Göyçay bu gün / Goychay Today

Göyçay bu gün / Goychay Today Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay bu gün / Goychay Today, Media/News Company, Göyçay.
(1)

Bu gün Azərbaycan tarixinin ən mühüm və şərəfli günlərindən biridir.  Ötən əsrin əvvəllərində qurulmuş və cəmi 23 ay ömü...
17/10/2025

Bu gün Azərbaycan tarixinin ən mühüm və şərəfli günlərindən biridir. Ötən əsrin əvvəllərində qurulmuş və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyaətinin süqutundan 70 il sonra, 1991 – ci ilin məhz bu günü xalqımız ağır mübarizə nəticəsində yenidən öz müstəqilliyinə qovuşdu. Həmin gündən etibarən 18 Oktyabr tariximizə Müstəqillik günü kimi daxil oldu. 2021 - ci ildən etibarən isə Müstəqillik günü yeni adı ilə "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir. Artıq 5 – ci ildir ki, xalqımız bu günü torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd edir. Biz də səhifəmizin izləyiciləri adından bütün xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, ölkəmizə isə daha gözəl günlər, işıqlı sabahlar arzu edirik. Bayramınız mübarək.

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildiBu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qaramər...
16/10/2025

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi

Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Dövranlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial - iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Göyçay rayonunda həyata keçirilən abadlıq - quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Seymur Qasımov çıxış edərək Dövranlı kəndində keçirilən son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məruzə etmişdir.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilova çıxış edərək Dövranlı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı kənd sakinləri müxtəlif mövzularda rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Göyçayda sərgi - satış yarmarkası keçiriləcəkNoyabrın 8 – 9 - da Göyçay rayonunda "KOB FEST" sərgi - satış yarmarkası ke...
14/10/2025

Göyçayda sərgi - satış yarmarkası keçiriləcək

Noyabrın 8 – 9 - da Göyçay rayonunda "KOB FEST" sərgi - satış yarmarkası keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatda bildirilir ki, KOBİA - nın təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər. "Nar Festivalı" çərçivəsində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 3 - dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest – Göyçay" qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

Göyçaylı hərbçi vəfat edibAzərbaycan Ordusunun ehtiyatda olan zabiti baş leytenant Pərviz Babayev ötən gün ürək tutmasın...
13/10/2025

Göyçaylı hərbçi vəfat edib

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti baş leytenant Pərviz Babayev ötən gün ürək tutmasından dünyasını dəyişib. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçısı olmuş P.Babayev "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Göyçayda güclü yanğınÖtən gecə saat 21:30 radələrində rayonun Natəvan küçəsində yerləşən taxta sexlərindən birində yanğı...
12/10/2025

Göyçayda güclü yanğın

Ötən gecə saat 21:30 radələrində rayonun Natəvan küçəsində yerləşən taxta sexlərindən birində yanğın hadisəsi qeydə alınıb. Yanğının yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçməsi nəticəsində vətəndaşlara məxsus evlərə zərər dəyib. Evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanıb yararsız vəziyyətə düşüb. Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.

Əziz Göyçay sakinləri və rayonumuzun qonaqları! 8 noyabr 2025 - ci il tarixdə Göyçayda Şanlı Zəfərin beşinci ildönümünə ...
11/10/2025

Əziz Göyçay sakinləri və rayonumuzun qonaqları! 8 noyabr 2025 - ci il tarixdə Göyçayda Şanlı Zəfərin beşinci ildönümünə həsr edilmiş möhtəşəm konsert, 9 noyabrda isə Nar Festivalı keçiriləcək.

06/10/2025
Göyçay Rayon İcra Hakimiyyəti başçısının 2025 - ci ilin oktyabr ayında rayonun yaşayış məntəqələrində keçiriləcək səyyar...
01/10/2025

Göyçay Rayon İcra Hakimiyyəti başçısının 2025 - ci ilin oktyabr ayında rayonun yaşayış məntəqələrində keçiriləcək səyyar qəbulların qrafiki

Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev 2025 - ci ilin oktyabr ayı ərzində rayonun 4 yaşayış məntəqəsində sakinləri səyyar qəbul edəcək. Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçiriləcək.

