Tolish Media

Tolish Media Free Talyshistan News Agency

https://t.me/TolishMedia

Zaqataladə oxonə 10 rujıdə 3 korpə mardəDe doə məlumatı, rayoni Cimcımax di əji 19 sininə hamilə Cəmilə Əliyeva bə Zaqat...
12/11/2025

Zaqataladə oxonə 10 rujıdə 3 korpə mardə

De doə məlumatı, rayoni Cimcımax di əji 19 sininə hamilə Cəmilə Əliyeva bə Zaqatala Rayon Mərkəzi Noxəşxonə zandə şebə daxil bə.

C. Əliyeva bə zandə şebə daxil bə dı saat bə peş de həkim mama-qinekoloq Yeqanə Bayraməliyeva iştiroki təbii zande səş qətə. Zandeədə korpə marde fakt bə ğeyd sə bə.

Im ooxonə 10 ruji Zaqatala noxəşxonə zandə şebədə seminə bə dınyo omə korpə mardeye.

Telegramədə bə TolishMedia kanali abunə bıbən! 👇https://t.me/TolishMedia

Bə noxəşxonə vədə hol bevəc bə xonəxo həkim nez mandə niDe doə xəbə, sosial şəbəkədə de noxəşxonə vədə hol bevəc bə xonə...
12/11/2025

Bə noxəşxonə vədə hol bevəc bə xonəxo həkim nez mandə ni

De doə xəbə, sosial şəbəkədə de noxəşxonə vədə hol bevəc bə xonəxo band video pevolo kardə bə.

Videoədə ğeyd bedə ki, talassemiya mərəzin bə əğıli hol bevəc bıboən, hiç qılı həkimi bey koməqış kardə ni.
Devlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Aqentəti tərəfo ın fakton təkzib kardə bən.

Telegramədə bə TolishMedia kanali abunə bıbən! 👇https://t.me/TolishMedia

Əliyev: Azərboyconi ərteş bə NATO standarton ovaştedəİlham Əliyevi Bokuədə NАТО nımoyəndon ğəbulış kardə və əyo Azərboyc...
12/11/2025

Əliyev: Azərboyconi ərteş bə NATO standarton ovaştedə

İlham Əliyevi Bokuədə NАТО nımoyəndon ğəbulış kardə və əyo Azərboyconi ərteşe bə alyansi standart ovaşte bəyonış kardə. 2021-мinə sori Azərboycon bə NATO bloki hərbi təlimon umjən qınyə be.

Аzərboycon lideri ın bəyonati barədə çəy press-xıdməti məlumot pevoloş kardə.
Əliyevi ğeydış kardə ki, Azərboyconi ərteş, bə NАТО standarton ovaşte ro de tırkiyə ərteşi ğoym həmkoəti kardedə.
De Əliyevi votəy, Аzərboycon mıstəğıl bə məğamiku bə ıştə əsos məğsədi —ıştə torıxe zəminon oqordıne məğsədi rəsə və azərboycon ərteşi modern karde dəvom bəkarde.
2024-minə sori martə manqədə bə Boku NАТО çə fəxtinə qeneral kotib Yеns Stoltenberq omə be və bəvədə ğərəz Ğəroboğ məsələ, аzərboyconiku еnerji ehtiyoton nəql karde mılağaton bardə bəbin.
Аzərboyconi de NАТО əlağon ıştə binevrə 1992-minə soriku peğətedən. Bəvədə, Boku bə NATO şura həmkoəti —alyansi uzvon və uzv nıbəyon miyono əlağon soxtə forumi umjən qınyə be. 1997-minə sori ın forum bə Şimoli atlantik alyansi mıttəfığəti şura peqade. 1994-minə soriən Аzərboycon bo Şərqi Avropa iyən navkonə Şura respublikon ro «Sulhi ro mıttəfığəti » dıtərəfinə priqrami umjən qınyə. Boku və NАТО miyono həmən, individual mıttəfığəti eçın hıste (Individual Partnership Action Plan — IPAP) və bın eçınədə hərbi-texniki həmkoəti həmmə məsəlon rozi kardə bən.

Telegramədə bə TolishMedia kanali abunə bıbən! 👇https://t.me/TolishMedia

İqbal Əbilov 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülübBu gün İqbal Əbilov Umbaki Cəzaçəkmə Müəssisəsindən 12 saylı Cəzaç...
12/11/2025

İqbal Əbilov 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Bu gün İqbal Əbilov Umbaki Cəzaçəkmə Müəssisəsindən 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat verib.

