Göyçayın Tarixi Salnaməsi

Göyçayın Tarixi Salnaməsi Biz hər səhifədə Göyçayın tarixini yaşadır, unudulmuş səhnələri yenidən canlandırırıq. Göyçayın Tarixi Salnaməsi — Bir şəhərin yaddaşını səhifələyirik.

“Göyçayın Tarixi Salnaməsi” — Göyçay İcma İnkişaf Mərkəzinin təşəbbüsü ilə yaradılmış bu layihə şəhərimizin tarixi, mədəni və ictimai irsini sənədlər, fotolar və arxiv videolar vasitəsilə geniş ictimaiyyətə çatdırır. Göyçay İcma İnkişaf Mərkəzinin təşəbbüsü ilə yaradılmış “Göyçayın Tarixi Salnaməsi” layihəsi doğma şəhərimizin zəngin mədəni, ədəbi, ictimai və tarixi irsini geniş ictimaiyyətə tanıt

maq məqsədi daşıyır. Bu layihə çərçivəsində Göyçayın keçmişinə işıq salan nadir arxiv video materialları, fotoşəkillər və sənədlər toplanaraq rəqəmsallaşdırılır, həmçinin müxtəlif mədəniyyət ocaqlarında keçirilmiş əlamətdar tədbirlər, yubileylər və görüşlər haqqında məlumatlar toplanır və paylaşılılır. Layihənin əsas məqsədi Göyçayın yaddaşını qorumaq, keçmiş nəsillərin izi ilə gələcək nəsillərə yol göstərmək və yerli ictimaiyyəti bu mirasa sahib çıxmağa təşviq etməkdir.

25/09/2025

2004-cü ilin Novruz Bayramı — Göyçayda Adil Məmmədin çıxışında Söhrab Tahir şeiri

2004-cü ilin Novruz bayramına həsr olunmuş bu unikal arxiv videoda Göyçayın dəyərli ziyalısı, şair-publisist, pedaqoq, Əməkdar müəllim, AYB-nin üzvü, "Göyçay" qəzetinin baş redaktoru Adil Məmmədin çıxışında xalq şairi Söhrab Tahirin "Bayram" poemasından şeiri təqdim edirik.

📅 Tədbir 19 mart 2004-cü ildə Göyçay şəhərində, Heydər Əliyev parkında baş tutmuşdur.
Bayramda şəhər sakinlərinin, şagird və sənət kollektivlərinin çıxışları, xalqımızın qədim Novruz adət-ənənələri öz əksini tapmışdır.

📼 Video Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmiş VHS kasetdən rəqəmsallaşdırılıb və “Göyçayın Tarixi Salnaməsi” layihəsi çərçivəsində təqdim olunur.









https://www.youtube.com/watch?v=hL18PNfPpzk

24/09/2025

Göyçay təhsilinə həsr olunmuş ömür – Möhtərəm Muradovanın arxiv çıxışı

"Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə Göyçay təhsilində dərin iz buraxmış, pedaqoji fəaliyyəti ilə yüzlərlə şagirdin həyatına işıq tutmuş Möhtərəm Muradovanın arxiv çıxışını təqdim edirik.

Möhtərəm müəllimə İrəvanda anadan olmuş, Bakı Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirmiş, 1960-cı illərdə İrəvan radiosunda diktor işləmişdir. Daha sonra Göyçaya gələrək ömrünü təhsilə həsr etmiş, müxtəlif illərdə məktəb direktoru, dərs hissə müdiri və təşkilatçı vəzifələrində çalışmışdır.

2008-ci ilə qədər pedaqoji fəaliyyətini davam etdirən Möhtərəm müəllimə 2018-ci ildə haqq dünyasına qovuşmuşdur. Onu ehtiramla anır, Allahdan rəhmət diləyirik.

📌 Məlumatın əldə olunmasına görə Göyçay şəhər M.Füzuli adına 6 nömrəli tam orta məktəbin tarix müəllimi Tərlan Qarayevə dərin təşəkkürümüzü bildiririk.

Göyçay şəhər Məhəmməd Füzulu adına 6 Nli tam orta məktəb.

https://www.youtube.com/watch?v=cgq3m7Snyu8

📷 Fotoarxiv - Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci Texnikumdan kollecə gedən yolTəhsil ənənələrinin qocaman ün...
24/09/2025

📷 Fotoarxiv - Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

Texnikumdan kollecə gedən yol

Təhsil ənənələrinin qocaman ünvanı

Keçmişə səyahət silsiləsindən daha bir nadir kadr…

Fotoda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin binası əks olunub. Bu bina uzun illər ərzində minlərlə gəncin təhsil aldığı, elm və peşə yollarına qədəm qoyduğu müqəddəs bir məkan olub.

Hər daşında tələbə xatirələri, hər pəncərəsində bir zamanın işıqlı gələcəyə baxışları gizlənib.

Göyçay Kollecinin yaranma tarixi

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci respublikamızın qocaman təhsil ocaqlarından biri hesab olunur. Təhsil müəssisəsi keçmiş Azərbaycan SSR Texniki bitkilər Nazirliyinin 15 iyul 1946-cı il tarixli əmrilə təsis edilib və fəaliyyətə Göyçay Kənd təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu kimi başlayıb.

