İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi

İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi

03/10/2025
03/10/2025

✨ Kitab dünyasına səyahət üçün yol pulsuzdur!

📅 1–7 oktyabr

📍 Bakı Ekspo Mərkəzi

🚍 “Koroğlu”, “28 May” və “Elmlər Akademiyası” metro stansiyalarından “shuttle bus”xidmətimizdən faydalanın.

03/10/2025
03/10/2025

Italiya Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşıq

Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə qeyd etdiyi kimi, energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasəti açıq və çoxşaxəlidir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkəmiz bunu atdığı real addımları ilə təsdiqləyir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında stimulverici amildir. Belə ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Dünyada etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

İki ölkə arasında əlaqələrin inkişafında enerji amili əsas rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi bu əlaqəlrin yüksələn xətlə inkişafında öz sözünü deyir. Belə ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin bu quruma üzv dövlətlərin rəsmiləri daim yüksək qiymətləndirirlər. Keçirilən görüşlərdə də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirilir. Azərbaycan və İtaliya prezidentlərinin mətbuata bəyanatları zamanı cənab İlham Əliyev bildirdi ki, energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Qarşılıqlı səfərlər zamanı keçirilən görüşlərdə Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci, neft təchizatına görə birinci yerdədir.
Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək.

03/10/2025

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad edib. Həmin gündən Dövlətimizin başçısı tərəfindən Madagiz kəndinin tarixi adı bərpa edilərək Suqovuşan adlandırılıb.

03.10.2025-ci il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Hey...
03/10/2025

03.10.2025-ci il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində növbəti seminar müşavirə keçirildi. Seminarda mədəniyyət müəssisələrinin sentyabr ayı ərzində görülmüş işlər və oktyabr ayı ərzində görüləcək işlərin müzakirəsi aparıldı.

Address

H. Əliyev Pr. 61
Ismayıllı
AZ3100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi:

Share