Əbilov, 2024-cü ilin iyulun 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi 24 iyul axşam saatlarında onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Noyabrın 19-da Səbail Rayon Məhkəməsi İqbal Əbilovun ilkin həbs müddətini daha 4 ay uzadıb. 2025-ci il mayın 20-də məhkəmə prosesi yekunlaşaraq İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İqbal Əbilova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə əsassız və saxta ittihamlar irəli sürülüb.

Bizi Telegram-da oxuyun. Talışıstanın və Azərbaycanın ən vacib xəbərləri 👇
https://t.me/TolishMedia

Azərbaycanda həbs edilən inanclı xanımlar aclıq aksiyasına başlayıblarAzərbaycanda həbs edilən inanclı xanımların məhkəm...
12/11/2025

Azərbaycanda həbs edilən inanclı xanımlar aclıq aksiyasına başlayıblar

Azərbaycanda həbs edilən inanclı xanımların məhkəmə iclasları keçirilib. TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, proses ayrı-ayrılıqda keçirilib. Seyyidə Şəhla xanım iclas zamanı baş verən haqsızlıqlara kəskin şəkildə etiraz edib. Bundan sonra qarşıdurma yaranıb və nəticədə Seyyidə Şəhla xanımın ayağı sınıb. Onun ayağının sınması vəziyyətin nə dərəcədə gərgin keçdiyini və Seyyidə xanıma qarşı hansı səviyyədə fiziki güc tətbiq olunduğunu açıq şəkildə göstərir.

Seyyidə Şəhla xanım Cümə günündən etibarən aclıq aksiyasına başlayıb. Onun səhhətində olan problemləri nəzərə alaraq deməliyik ki, aclıq aksiyası həyatına ciddi təhlükə yarada bilər.

Digər məhbus, Şərqiyə Sadıqova da məhkəmə iclasında çıxarılan hökmə etiraz edib. O bildirib ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunduğu halda haqqında ev dustaqlığı təyin edilib, mən isə heç bir günahım olmadan həbs edilmişəm. Şərqiyə xanımın vəkili hökmə etiraz etsə də, bu etiraz qəbul edilməyib. Onun sözlərinə görə, hakim etirazlara məhəl qoymayıb və məhkəmə iclası “quraşdırılmış teatr səhnəsi”nə bənzəyib. Bundan sonra Şərqiyə Sadıqova da aclıq aksiyasına başlayıb.

Ədalətsiz məhkəmə qərarına etiraz olaraq Nigar Bağırova və Aytən İbrahimova da aclıq aksiyasına qoşulublar. Hazırda əldə edilən məlumata əsasən, dörd xanım aclıq aksiyasını davam etdirir.

Qeyd edilir ki, Şərqiyə Sadıqova xəstə olduğuna görə aclıq onun səhhətinə ciddi zərər vura bilər. O, həmçinin vəsiyyət edərək bildirib ki, vəfat etdiyi təqdirdə cənazəsi Bibiheybət ziyarətgahında dəfn olunsun.

Şərqiyə Sadıqova, Aytən İbrahimova və Nigar Bağırova 9 noyabrdan etibarən, Seyyidə Şəhla Fərəcova isə 7 noyabrdan etibarən aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyasına qoşulan xanımlar qətiyyətlə bildiriblər ki, tələbləri yerinə yetirilmədiyi təqdirdə, aksiyanı ölümə qədər davam etdirəcəklər.

Bizi Telegram-da oxuyun. Talışıstanın və Azərbaycanın ən vacib xəbərləri 👇
https://t.me/TolishMedia

Lənkəran və Masallıda muzdla çalışan işçilərin sayı bəlli olubAzərbaycan Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanv...
12/11/2025

Lənkəran və Masallıda muzdla çalışan işçilərin sayı bəlli olub

Azərbaycan Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar–iyun aylarına olan məlumatına əsasən, Lənkəran və Masallı rayonları muzdla çalışan işçilərin sayına görə ölkə üzrə ön sıralarda yer alıblar.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, hesabata görə, Lənkəranda 21 min 400, Masallıda isə 15 min 300 nəfər muzdla çalışır. Bu göstəricilərlə hər iki rayon region üzrə ən yüksək nəticələrdən birinə sahibdir.