İlk tələbə qəbulu həmin ilin 1 sentyabrında keçirilib və 109 nəfərlik kontingent müxtəlif rayonlardan olan gəncləri bir araya gətirib. İlk buraxılış imtahanları isə 1949-cu ilin avqustunda təşkil olunub.

İllər boyu texnikuma və sonradan kollecinə bir çox görkəmli pedaqoqlar rəhbərlik edib – İsmayıl Əhmədov, Rəsul Mahmudov, Laçın Mikayılov, Bürhan Məmmədov, Ağakişi Məmmədov, Kamal Məmmədov, İslam Kərimov, Yusif Əliyev, Şahverdi Mikayılov, Nizami Məcidov, Rəcəb Zahidov, Aydın Əbilov, Oqtay Hacıyev, Xəlil Orucov, İrşad Abbasov və Samir Dadaşov.Hal-hazırda kollecin rektoru Ramil Vəliyevdir.

Göyçay Kolleci bu gün də öz yetirmələri ilə fəxr edir və onların inkişafı naminə fəaliyyətini davam etdirir.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

📌 Bu arxiv foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə olunub.

Göyçay Tarix Diyarşünaslıq Muzeyi







22/09/2025

Xalq şairi Rəsul Rza ev-muzeyi: 2010-cu ilin açılış mərasimi (AZTV arxivindən)

“Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində sizə daha bir dəyərli arxiv materialını təqdim edirik.

2010-cu il 14 may tarixində Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təmir və bərpadan sonra təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri də iştirak etmiş, mərasim isə Azərbaycan Televiziyası (AZTV) tərəfindən lentə alınmışdır.

🔹 Bu videonu əldə etməyimizdə göstərdiyi dəstəyə görə Azərbaycan Televiziyasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Bu görüntülər təkcə Göyçayın deyil, həm də bütövlükdə Azərbaycan mədəniyyət tarixinin yaddaşına həkk olunmuş önəmli anları özündə əks etdirir.

👉 Layihəmizi izləyin və Göyçayın zəngin mədəni irsinə birlikdə nəzər salaq.

📌 “Göyçayın tarixi salnaməsi” – keçmişdən gələcəyə bir körpü.

AZTV
Göyçay R.Rza ev muzeyi


̇rs







https://www.youtube.com/watch?v=dDwjDRGHGd0

🎶 Göyçayın musiqi yaddaşı — A.Məmmədov adına Uşaq Musiqi Məktəbi müəllimləri (1970-ci illər)Bu nadir arxiv fotosu 1970-c...
17/09/2025

🎶 Göyçayın musiqi yaddaşı — A.Məmmədov adına Uşaq Musiqi Məktəbi müəllimləri (1970-ci illər)

Bu nadir arxiv fotosu 1970-ci illərdə A.Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbinin müəllimlərini əks etdirir. Masanın arxasında soldan sağa: Qalib Dadaşov, Yaqub Mürsəlov, Rövşən Zamanov , Aydın Qafarov, Hicran Qurbanova, Həyat Ələkbərova və Romik Məmmədov.

📷 Foto mərhum tarzən-pedaqoq, görkəmli sənətkar Rövşən Zamanov-un şəxsi arxivindən götürülmüşdür.
Bu şəkil bir dövrün musiqi mühitini, müəllimlərinin zəhmətini və sənətə bağlılığını yaddaşlarda yaşadır.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.




̇rs


📸  Tarixin izləri: Göyçay şəhər 1 saylı məktəbin arxiv görüntüsüGöyçay şəhərində yerləşən, uzun illər boyunca neçə-neçə ...
16/09/2025

📸 Tarixin izləri: Göyçay şəhər 1 saylı məktəbin arxiv görüntüsü

Göyçay şəhərində yerləşən, uzun illər boyunca neçə-neçə şagirdlərin savad ocağı olmuş
Rəsul Rza adına 1 saylı tam orta məktəbin arxiv fotoşəklini təqdim edirik.
Bu məktəb təkcə bir təhsil ocağı deyil, həm də Göyçayın elm, mədəniyyət və ziyalılıq tarixində mühüm rola malik məkanlardan biridir. Onun sinif otaqlarından neçə-neçə alim, müəllim, həkim, mühəndis və sənət adamı yetişib.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🏛️ Bu arxiv və qiymətli foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

Vaxtilə bu məktəbin məzunu olmuş, burada təhsil alan və ya müəllim kimi çalışmış hər kəsi şərhlərdə öz xatirələrini, rəylərini bölüşməyə dəvət edirik.

Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta ümumtəhsil məktəbi
Göyçay Tarix Diyarşünaslıq Muzeyi





̇rs

14/09/2025

Mərhum tarzən-pedaqoq Rövşən Zamanov-un pianoda ifası – “Getmə amandır”

"Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə Göyçayın və bütövlükdə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, mərhum tarzən-pedaqoq Rövşən Zamanovun pianoda ifasını təqdim edirik.

