13/10/2023
https://m.facebook.com/story.php?story_fbid=pfbid0r4Nqh5uE4Qg7geAu4CnVN61M8tvop9rJ4wmyuZ9ZHqekJkqz9NpKrCBEwSYwmzttl&id=100070637966245&mibextid=Nif5oz
Böyük Qayıdış.
İftixar hissi ilə qeyd edirik ki, bu gün tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı - qələbə təntənəsidir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi ictimai, siyasi, iqtisadi, mədəni, humanitar və strateji əhəmiyyətə malikdir. Bütövlükdə, bu səfərlər, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir. Bir sözlə, Böyük Qayıdış başlayıb - biz qururuq, yaradırıq və yaşadacağıq!
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Bu qədim və əsrarəngiz şəhər Qafqazın konservatoriyası, Azərbaycanın musiqi beşiyi sayılıb. Şuşa yalnız muğam sənətimizin, musiqimizin, poeziyamızın inkişafında özünəməxsus yeri və rolu olan şəhər deyil. Elmin, təhsilin tərəqqisində də Şuşanın, müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etmiş, uğurlar qazanmış şuşalıların adı, şöhrəti var.
Pezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edilir.
"Şuşa ili" çərçivəsində bu ilin 12-14 may tarixlərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Beynəlxalq festivala Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri, eləcə də bir sıra xarici ölkələrdən gələn müxtəlif folklor üslublarının ifaçıları, rəqs kollektivləri çıxış ediblər. İlk dəfə 1989-cu ildə keçirilmiş "Xarıbülbül" festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra - ötən ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil olundu. O zaman "Xarıbülbül" festivalının açılış mərasimində dövlət başçısı "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - demişdi.
Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin bir ili tamam oldu. Şuşa Bəyannaməsində iki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi əksini tapıb. Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra hüquqi müstəviyə keçdi. Beynəlxalq hüquqa istinad olunmuş Şuşa Bəyannaməsinin həm qlobal, həm də regional əhəmiyyəti olduqca böyükdür.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində bu kimi nüfuzlu tədbirlərin keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir.
İlk növbədə qeyd edilməlidir ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi də bu baxımdan əlamətdar hadisədir.
Tədbirin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.
Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri qeyd edib. Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu, bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna - İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisi olduğu bildirilib.
44 günlük Vətən müharibəsindəki şanlı Qələbə və daha sonra bu ilin sentyabrında 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri əticəsində əldə edilən uğurlan nəticəsində Azərbaycan xalqı ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Qazanılan qələbə nəticəsində otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması sözün əsl mənasında beynəlxalq hüququn və ədalətin təntənəsi oldu.
Azərbaycan hər zaman sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Tədbirdə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb.
Qeyd edilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Bu tarixi fütsətdən Ermənitan istifadə etməlidir.
44 günlük Vətən müharibəindəki Qələbədən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalından azad edilən əzəli torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilən şəhərlərin baş planları təsdiq edilib. Burada regionun beynəlxalq statusunu artıran layihələr həyata keçirilir. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilib, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilib. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.
Bu ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində bizə dost və qardaş olan Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu daölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.