Ümumilikdə, Azərbaycan üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 770 min 800 nəfər təşkil edir. Onların yarıdan çoxu paytaxt Bakı şəhərində (979 min 500 nəfər) cəmlənib.

Bizi Telegram-da oxuyun. Talışıstanın və Azərbaycanın ən vacib xəbərləri 👇
https://t.me/TolishMedia

Azərbaycan necə qapalı ölkəyə çevrilir?Bu gün insanlar “siyasətə qarışmıram” deyərək azadlıqlarını qoruduqlarını düşünür...
12/11/2025

Azərbaycan necə qapalı ölkəyə çevrilir?

Bu gün insanlar “siyasətə qarışmıram” deyərək azadlıqlarını qoruduqlarını düşünürlər, halbuki bu laqeydlik qapanmanın ən güclü dayağına çevrilir – Tural Şaxtaxtinski yazır:

Azərbaycanda 2023-cü ilin sonlarından etibarən jurnalistlərin kütləvi həbsi, müstəqil media orqanlarının bağlanması və vətəndaş cəmiyyətinə qarşı hücumlar nə birincidir, nə də dəyişməz idarəetmədə sonuncu olacaq. Davam edən sistematik təzyiqlər ölkəni getdikcə daha çox qapalı rejimə doğru aparır. Bu, həm də növbəli şəkildə dünya ilə əlaqəni kəsməyə hazırlıq deməkdir.

Son illərin mənzərəsi göstərir ki, ölkədə tənqidi səslərə qarşı təzyiqlər artıq sistemli xarakter alıb və bu proses həm medianı, həm də vətəndaş cəmiyyətini əhatə edir. Azərbaycan zahirdə süni açıqlıq və “görkəmli” beynəlxalq imic nümayiş etdirsə də, əslində getdikcə qapalı bir ölkəyə çevrilir. Bu isə həm daxildə, həm də xaricdə Azərbaycan haqqında ikili təsəvvürlər yaradır. Təsəvvüründə çaşqınlıq yaranan vətəndaşlar isə getdikcə baş verənləri dərk etmədən təslimiyyət və “hər şeyin normal olduğu” düşüncəsinə alışırlar. Buna görə də düşünürəm ki, bu proses digər oxşar yolu keçmiş ölkələrlə müqayisədə Azərbaycanda daha ağrılı olacaq və vətəndaşlar üçün dözülməz nəticələrə gətirib çıxaracaq.

Hazırda Azərbaycanın beynəlxalq aləmə təqdim edilən obrazı ilə real vəziyyəti arasında ciddi fərq mövcuddur. Avropa Şurasının İnsan Haqları Komissarı 2025-ci ilin yayında Bakıda jurnalistlərə verilən yeddi-doqquz illik həbs cəzalarını “ifadə azadlığına qarşı sərt zərbə” adlandırıb və onların azadlığa buraxılmasını tələb edib.

Əvvəllər jurnalistlər, siyasətçilər və aktivistlər vətəndaş fəaliyyətlərinə görə həbs olunanda həm beynəlxalq təşkilatlar, həm də ölkə daxilində etiraz səsləri eşidilirdi. Zamanla müxalifət və müxalif partiyalar demək olar ki, sıradan çıxarıldı, aktivistlər müxtəlif yollarla susduruldu, QHT-lərin səsi boğuldu və həbs dalğaları onlara da ciddi zərbələr vurdu. Daha sonra hədəf müstəqil media və jurnalistlər oldu.

Bu proseslə paralel olaraq ölkə turizm məkanı kimi reklam edildi, xarici siyasətdə atılan addımlar isə güclü və demokratik dövlət imici yaratmaq məqsədi daşıdı.

Həbslər və təqiblər əhaliyə ciddi mesaj ötürür, lakin böyük əksəriyyət ya düzgün məlumat ala bilmir, ya da sadəcə maraqlanmır. Gündəlik həyat qayğıları ilə yaşayan insanlar üçün bu məsələləri təhlil etmək çətindir. Maddi vəziyyəti yaxşı olanlar da, kasıb olanlar da açıq danışmaqdan çəkinirlər, çünki hər birinin fərqli qorxuları var.