“Getmə amandır”

🎼 Musiqi: Hacı Xanməmmədov
🎹 Pianoda ifa edir: Rövşən Zamanov

📌 COVİD-19 pandemiyası dövründə Rövşən Zamanov “Evdə qal, sənətinlə dəstəklə” təşəbbüsünə qoşularaq bu ifasını Bakı şəhər Mədəniyyət İdarəsinə göndərmişdi.

📅 Tarix: 27 may 2020

Bu ifa sənətkarın yaradıcılıq irsindən qalan dəyərli musiqi yadigarıdır.

Rövşən Zamanov



̇rs





https://www.youtube.com/watch?v=5ePN73kOceo&list=RD5ePN73kOceo&start_radio=1

14/09/2025

Əli Kərim poeziyası – Vaqif Mehdiyevlə söhbət (III hissə)

Mədəniyyət yazarı Vasif Ayan-ın təqdimatında yayımlanan “Ətalətdən uzaq, işıqlı insanlar sorağında” layihəsi qısa fasilədən sonra yenidən izləyicilərlə görüşür.

Layihənin bugünkü qonağı – XX əsr Azərbaycan poeziyasının incəruhlu şairi Əli Kərimin bacısıoğlu Vaqif Mehdiyevdür. O, böyük sənətkarın yaradıcılıq aləminə işıq tutur, şairin poeziya dünyasından danışır və onun bir neçə şeirini səsləndirir.

📌 Eyni gündə çəkilən söhbətimizin növbəti – III hissəsini təqdim edirik.

🎤 Müsahibə: Vasif Ayan
📹 Video çəkiliş: Mursel Rovshan Oglu
📅 Görüş tarixi: 12 sentyabr 2025

Vasif Ayan
Ətalətdən uzaq, işıqlı insanlar sorağında
Mursel Rovshan Oglu




̇rs

https://www.youtube.com/watch?v=PK7BSAYkxio

📸   Göyçayın Çərəcə  gölündən retro bir rakurs "Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə restavrasiya və rə...
13/09/2025

📸 Göyçayın Çərəcə gölündən retro bir rakurs

"Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə restavrasiya və rənglənmiş fotoşəkillər silsiləsindən Çərəcə gölünün arxiv görüntüsünü təqdim edirik. Daha öncə paylaşılan fotodan fərqli olaraq, bu şəkil gölün digər bir rakursundan çəkilib. Əlvan rənglər və sakit suyun üzərində hərəkət edən qayıq həmin dövrlərin göl ətrafındakı istirahət mənzərəsini göz önündə canlandırır.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🏛️ Bu arxiv və qiymətli foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

🎨 Fotonun restavrasiyası və rənglənməsi layihəmizin həmtəsisçisi Murad Qasimov tərəfindən həyata keçirilib.

Göyçay Tarix Diyarşünaslıq Muzeyi








13/09/2025

Vaqif Mehdiyevlə Əli Kərim xatirələri: Şairin cib dəsmalları (II hissə)

Mədəniyyət yazarı Vasif Ayan-ın təqdimatında yayımlanan "Ətalətdən uzaq, işıqlı insanlar sorağında" layihəsi qısa fasilədən sonra yenidən izləyicilərin görüşünə qayıdır.

Bugünkü buraxılışımızda XX əsr Azərbaycan poeziyasının incəruhlu şairi Əli Kərimin bacısıoğlu – Vaqif Mehdiyev böyük sənətkarın yaradıcılıq aləminə işıq tutur.

Videomuzun bu II hissəsində Vaqif Mehdiyev, şairin şəxsi əşyalarından bu günə gəlib çatan qiymətli yadigar – Əli Kərimin cib dəsmallarını izləyicilərə təqdim edir.

🎥 Müsahibə: Vasif Ayan
📹 Video çəkiliş: Mursel Rovshan Oglu
📅 Görüş tarixi: 12 sentyabr 2025









https://www.youtube.com/watch?v=f3GIS5V6fRA

Ətalətdən uzaq, işıqlı insanlar sorağında
Vasif Ayan
Mursel Rovshan Oglu

12/09/2025

Əli Kərim poeziyasına səyahət – Vaqif Mehdiyevlə görüş ( I hissə)

Mədəniyyət yazarı Vasif Ayan-ın təqdimatında "Ətalətdən uzaq, işıqlı insanlar sorağında" layihəsi qısa fasilədən sonra yenidən izləyicilərin ixtiyarındadır.
Bugünkü qonağımız XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, incəruhlu, qəlbəoxşayan şeirləri ilə oxucuların qəlbində özünəməxsus yeri olan şair Əli Kərimin bacısıoğlu – Vaqif Mehdiyev oldu.

Vaqif Mehdiyevin təqdimatında Əli Kərim yaradıcılığına və poeziya aləminə səyahət etdik. Bu 3 hissəli görüşümüzün I hissəsini sizə təqdim edirik.

🎥 Müsahibə: vasif Vasif Ayan
📹 Video çəkiliş: Mursel Rovshan Oglu
📅 Görüş tarixi: 12 sentyabr 2025







https://www.youtube.com/watch?v=zSDkqxfAlXY

Address

Göyçay
2300

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçayın Tarixi Salnaməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share