DİFAİ GƏNCƏ - Müstəqil İnformasiya Portalı

DİFAİ GƏNCƏ - Müstəqil İnformasiya Portalı Gəncədə hökm sürən məmur özbaşınalığı, çoxsaylı korrupsiya halları və haqsızlıqlara qarşı müqavimət mərkəzi. Mübarizə alətimiz alternativ informasiyadır!

Hörmətli dostlar, əziz Gəncə sakinləri! "GƏNCƏ - Müstəqil İnformasiya Portalı" olaraq yeni fəaliyyətə başladıq. Açılmaqda əsas məqsədimiz Gəncəmizdə olan çoxsaylı problemlərin işıqlandırılması, içtimailəşdirilməsi və mümkün qədər onların həllinə nail olmaqdan ibarətdir. Hamımız bilirik ki şəhərimizin və şəhər sakinlərinin yüzlərlə, minlərlə problemi mövcuddur və bu gün bu problemləri geniş şəkildə

içtimailəşdirməyə və ölkə rəhbərliyinə çatdırmağa heç bir real vasitə yoxdur.
Çünki bütün Tv kanallar, qəzet və əksər internet saytları mövcud problemləri görməzliyə vuraraq ancaq bayağı verilişlər hazırlayıb insanları yuxuya verməklə, məddahlıq edib yalan satmaqla məşğuldurlar. Biz Gəncə haqqında alternativ xəbər mənbəyinə çevrilməyi və sırf obyektiv məlumatlara əsaslanaraq konstruktiv tənqidi materiallar paylaşmağı özümüz üçün hədəf seçmişik!
Əziz dostlar, bütün fəaliyyətimiz dövründə, ələlxüsus da ilkin mərhələdə sizlərin dəstəyinə çox böyük ehtiyacımız var! Səhifəmizin xəbərlərini paylaşın, dostlarınızı səhifəni bəyənməyə dəvət edin, şərhlər yazın, müzakirələrə qoşulun, bir sözlə aktiv olun ki, oxucularımızın sayı artsın, problemlər içtimailəşsin və onların həllinə birlikdə nail ola bilək! Gəncədə rastlaşdığınız, gördüyünüz, bildiyiniz problemlər haqda, korrupsiya halları və məmur özbaşınalığı haqda əlinizdə olan məlumatları, fotoları bizə yollayın. Məlumatlar bütün hallarda mənbənin anonimliyi 100% qorunub saxlanmaqla paylaşılacaq! Təşəbbüsümüzə dəstək olmaq, Gəncə haqda alternativ məlumatlar almaq istəyirsinizsə səhifəni bəyənin (yuxarıdaişarəsi) və xəbərlərimizi paylaşın! Gəlin birlikdə doğma şəhərimizə yiyə çıxaq!

Bildiyiniz kimi keçən ilin iyun ayında Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar v...
03/04/2025

Bildiyiniz kimi keçən ilin iyun ayında Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar vəzifəsinə HƏSƏNZADƏ ELVİN KAMRAN oğlu təyin edilib.

Aldığımız çoxsaylı məlumatlara görə bu şəxs qısa müddətdə Gəncədə acgözlükdə, müxtəlif iş adamları və sahibkarlara çəkinmədən beşqat “tas qoymaqda” ad çıxarmağı bacarıb.

Burdan bu yeni memara səslənib hələlik ilkin xəbərdarlıq edirik-

Ay insan, Ağlını başına yığ!
Bura Gəncədi, burda özünü adam kimi apar!
Camaatı incitmə, rüşvəti yığışdır!

Deyəsən sələfin Elxanın aqibəti sənə görk olmayıb.. Hərçənd onu səndən qat-qat “insaflı” söyləyirlər.

İzləyicilərimizə xatırladaq ki Gəncənin bundan əvvəlki Baş memarı Elxan Məmmədov keçən il mart ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılmış və sonradan vəzifəsindən kənarlaşdırılmışdı. Ondan əvvəlki Məharətin aqibəti də hamıya məlumdur..

Belə gedişlə qadasın aldığım “qara maskalılar” bunun də başına meşok salıb aparacaqlar tezliklə.