Proseslərin başlanğıc nöqtəsi pandemiyadan sonra quru sərhədlərin illərlə bağlı saxlanılması oldu. Bu, əslində bir test idi. Nəticədə Azərbaycan vətəndaşları beş ildən çoxdur ki, bağlı quru sərhədlər və yüksək aviabilet qiymətləri ilə yaşayır. Turizm imici isə qapalı rejimi ört-basdır etmək üçün istifadə olunur. Beş il heç bir ciddi səbəb olmadan quru sərhədlərin bağlı qalması və bu vəziyyətin səssiz qarşılanması artıq faciədir.

Hazırda “icazəli media”nın yaradılması, müstəqil jurnalistlərin həbsi və müstəqil mediaların bağlanması səbəbindən ədalətsiz məhkəmə sistemi və güc strukturlarının fəaliyyəti üzərində ciddi araşdırma aparmaq mümkünsüzdür.

İctimai fəalların və ya jurnalistlərin şərlənərək həbs olunması ilə yanaşı, ümumilikdə “şərlənib həbs olunmaq” və “rüşvət mexanizminin qurbanı olmaq” adi vətəndaşların da gündəlik reallığına çevrilib. Belə halların miqyası barədə real statistika yoxdur. Eyni zamanda, həbs olunan vətəndaşların nə qədəri ədalətli qərarlarla qarşılaşıb, nə qədəri qurama işlər nəticəsində həbs edilib — bilinmir. Bu bilinmədikcə və susulduqca Azərbaycan tamamilə qapalı ölkə modelinə keçəcək.

Bu vəziyyət insanların “şərlənmək” ehtimalını normal qəbul etməsinə, cəmiyyətin qorxu içində yaşamasına, susqun və passiv olmasına gətirib çıxarıb.

Bir zamanlar parlamentdə “Parlament siyasət yeri deyil” ifadəsi işlədilirdi. İndi isə “Mən siyasətə qarışmıram” sözünü “şərlənməyə qarışmıram” əvəz edib. İnsanlar gündəlik həyatlarını yalnız şərlənmək və yersiz həbs qorxusu ilə yaşayırlar, amma baş verənlərin miqyasını tam dərk etmirlər. Nəticədə yalnız rəsmi təbliğat vasitəsilə yayılan “güclü dövlət”, “ədalətli cəmiyyət”, “beynəlxalq nüfuz” kimi nağıllar qalır.

Azərbaycan necə və nə vaxt qapalı ölkə modelinə keçidin astanasına gəldi? Müqayisə üçün deyək ki, digər ölkələrdə bəzən müəyyən müsbət addımlar atılsa da, Azərbaycanda jurnalistlər və fəallara qarşı daha sərt tədbirlər görülüb. Belarusda bəzi siyasi məhbusların azad edilməsi müşahidə olunsa da, repressiyalar davam edir. Azərbaycanda isə jurnalistlər və müxalif fəallar uzunmüddətli həbs cəzalarına məhkum edilir, müstəqil medianın fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılır və bütün bunlara qarşı səslənən tənqidlərə baxmayaraq, hər hansı kiçik islahat əvəzinə daha böyük həbs dalğaları baş verir.

Ümumilikdə, hər iki ölkədə söz və ifadə azadlığına təzyiqlər mövcuddur, lakin Azərbaycanda hələ ki, heç bir müsbət addım görünmür. Azərbaycan turizm ölkəsi kimi təqdim olunsa da, əslində bu sahədə də real addımlar atılmır. Əksinə, “turizm imici” qapalı ölkə rejimini gizlətmək üçün istifadə olunur.

Bəlkə də vəziyyəti aydın dərk etməyi xalq özü bacarar. İnsanlar artıq qapalı ölkələrdə baş verənləri, orada vətəndaşlara necə zülm edildiyini, insanların bir-birinə qarşı necə düşmənə çevrildiyini bilirlər. Əgər tam qapalı ölkəyə çevrilmək yolunda irəlilədiklərini aydın görsələr, gələcəklərini də təsəvvür edə bilərlər. Hələ avtoritarizmdən tam qapanmaya gedən yolun başlanğıcındayıq. Lakin unudulmamalıdır ki, “inkişaf modeli” nağıllarının ləng hərəkətinə baxmayaraq, “qapanma modeli” daxildən sürətlə inkişaf edən bir prosesdir və bunun qarşısı indi alınmasa, sonra çox gec ola bilər.

