22/08/2025
Prezident İlham Əliyev:
İndi Gəncəyə buradan, Kəlbəcərdən yəqin ki, 1 saat yarıma gedəcəksiniz. Bir məsələni də demək istəyirəm. Bu gün tunelin açılışını edəndə bir göstəriş də verdim. İndi onun üzərində işləyəcəklər ki, Toğanalıdan ta Gəncəyə qədər də baxsınlar, biz o yolu da qısaldaq, çünki o yol da bir az narahatdır. Orada da bəlkə bir yox, bir neçə tunel inşa ediləcək. O olarsa, onda Gəncədən Kəlbəcərə rahat 1 saat, 1 saat 10 dəqiqəyə gəlmək mümkün olacaq.