yenidən araşdırma başlanacaq.

Bərdə rayon təhsil sektorunun mərhum müdiri Nicat İsmayılovun atası vəfat edibBərdə rayon təhsil sektorunun mərhum müdir...
04/09/2026

Bərdə rayon təhsil sektorunun mərhum müdiri Nicat İsmayılovun atası vəfat edib

Bərdə rayon təhsil sektorunun mərhum müdiri Nicat İsmayılovun atası Əli İsmayılov vəfat edib.

Bərdə Şəhəri səhifəsinin əldə etdiyi məlumata görə, Əli İsmayılov sentyabrın 4-də saat 21:00 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, Nicat İsmayılov da 16 avqust 2026-cı il tarixində ürək tutması səbəbilə dünyasını dəyişmişdi.

Mərhum Əli İsmayılovun vəfatı ailəsi, yaxınları və onu tanıyanlar arasında dərin kədər hissi ilə qarşılanıb.

Allah hər iki mərhuma rəhmət eləsin. Ailəsinə, yaxınlarına və doğmalarına səbir diləyirik.

Allerqoloq Gülnar Quliyeva 18 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbul e...
04/09/2026

Allerqoloq Gülnar Quliyeva 18 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbul edəcək

03/09/2026

Tanınmış jurnalist Şamxal Adıgözəlov Bərdədən danışdı: “Bu şəhər bizim üçün doğma oldu”

Əlaqə +994 50 885 06 20
02/09/2026

Əlaqə +994 50 885 06 20

Oftolmoloq Dr Şəlalə Faiqqızı 10 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbu...
02/09/2026

Oftolmoloq Dr Şəlalə Faiqqızı 10 sentyabr tarixində Bərdə şəhərində yerləşən Qarabağ Klinik Bərdə🇦🇿 də pasiyentləri qəbul edəcək

Address

Bərdə Şəhəri
Barda
0900

Alerts

Be the first to know and let us send you an email when Bərdə Şəhəri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category