Həbs olunan jurnalistlərin yerinə bəlkə vətəndaş jurnalistikası formalaşa bilər. Amma siyasi partiyaların fəaliyyəti bu qədər dərin şəkildə sıradan çıxarıldığı üçün insanlar “siyasətə qarışmağın” qorxulu olduğunu düşünürlər. Halbuki hər şeyə bu qədər biganə qalmaq daha faciəvi nəticələrə səbəb ola bilər. Azərbaycan cəmiyyətində Şimali Koreya və Türkmənistan kimi ölkələrdə baş verənlərə münasibət məlumdur. İndi vətəndaşlar fərqinə varmalıdırlar ki, Azərbaycanda daha fərqli, daha “nağılvarı” və çaşdırıcı addımlarla qapalı ölkə modeli qurulur. Bu keçidlər insanlarda illüziya yarada bilər. Beynəlxalq münasibətlər hansı tərzdə olmasından asılı olmayaraq, vətəndaşın həqiqəti dərk etmə qabiliyyəti itəndən sonra heç nəyin nəticəsi olmur. Buna görə də yazının əvvəlində qeyd etdiyim kimi, Azərbaycanın bu yolu vətəndaşlar üçün daha ağrılı olacaq.

Bütöv bir ölkədə siyasətə qarışan və ya qarışmayan az qala hər kəs saxlanılma, təhdid olunma və şərlənmə ehtimalını ağlının bir küncündə saxlayır. Bütün bunlara baxmayaraq, ölkənin bu gününü dilə gətirənlərin həbsi barədə çoxları məlumatsız qalır. Hətta böyük əksəriyyət baş verənlərə haqq qazandırır. Eyni zamanda, Azərbaycanın keçmiş illərlə müqayisədə daha inkişaf etmiş, güclü və demokratik ölkə olduğu barədə aparılan təbliğata inanılır.

Bu vəziyyətin nə qədər ağrılı nəticələrə gətirib çıxara biləcəyini təxmin etmək çətin deyil. Hazırda qapanma prosesi davam edir, lakin bununla paralel şəkildə “inkişaf” və “beynəlxalq güc” təbliğatı da aparılır.

Son illərdə Azərbaycanda müstəqil media orqanlarına qarşı həyata keçirilən təzyiqlər və həbslər ölkənin mətbuat azadlığı sahəsində ciddi geriləməsini göstərir. Bu gedişatın sonunu anlamaq üçün bir neçə nümunəyə baxmaq kifayətdir. Qapanma modelinin artıq kök saldığı ölkələr – Türkmənistan və Şimali Koreya – bu mənada ən real nümunələrdir. Hər iki ölkədə baş verənlər göstərir ki, “qapanma” sabitlik, təhlükəsizlik, inkişaf və xoşbəxtlik şüarları altında bütöv cəmiyyəti bürüyür və ağır nəticələrə gətirib çıxarır.

Məsələn, Türkmənistanda dövlətin yaratdığı xoşbəxtlik görüntüsü var, amma arxasında reallıq tamam fərqlidir. İnternetə çıxış məhduddur, müstəqil media yoxdur, xaricə çıxmaq üçün icazə tələb olunur və bu, böyük əksəriyyət üçün, demək olar ki, mümkünsüzdür. İnsanlar açıq danışmaqdan qorxur, çünki bir fərqli söz belə bəzən iş, azadlıq, hətta ailə itkisinə səbəb ola bilər. Bu vəziyyət illərlə cəmiyyətin həyatına hopub və insanlar artıq susqunluğu “sabitlik” kimi qəbul edirlər. Şimali Koreyada isə bu prosesin artıq son mərhələsi görünür: vətəndaş təkcə azad danışmaq imkanını deyil, həm də azad düşünmək vərdişini itirib. Xarici xəbərlər, azad fikir, alternativ baxış yoxdur. İnsanlar yalnız dövlətin icazə verdiyi məlumatlarla yaşayır. Hətta yayılan məlumatlara görə, vəziyyət o qədər qəlizləşib ki, vətəndaşların nə geyinəcəyinə, hansı musiqini dinləyəcəyinə qədər hər şey mərkəzdən idarə olunur. Bu cür sistemdə fərdi düşüncə ya itir, ya da təhlükə sayılır.

Azərbaycanda da oxşar meyllər artıq görünür. Sərhədlərin illərlə bağlı qalması, müstəqil medianın susdurulması, siyasi məhbusların sayının artması, cəmiyyətin qorxu və biganəlik arasında sıxışması bunun göstəriciləridir. Bütün bunlar həmin yolların başlanğıcını xatırladır. Bu gün insanlar “siyasətə qarışmıram” deyərək azadlıqlarını qoruduqlarını düşünürlər, halbuki bu laqeydlik qapanmanın ən güclü dayağına çevrilir.

