Kəpəz Müstəqil Teleradio Şirkəti

Kəpəz Müstəqil Teleradio Şirkəti Kəpəz Müstəqil Teleradio Şirkəti

09/08/2025

Avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu. Daha sonra ...

Təşəkkürlər! Gencexeber.az
22/07/2025

Təşəkkürlər! Gencexeber.az

Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, təltif olunanlar sırasında Gəncə şəhərinin tanınmış media nümayəndələri də yer alıblar.

Uzun illər mətbuat sahəsində fəaliyyət göstərən Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. “Kəpəz” Müstəqil Teleradio Şirkətinin baş direktorunun birinci müavini Nofəl Elbrus oğlu Dərgahov isə “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi qeyd olunur.

Təşəkkürlər! Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti
22/07/2025

Təşəkkürlər! Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb....
21/07/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Təltif olunanlar arasında "Kəpəz" Müstəqil Teleradio Şirkətinin baş direktorunun 1-ci müavini Nofəl Elbrus oğlu Dərgahov da var. O, "Tərəqqi" medalına layiq görülüb.
Təşəkkürlər, cənab Prezident!
Uğurların bol olsun, Nofəl Dərgahov!

https://president.az/az/articles/view/69426

https://www.facebook.com/share/p/15nU9ZoYLa/
06/06/2025

https://www.facebook.com/share/p/15nU9ZoYLa/

Kəpəz TV – 32 il efirdə

Bu gün qərb bölgəsinin informasiya məkanında özünəməxsus yer tutan Kəpəz Televiziyasının fəaliyyətə başlamasından 32 il ötür.

1993-cü ilin yayında Gəncədə təsis edilən "Kəpəz Müstəqil Teleradio Şirkəti" Azərbaycanın ilk regional özəl televiziyası kimi efirə çıxıb. Televiziya yarandığı gündən Gəncə başda olmaqla ətraf rayonların informasiya təminatını həyata keçirir. Kəpəz TV-nin xəbərləri və orijinal verilişləri Qərb bölgəsində baş verən hadisələri izləyicilərə operativ və dolğun çatdırmaqla seçilir.

Fəaliyyəti dövründə Kəpəz TV 100-dən artıq sənədli və bədii layihəyə imza atıb, müxtəlif mükafatlara layiq görülüb. Bu televiziya təkcə informasiya vasitəsi deyil, həm də bölgənin mədəniyyət güzgüsüdür.

Gencexeber.az Kəpəz TV-nin yaradıcı heyətini bu əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni uğurlar və daim izləyici rəğbəti arzulayır!

https://www.facebook.com/share/p/1AbUeCxCeM/
06/06/2025

https://www.facebook.com/share/p/1AbUeCxCeM/

📺 Bu gün Azərbaycanın ilk özəl regional televiziyası olan Kəpəz TV-nin 32 yaşı tamam olur

🗓 "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ilin yayında Gəncə şəhərində yayıma başlayıb. Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında yaşayan insanların gündəlik informasiya tələbatını ödəyən Kəpəz TV, xəbər buraxılışları və müxtəlif səpkili verilişlər vasitəsilə qərb bölgəsində baş verən prosesləri işıqlandırır.
Bu illər ərzində Kəpəz TV 100-dən çox tarixi, bədii-sənədli filmlər istehsal edib, müxtəlif mükafatlara layiq görülüb.

👏🏻 “Report” İnformasiya Agentliyi Kəpəz TV-də çalışan əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır!

01/06/2025

Müasir uşaqlar dünyanı necə görmək istəyir?

dalğasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca kəpəzfmçilərin fikirlərini eşidin!

Address

Nizami Rayonu, C. Rəfibəyli Küç. 66
G***a
AZ2003

Alerts

Be the first to know and let us send you an email when Kəpəz Müstəqil Teleradio Şirkəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kəpəz Müstəqil Teleradio Şirkəti:

Share

Category