Göyçay şəhərində daha dörd küçə işıqlandırılıbGöyçay şəhərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin...
30/09/2025

Göyçay şəhərində daha dörd küçə işıqlandırılıb

Göyçay şəhərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçələrin asfaltlanması, piyada səkilərinin əsaslı təmiri və işıqlandırma sisteminin yenilənməsi istiqamətində işlər davam etdirilir. 2025 - ci il 30 sentyabr tarixində Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhərin Natəvan, Sabir, Qantemir və Z.Nəcəfov küçələrinin işıqlandırılması təmin edilib. Bu günədək 28 - dən çox küçədə, 2 park ərazisində, eləcə də Şəhriyar küçəsində yerləşən 10 və 11 nömrəli çoxmənzilli yaşayış binalarının həyətində işıqlandırma işləri həyata keçirilib. Hazırda şəhərin digər küçələrində yolların işıqlandırılması məqsədilə yeni elektrik xətləri və müasir dayaqlar quraşdırılaraq sayğaclara qoşulma işləri aparılır. Görülən işlər tam başa çatdıqdan sonra küçələrin işıqlandırılması təmin olunacaq. Qeyd edək ki, Göyçay rayonunda abadlıq işləri tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Göyçaylı alim vəfat edibTanınmış fizik alim, fizika - riyaziyyat elmlər namizədi Rövşən Musayev ömrünün 78 – ci ilində d...
29/09/2025

Göyçaylı alim vəfat edib

Tanınmış fizik alim, fizika - riyaziyyat elmlər namizədi Rövşən Musayev ömrünün 78 – ci ilində dünyasını dəyişib. Rövşən Əli oğlu Musayev 1947 - ci ildə Göyçay şəhərində anadan olub. 1965 -1970 - ci illərdə BDU - nin fizika fakültəsində təhsil alıb. 1973 - 1974 - cü illərdə AMEA Fizika institutunda mühəndis vəzifəsində çalışıb. 1975 – 1979 - cu illərdə Rusiyanın Fizika - Energetika İnstitutunun aspirantı olub. 1980 - ci ildə Moskva şəhərində namizədlik dissertasiyası müdafiə edib. 1982 – 1984 - cü illərdə Moskva şəhərindəki Ümumittifaq Atom energetikası Elmi – tədqiqat institutunda kiçik elmi işçi, 1984 - 1986-cı illərdə Moskva şəhərindəki Ümumittifaq nəzarət - ölçü istehsalat birliyi institutunda baş elmi işçi, 1986 – 1989 - cu illərdə isə Tibbi - bioloji problemlər institutunda Sektor müdiri vəzifəsində çalışıb. 1990 – 2014 - ci illərdə BDU Radiasiya və onun ətraf mühitə təsiri fakultələrarası Elmi tədqiqat Laboratoriyasında laboratoriya rəhbəri və aparacı elmi işçi olub. 2014 – 2019 - cu illərdə BDU - nun Fizika Problemləri Elmi - Tədqiqat İnstitutunun Yarımkeçirici fizikası şöbəsində, 2019 - cu ildən isə Biofizika şöbəsində aparıcı elmi işçi kimi çalışırdı. 29 elmi əsəri müxtəlif jurnallarda çap edilib. Allah rəhmət eləsin.

Kimyaçı alim, kimya üzrə  fəlsəfə doktoru Aynur Heydərovanın doğum günüdür.. Aynur Mustafa qızı Heydərova 1950 - ci il s...
27/09/2025

Kimyaçı alim, kimya üzrə fəlsəfə doktoru Aynur Heydərovanın doğum günüdür.. Aynur Mustafa qızı Heydərova 1950 - ci il sentyabrın 28 - də Göyçay şəhərində anadan olub. Azərbaycan Neft və Kimya institutunun (indiki Neft və Sənaye Universiteti) Kimya texnologiyası fakültəsini Qeyri üzvi kimya ixtisas üzrə bitirib. “Metan və onun konversiya məhsulları ilə reduksiya etməklə tozlu və təmiz kükürd qazından sərbəst kükürdün alınması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun böyük elmi işçisidir.

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildiBu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Məlikkə...
25/09/2025

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi

Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şıxəmir kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial - iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Göyçay rayonunda həyata keçirilən abadlıq - quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov çıxış edərək Şıxəmir kəndində keçirilən son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məruzə etmişdir.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Famil Abdullayev çıxış edərək Şıxəmir kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı kənd sakinləri Şıxəmir və Məlikkənd kəndlərarası avtomobil yoluna çınqıl daşı tökülərək cari təmir edilməsi, kəndin aşağı hissəsində yerləşən pay torpaq sahəsinə suyun vaxtında və kifayət qədər çatmaması nəticəsində əkin sahəsinin suvarılmasında çətinlik yaranması, fərdi yaşayış evinin inşa edilməsi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik olunması yeni inşa edilən fərdi yaşayış evində elektrik enerjisinin gərginliyinin aşağı olması və s. mövzularda rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Address

Göyçay
AZ2300

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay bu gün / Goychay Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share