A.Irşadoğlu Əli

A.Irşadoğlu Əli Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).
(7)

Arzu edirəm ki, yaratdığım bu səhifə davamlı olsun. Əminəm ki, mənsub olduğum millət və onun dilini yaxşı başa düşənlər saytımda maraqlı yazılar oxumaqdan doymayacaqlar.

Qarabağ, Qarabağ, sənə yad olsam,Sınar qələmim də, batar səsim də.Əgər sənə layiq bir övlad olsam,Mənə yer verərsən öz ü...
23/07/2026

Qarabağ, Qarabağ, sənə yad olsam,
Sınar qələmim də, batar səsim də.
Əgər sənə layiq bir övlad olsam,
Mənə yer verərsən öz ürəyində...

Famil Mehdi.

23/07/2026

AĞDAM MƏNİM DÖYÜNƏN ÜRƏYİMDİR...

Qarabağın döyünən ürəyi, mədəniyyət beşiyi və zəfər simvolu olan Ağdam qədim tarixi, zəngin mədəni irsi və yenidən qurulan infrastrukturu ilə hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.

🌟 Ağdam təkcə strateji mövqeyi ilə deyil, həm də Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər, musiqiçilər və tarixi abidələrlə tanınır.

🌟 Şahbulaq Qalası: 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən tikilmiş bu qala Ağdamın ən əzəmətli tarixi memarlıq nümunələrindəndir.

🌟 İmarət Kompleksi: Qarabağ xanlarının, o cümlədən görkəmli şairə Xurşudbanu Natəvanın məzarlarının yerləşdiyi tarixi qəbiristanlıq və saray kompleksidir.

🌟 Çörək Muzeyi: Dünyada ikinci, Sovet İttifaqında isə ilk olan bu muzey Ağdamın mədəni simvollarından biri idi.

23.07.2026-cı il. / 12-20.

22/07/2026

Peşə bayramımda
özümü təbrik edirəm.
Özümə bol şans, möhkəm cansağlığı və qarşıya qoyduğum hədəflərə çatmağımı arzulayıram...

Mənim komandamın hazırladığı "DE FAKTO" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə işıq üzü görüb, axırıncı sayı isə 9 iyul ...
22/07/2026

Mənim komandamın hazırladığı "DE FAKTO" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə işıq üzü görüb, axırıncı sayı isə 9 iyul 1997-ci ildə çap edilib. Qısa müddət ərzində qəzetin satışı 2 min tirajdan 10 min tiraja qaldırılıb. Bu uğur mənim yuxusuz gecələrim, ağır zəhmətim və kollektivin fədakarlığı sayəsində başa gəlib...

Milli mətbuat və jurnalistika günü münasibətilə vicdanlı, obyektiv, qərəzsiz jurnalistləri təbrik edirəm. Bayramınız müb...
22/07/2026

Milli mətbuat və jurnalistika günü münasibətilə vicdanlı, obyektiv, qərəzsiz jurnalistləri təbrik edirəm. Bayramınız mübarək olsun !

Zəngin və şərəfli inkişaf yolu qət etmiş Azərbaycan mətbuatının yaranmasından 151 il ötür. 1875-ci il iyulun 22-də böyük...
22/07/2026

Zəngin və şərəfli inkişaf yolu qət etmiş Azərbaycan mətbuatının yaranmasından 151 il ötür.
1875-ci il iyulun 22-də böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı xalqımızın mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazıb, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanmasında misilsiz rol oynayıb...

21/07/2026

Quranda deyilir ki,
bu dünyada və ya axirətdə hər kəs etdiyi yaxşılığın və ya pisliyin qarşılığını mütləq görəcək.

Address

Azərbaycan, Bakı, Ağdam
Binagady

Alerts

Be the first to know and let us send you an email when A.Irşadoğlu Əli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A.Irşadoğlu Əli:

Shortcuts

Share