Visit Goychay

Visit Goychay Visit Goychay 🇦🇿
The Geographic Centre of Azerbaijan Goychay is a city and municipality in and the capital of the Goychay Rayon of Azerbaijan.

The municipality includes the city of Goychay and the nearby village of Qızılqaya.As of December 2004 the urban population was 35,344Concerted settlement dates back to the late 1850s following the devastating 1859 earthquake in Shemakha, though the town was only officially incorporated as such in 1916.Notable natives Enver Mammadkhanli — writer, Honored Art Worker of Azerbaijan SSR. Mirza Khazar — prominent radio journalist, essayist, translator of the Bible in Azeri language. Rasul Rza — writer, People's Poet of Azerbaijan (1960). Rauf Atakishiyev – singer, pianist, People's Artist of Azerbaijan (1967). Sadykh bey Aghabekov — general in the Russian Imperial Army, founder and reformer of Azerbaijani Police, Major General, Orientalist.International relationsTwin towns — Sister citiesTovuz is twinned with various cities.

17/09/2026

📸 1952–1953-cü il — Göyçay şəhər 1 №-li qız orta məktəbinin IX buraxılışı

📜 “Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində bu dəfə sizi Göyçayın təhsil tarixinin yaddaşında iz qoymuş daha bir nadir və qiymətli retro arxiv fotosu ilə baş-başa buraxırıq. 🕰️📸

🏫 Fotoda Göyçay şəhər 1 №-li qız orta məktəbinin 1952–1953-cü il IX buraxılışı əks olunub.

🎓 Bu tarixi fotoşəkil yalnız bir məzun buraxılışının xatirəsi deyil, eyni zamanda 1950-ci illərin Göyçay məktəb mühiti, müəllimləri və şagirdlərinin simasında şəhərimizin təhsil tarixinin canlı bir yadigarıdır. 📚👩‍🎓

🕰️ Aradan ötən onilliklər ərzində bu foto özündə bir dövrün izlərini qoruyub saxlayıb. Hər bir sima, hər bir ad Göyçayın maarif və təhsil tarixinin ayrı-ayrı səhifələrindən xəbər verir.

Fotodakı şəxslərdən kimləri tanıdınızsa, zəhmət olmasa, şərh bölməsində öz qeydlərinizi və bildiyiniz məlumatları bizimlə paylaşın.

🏛️ Qeyd: Bu qiymətli arxiv fotoşəkli Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta ümumtəhsil məktəbinin arxivindən əldə olunmuşdur.

🙏 Fotoya və arxiv materialının layihəmizə təqdim olunmasına görə məktəbin direktoru Sevda Həsənovaya “Göyçayın tarixi salnaməsi” layihəsi adından dərin təşəkkürümüzü bildiririk.

📌 Keçmişi qorumaq — gələcəyə ötürməkdir!
📸 “Göyçayın tarixi salnaməsi” — yaddaşımızın arxivi.

13/09/2026

🕰️ Keçmişin yaddaşından: Göyçay Leninqrad sovxozunda bir gün — 1980-ci illər

📜 “Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində bu dəfə sizə Göyçayın keçmişinə aid daha bir maraqlı və qiymətli arxiv fotoşəkilini təqdim edirik.

📸 Təxminən 1980-ci illərə aid olan bu ağ-qara fotoşəkil Göyçay Leninqrad sovxozunda çəkilmişdir. Kadrda sovxoz həyatının, insanların gündəlik əmək və məişət mühitinin, eləcə də həmin dövrün kənd ab-havasının maraqlı mənzərəsini görmək mümkündür.

Fotoşəkildə bir qrup insanın bir araya gəldiyi, musiqi və rəqs elementlərinin əks olunduğu səmimi və canlı bir an yaddaşlara həkk olunub. Bu cür fotolar təkcə bir dövrün insanlarını deyil, həm də Göyçayın sosial-mədəni həyatının müəyyən bir parçasını gələcək nəsillərə çatdırır.

🏛️ Fotoşəkil Göyçay Mədəniyyət Mərkəzindən əldə edilmişdir.

📚 Keçmişin hər bir fotosu — Göyçayın tarixindən bir səhifədir.
🕰️ Bu səhifələri birlikdə yaşadaq və gələcək nəsillərə çatdıraq!

12/09/2026
09/09/2026

🩺 Göyçay Tibb Bacılar Məktəbinin IX buraxılışı — 1963–1964-cü illər

📖 “Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində bu dəfə sizə Göyçay tarixinin və səhiyyə-mədəni irsinin daha bir qiymətli yadigarını təqdim edirik.

🩺 Azərbaycan SSR Səhiyyə Nazirliyinin Göyçay Tibb Bacılar Məktəbinin IX buraxılışı — 1963–1964-cü illər.