Deyirlər Gəncədə koordinasiyalı, nizamlı şəkildə yol düzəldənə var-yox söyüşü söyüblər.Oturuşmuş qayda və gesişat belədi...
31/03/2025

Deyirlər Gəncədə koordinasiyalı, nizamlı şəkildə yol düzəldənə var-yox söyüşü söyüblər.
Oturuşmuş qayda və gesişat belədir-
Birinci bir qurum yolun asfaltını qaşıyır, üstündən asfaltlayır, bir az keçən kimi dalınca o biri qurum mütləq gəlib təzədən yolu qazıb, dağıdır və su(işıq, qaz və s.) çəkir, sonra da torpalayıb gedir.
Heydər Əliyev, Atatürk, Təbriz, 28 May, Pərvin Səmədov, Firdovsi və onlarla digər küçələr bu aqibəti yaşayıblar. Bəziləri isə artıq ikinci-üçüncü dövrəyə gedib..
İndi də deyirlər yeni stadion tikilir, Atatürk prospekti və ətraf küçələr asfaltlanandan sonra təzdən yadlarına düşüb ki bəs deməzsənmi stadiona qaz, işıq, internet çəkilməyib. İndi birdə hamısını çəkmək üçün yolları qazıb dağıdacaqlar..
Sizcə bunu niyə belə edirlər?
Qurumlar biri biri ilə əlaqəsi yoxdur, küsülüdür nədir? Yoxsa primitiv qaydada yeyinti etmək üçün, büdcəni talamaq üçün belə edirlər?

Gəncədə sizi narahat edən hər hansı ictimai problem varsa,  foto yaxud video çəkin və bizə göndərin. Əmin olun ki həll e...
24/03/2025

Gəncədə sizi narahat edən hər hansı ictimai problem varsa, foto yaxud video çəkin və bizə göndərin.
Əmin olun ki həll edilməsi üçün əlimizdən gələni edəcəyik!

Bu il Gəncədə əminliklə son 30 ilin ən sönük Novruz Bayramı keçirildi.. Bayramov yoldaş niyə belə edir, kim bilir? Olmay...
21/03/2025

Bu il Gəncədə əminliklə son 30 ilin ən sönük Novruz Bayramı keçirildi..
Bayramov yoldaş niyə belə edir, kim bilir? Olmaya getməyə hazırlaşır?

Neçə illik fasilədən sonra, böyük çətinliklə də olsa nəhayət səhifəmizi bərpa edə bildik!✊🏻Qayıdaq fəaliyyətimizə.Gəncəy...
17/03/2025

Neçə illik fasilədən sonra, böyük çətinliklə də olsa nəhayət səhifəmizi bərpa edə bildik!✊🏻
Qayıdaq fəaliyyətimizə.

Gəncəyə düşmən kəsilən Yelmar Vəliyev istədiyini aldı və rədd edildi, ancaq baxırıq ki Gəncədə şərəfsiz məmurlar hələ də az deyil.
Bir-bir hamısı ifşa ediləcək, buna əmin olun!

Ölkə başçısı sağ olsun MDB Oyunları ilə bağlı Gəncədə böyük yenidənqurma işlərinin anonsunu verdi, lakin bir çox məmurlar bunu şəhərin gözəlləşməsi üçün deyil, yeyinti və ciblərini doldurmaq üçün fürsət biliblər.
Bir misal çəkək.
Gəncədə yüzlərlə asfaltsız küçə olduğu halda eyni küçə və prospektləri təkrar-təkrar sıyırıb iki qat asfaltlamaq aşkar yeyinti və korrupsiya deyilsə bəs nədir?
Bu işdə sifarişçi Niyazi Bayramovdursa, icraçılar oliqarx yol-tikinti məmurları Aqubət və Nərimandır.
Hələlik hər üçünə kiçik ismarıc göndəririk-
Şərəfiniz olsun, ayrılan vəsaitləri təyinatı üzrə xərcləyin!

Address

Gandza

Website

Alerts

Be the first to know and let us send you an email when DİFAİ GƏNCƏ - Müstəqil İnformasiya Portalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share