Goychay Live

Goychay Live Goychay.Live - Official Tourism Web Site of Goychay City Goychay is a city and municipality in and the capital of the Goychay Rayon of Azerbaijan.

The municipality includes the city of Goychay and the nearby village of Qızılqaya.As of December 2004 the urban population was 35,344Concerted settlement dates back to the late 1850s following the devastating 1859 earthquake in Shemakha, though the town was only officially incorporated as such in 1916.Notable natives Enver Mammadkhanli — writer, Honored Art Worker of Azerbaijan SSR. Mirza Khazar —

prominent radio journalist, essayist, translator of the Bible in Azeri language. Rasul Rza — writer, People's Poet of Azerbaijan (1960). Rauf Atakishiyev – singer, pianist, People's Artist of Azerbaijan (1967). Sadykh bey Aghabekov — general in the Russian Imperial Army, founder and reformer of Azerbaijani Police, Major General, Orientalist.International relationsTwin towns — Sister citiesTovuz is twinned with various cities.

12/09/2025
12/09/2025

📸 “Leninqrad” südçülük sovxozunun fəxri üzvü – Səmayə Nəsirova

“Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində sizə təqdim etdiyimiz bu arxiv fotoşəkildə rayonumuzun əməkçi qadını, “Leninqrad” südçülük sovxozunun fəhləsi, Rayon Sovetinin deputatı Səmayə Nəsirova əks olunub. . Əməyi və fədakarlığı ilə seçilən Səmayə Nəsirova Göyçayın əmək salnaməsində özünəməxsus yer tutur.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🏛️ Bu arxiv və qiymətli foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

Əziz izləyicilər! Səmayə xanımı tanıyanlardan – onun qohumlarından, qonşularından, rəfiqələrindən və ya yaxın tanışlarından kimlərsə varsa, xatirələrini və məlumatlarını şərh bölməsində bizimlə paylaşmağınızı xahiş edirik. Bu, tariximizi daha canlı və zəngin şəkildə qorumağa kömək edəcək.

Göyçay Tarix Diyarşünaslıq Muzeyi

11/09/2025

📸 “Sovet qadınlarına eşq olsun!” – Göyçay küçələrindən retro bir görüntü

"Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə sovet dövrünə aid maraqlı bir arxiv foto təqdim edirik. Fotoda şəhərin küçələrindən birində qadın obrazı ilə bəzədilmiş stend əks olunub. Üzərində yazılan “Sovet qadınlarına eşq olsun!” şüarı həmin illərdə qadınların ictimai-siyasi həyatda roluna verilən önəmin göstəricisidir. Bu cür lövhələr Göyçay küçələrinə də özünəməxsus sovet ab-havası qatırdı.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🏛️ Bu arxiv və qiymətli foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

Hörmətli izləyicilər, maraqlıdır – sizcə bu görüntü Göyçayın hansı məkan və ya küçəsində olub?

Göyçay Tarix Diyarşünaslıq Muzeyi








09/09/2025

📸 Göyçay nar şirəsinin beynəlxalq uğuru — 1977-ci il, Erfurt (“IGA 77”) sərgisi

Göyçay nar şirəsi 1977-ci ildə Almaniyada qızıl medal qazandı.

"Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə bu dəfə Göyçayla bağlı maraqlı və fərqli bir arxiv sənədini təqdim edirik.

1977-ci ildə Almaniya Demokratik Respublikasının Erfurt şəhərində keçirilmiş beynəlxalq bağçılıq sərgisində (“IGA 77”) Göyçayda istehsal olunan nar şirəsi yüksək keyfiyyətinə görə qızıl medala layiq görülmüşdür.

Bu fakt bir daha sübut edir ki, Göyçay yalnız nar bağları ilə deyil, həm də dünya miqyasında tanınan məhsulları ilə seçilib. O dövrün sənədlərində qorunub saxlanılan bu mükafat, Göyçayın narçılıq ənənələrinin beynəlxalq arenada necə dəyərləndirildiyini göstərir.

🏛️ Bu arxiv və qiymətli sənəd Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

Göyçay Tarix Diyarşünaslıq Muzeyi








#

08/09/2025
06/09/2025

📸 "Göyçay rəhbər işçiləri gəzintidə"

Göyçay İcma İnkişaf Mərkəzi-nin təşəbbüsü ilə həyata keçirilən "Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə Göyçayla bağlı daha bir arxiv fotoşəkili diqqətinizə çatdırırıq. Ötən əsrdə çəkilmiş bu arxiv ağ-qara fotoşəkilində Göyçayın o dövrkü rəhbər işçiləri park ərazisində gəzinti zamanı əks olunublar.

Əllərində gül buketləri tutan ziyalı və rəhbər şəxslərin birgə addımları, həmin illərin ictimai-mədəni həyatından maraqlı bir anı əks etdirir. Fotoşəkil həm dövrün geyim üslubunu, həm də Göyçay tarixi üçün dəyərli bir xatirəni bizə yadigar saxlayır.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🏛️ Bu arxiv və qiymətli foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

❓ Fotoda gördüyünüz şəxsləri tanıyırsınızmı? Onların kim olduğunu şərhlərdə qeyd edin!

Göyçay Tarix Diyarşünaslıq Muzeyi







28/08/2025

📚✨ Göyçay kitab mağazası – elm və maarifin ünvanı

🕰️ "Göyçayın tarixi salnaməsi" layihəsi çərçivəsində sizə təqdim etdiyimiz bu arxiv foto bir zamanlar fəaliyyət göstərmiş Göyçay kitab mağazasından görüntüdür.

📖 O illərdə bu məkan maarifin, mədəniyyətin və ideologiyanın təbliğ olunduğu mühüm ünvanlardan biri idi.
👩‍🏫 Satıcı oxuculara xidmət göstərir, gənclər isə vitrinlərə baxaraq kitab və nəşrlərlə maraqlanır.
🌍 Bu şəkil Göyçayın mədəni həyatının unudulmaz parçasını əks etdirir.

📖 “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🏛️ Bu arxiv və qiymətli foto Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fondundan əldə edilmişdir.

Bu kitab mağazası Göyçayda bir zamanlar 5 mərtəbəli binanın altında, M.Ə.Rəsulzadə küçəsində (keçmiş Kommunist küçəsində) yerləşirdi.








Address

Göyçay şəhəri
Göyçay
AZ2300

Alerts

Be the first to know and let us send you an email when Goychay Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Goychay Live:

Share

Category

Our Story

"Business24 TV" the first and the only online Azerbaijan TV channel talking about and on behalf of a real business. Authors and anchors speaking on air are the top companies’ CEOs , bank presidents, prominent industrialists and successful businessmen. Guests share the business organization best practicies, discuss the management issues and everyday challenges of the entrepreneurship. Filling the channel has three main themes: business, sports, entertainment.