📸 Təxminən 1964-cü ildə çəkildiyi görünən bu nadir məzun buraxılışı fotosunda həmin dövrdə Göyçay Tibb Bacılar Məktəbində təhsil alan məzunlar və müəllim kollektivi əks olunub.

🎓 Fotoşəkil üzərindəki məlumatlardan göründüyü kimi, burada məktəbin rəhbərliyi və ayrı-ayrı müəllimləri ilə yanaşı, həmin dövrün məzunlarının da adları qeyd olunub. Bu isə fotonu sadəcə xatirə şəkli deyil, həm də Göyçayın təhsil və səhiyyə tarixini araşdırmaq baxımından qiymətli tarixi mənbə kimi dəyərləndirməyə imkan verir.

👩‍🏫 Fotoda tam mərkəzdə direktor
Naibə Əliyevadır. Yuxarı cərgədən sağdan 3-cü şəxs — Aliyə Cəfərova, həmin dövrdə məktəbdə farmakologiya müəllimi kimi fəaliyyət göstərib.

💐 Bu qiymətli arxiv fotosunu Aliyə Cəfərovanın oğlu İbrahim Mehdiyev təqdim edib. Foto İbrahim Mehdiyevin şəxsi arxivindən götürülüb.

🔎 Fotoda yer alan şəxslərdən kiminsə tanışını, qohumunu, ailə üzvünü və ya özünü tanıyan izləyicilərimiz varsa, xahiş edirik, rəy bölməsində həmin şəxsin adını və mümkün olduğu qədər əlavə məlumatları bizimlə paylaşsınlar.

🤝 Belə məlumatlar Göyçayın keçmişinə aid bu cür qiymətli fotoşəkillərin daha dəqiq araşdırılmasına, şəxslərin müəyyənləşdirilməsinə və tarixi yaddaşımızın qorunmasına böyük kömək edir.

🕰️ Bir foto — bir dövrün yaddaşı!

📌 Foto: İbrahim Mehdiyevin şəxsi arxivindən

Göyçayın Tarixi Salnaməsi

08/09/2026
07/09/2026

📸 Göyçay təhsilinin tarixə düşən nümayəndə heyəti Bakıda müəllimlərin qurultayında ( 1980-ci illərin unudulmaz tarixi fotosu)

🏛️ “Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində retro fotoşəkillər silsiləsindən Göyçayın təhsil və maarif tarixini əks etdirən daha bir unikal və nadir arxiv fotosunu təqdim edirik.

📸 Fotoşəkil təxminən 1988-ci ildə Bakı şəhərində keçirilmiş müəllimlərin VII qurultayı zamanı çəkilib. Həmin dövrdə Göyçay rayon Maarif Şöbəsinə mərhum Vidadi Quliyev rəhbərlik edirdi. Tarixi fotonun tam mərkəzində də məhz Vidadi Quliyev dayanıb.

🎓 Bu foto təkcə bir xatirə şəkli deyil, həm də həmin dövrdə Göyçay təhsilinin və maarifinin aparıcı simalarının Azərbaycanın paytaxtında keçirilən mötəbər müəllimlər toplantısında təmsil olunmasının canlı tarixi sənədidir.

👥 Fotoda tanıya bildiyimiz ziyalı və pedaqoqlar arasında:

🔹 Sağdan birinci – uzun illər Göyçay şəhər 7 nömrəli məktəbdə rus dili müəllimi işləmiş Gülşən Qurbanova
🔹 Yuxarı cərgədə – Rafər Qarayeva
🔹 Aydın Çərkəzov
🔹 Zülfiyyə Vəliyeva
🔹 Lütfiyar Məmmədov
🔹 Şölə Damadayeva
🔹 Aşağı cərgədə – Azərbaycanın görkəmli pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru Vidadi Xəlilov və digər dəyərli təhsil nümayəndələri yer alıblar.

🕰️ Arxiv fotoşəkilləri zamanın yaddaşıdır. Bu nadir kadr da Göyçay təhsilinin bir dövrünü, həmin illərin müəllim və ziyalı nəslini, onların ölkənin təhsil həyatında iştirakını bu günümüzə gətirib çıxaran qiymətli tarixi sənədlərdən biridir.

🙏 Fotoda olan digər şəxsləri tanıyan izləyicilərimizi də şərh bölməsində öz məlumatlarını bölüşməyə dəvət edirik. Birlikdə bu tarixi fotonun simalarını tam müəyyənləşdirə bilərik.

📂 Qeyd: Bu arxiv fotoşəkil mərhum Vidadi Quliyevin nəvəsi Şəmsi Nurinin şəxsi arxivindən əldə olunmuşdur.

Address

Göyçay şəhəri
Göyçay
AZ2300

Alerts

Be the first to know and let us send you an email when Visit Goychay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Goychay:

Shortcuts

Share