Qapanma prosesi bir gün qəfil başlamır, amma bir gün qəfil tamamlanır. O zaman artıq danışmaq, mübahisə etmək, seçim etmək bəlkə də mümkün olmur. Qapanmanın ən ağrılı mərhələsi insanların hər şeyi normal hesab etməyə başlamasıdır.

Bizi Telegram-da oxuyun. Talışıstanın və Azərbaycanın ən vacib xəbərləri 👇
https://t.me/TolishMedia

12/11/2025

Евреи предъявляют территориальные претензии к Азербайджану (Видео)

Как сообщает корреспондент TolishMedia из Баку, израильский блоггер Роман Цыпин (уроженец Баку) предъявил территориальные претензии азербайджанцам, заявив, что евреи проживают на территории современного Азербайджана более 2500 лет, являясь истинными хозяевами этих земель.

На самом деле Цыпин ничего нового не сказал, многие сионисты считают нефтяной апшеронский полуостров (в особенности Баку) землей древних хазар.

Известный раввин Михаэль Финкель и вовсе называет Азербайджан «Хазарбайджаном», а ее население — евреями, принявшими Ислам. В качестве главного доказательства приводится то, что на азербайджанском языке Каспийское море называется «море хазаров».

Однако в реальности первыми жителями Апшеронского полуострова являются племена Кавказской Албании (чьими потомками являются представители лезгинской семьи языков), которые были вытеснены персами, пришедшими на Кавказ во времена Сасанидской Империи и построившими здесь город-крепость Баку.

Баку образовано от староперсидского «бад кубе», что означает «обдуваемый ветром». Более того, даже сегодня более 80% топонимов в Азербайджане, вплоть до названия страны, имеют персидское происхождение.

Любопытно, что азербайджанские СМИ по традиции игнорируют подобные недоброжелательные высказывания израильтян, ввиду произраильской политики Баку.

Хотя будь Цыпин талышом или лезгином, то реакция азербайджанских властей была бы совсем иная.

И как бы режим Алиева не пытался угождать Израилю, но от этого в глазах сионистов азербайджанцы не перестали быть гоями (недочеловеками).

Подписывайтесь на наш телеграмм канал ⬇️⬇️⬇️⬇️⬇️
https://t.me/TolishMedia

Махачкала стала соперником БакуКак сообщает корреспондент TolishMedia из Баку, ЛУКОЙЛ отказался от поставок нефти в Баку...
12/11/2025

Махачкала стала соперником Баку

Как сообщает корреспондент TolishMedia из Баку, ЛУКОЙЛ отказался от поставок нефти в Баку.

ЛУКОЙЛ отказался от поставок нефти с каспийских месторождений в порт Баку и начал перевалку в порт Махачкалы для дальнейшей отгрузки на экспорт через Новороссийск. В Махачкалу прибыл танкер Lady Leila, который ходит под российским флагом, с грузом в 5 тыс. тонн нефти с месторождения имени Корчагина. Всего в ноябре ЛУКОЙЛ поставит в порт Махачкалы примерно 30 тыс. тонн нефти, а с декабря перенаправит в российский порт весь объем, шедший в Баку — это примерно 130 тыс. тонн сырья.

Из порта в Махачкале нефть перегружается в емкости нефтебазы «Дагнефтепродукт». После сырье поступает в нефтепровод Махачкала-Новороссийск, который является частью транспортной системы Баку-Новороссийск. Эта нефть идет на экспорт. Пропускная способность на нефтетерминале в Махачкале — примерно 400 тыс. тонн в месяц.

Подписывайтесь на наш телеграмм канал ⬇️⬇️⬇️⬇️⬇️
https://t.me/TolishMedia

Нарушения на AzTVКак сообщает корреспондент TolishMedia из Баку, счетная палата выявила нарушения на AzTV.Были обнародов...
12/11/2025

Нарушения на AzTV

Как сообщает корреспондент TolishMedia из Баку, счетная палата выявила нарушения на AzTV.

Были обнародованы результаты аудита управления государственными средствами и другим имуществом в ОАО «Азербайджанское телевидение и радиовещание» (AzTV).

Это нашло отражение в «Заключении Счетной палаты Азербайджанской Республики по проекту государственного бюджета Азербайджанской Республики на 2026 год».

Отмечается, что в ходе аудита в AzTV было установлено, что ОАО оформляло и выплачивало средства, которые должны были перечисляться работникам, действующим по трудовым договорам, в форме гонораров (в общей сложности 26,0 млн манатов, в том числе 11,3 млн манатов в 2023 году, 11,6 млн манатов в 2024 году и 3,1 млн манатов в первом квартале 2025 года).

«Это привело к неправильной классификации трудовых отношений как гражданско-правовых, что вызвало несоответствия с положениями Трудового и Налогового кодексов. В результате не были в полном объеме удержаны обязательные социальные взносы, что ограничило социальные права работников», говорится в отчете.

ОАО «Азербайджанское телевидение и радиовещание» прокомментировало выявленные нарушения.

В обществе отметили, что ведутся обсуждения со Счетной палатой по поводу полного отказа от гонорарной системы и перехода на выплаты исключительно в форме заработной платы:

«Сложность процесса заключается в том, что с момента основания телевидение работало по системе зарплат и гонораров. Сотрудники получали как зарплату, так и гонорар в зависимости от количества и качества созданного материала.

Мы считаем, что полная отмена гонорарной системы и переход на единую стандартную систему оплаты может негативно сказаться на производительности и качестве работы. В любом случае вопрос правильного урегулирования трудовых отношений и окончательного отказа от гонорарной системы находится на повестке дня и будет решен в ближайшее время. Добавим также, что процесс перехода на полную систему зарплат начался с прошлого года. Учитывая численность сотрудников ОАО, можно сказать, что эта проблема будет окончательно решена в следующем году».

Подписывайтесь на наш телеграмм канал ⬇️⬇️⬇️⬇️⬇️
https://t.me/TolishMedia

Помощника Мехтиева обвинили в попытке госпереворотаКак сообщает корреспондент TolishMedia из Баку, по обвинению в попытк...
12/11/2025

Помощника Мехтиева обвинили в попытке госпереворота

Как сообщает корреспондент TolishMedia из Баку, по обвинению в попытке государственного переворота арестован бывший помощник Рамиза Мехдиева Эльдар Амиров.

Решением Сабаильского районного суда в отношении него избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

Амиров ранее занимал пост начальника секретариата НАНА и был помощником Мехтиева. Это не первый арест Амирова.

Напомним, в феврале 2022 года Эльдар Амиров, занимавший тогда пост начальника секретариата президента НАНА, был задержан сотрудниками Главного управления по борьбе с организованной преступностью Министерства внутренних дел.

Позже решением суда он был арестован на 30 суток за оказание сопротивления сотрудникам полиции при его задержании.

Сообщалось, что на Амирова поступило множество жалоб, в которых говорится, что он устраивал людей на работу за деньги.

Отметим, что в бытность Рамиза Мехтиева руководителем Администрации президента Азербайджана Эльдар Амиров являлся сотрудником этого ведомства, а позднее был его помощником.

Подписывайтесь на наш телеграмм канал ⬇️⬇️⬇️⬇️⬇️
https://t.me/TolishMedia

İqbal Əbilov həbsxanadan yazır: “Azadlıq nifrətdən deyil, bir-birinin hüquqlarını cəsarətlə müdafiə etməkdən doğur”“Talı...
11/11/2025

İqbal Əbilov həbsxanadan yazır: “Azadlıq nifrətdən deyil, bir-birinin hüquqlarını cəsarətlə müdafiə etməkdən doğur”

“Talış Milli Akademiyasının xəbərləri” nəşrinin baş redaktoru, tədqiqatçı İqbal Əbilov saxlanıldığı Umbakı Penitensiar Kompleksindən ictimaiyyətə məktub ünvanlayıb. TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, məktubu iqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi yayıb.

Əbilov məktubunda yazır ki, uşaqlıqdan bəri Azərbaycanda uzun müddət yaşamasa da, indi bir ildən artıqdır ölkədədir, amma həbsxanada:

“Mən Azərbaycandan gedəndə 8 yaşım belə yox idi. Əgər o vaxtdan bu dövrə qədər bütün səfərlərimi toplasaq, ötən ilin yayına qədər Azərbaycanda bir il belə yaşamamışam. İndi isə ilk dəfədir ki, Azərbaycanda bir ildən artıq yaşayıram. Həbsxanada.

Amma mən özümü azad hiss edirəm. Hər səhər oyananda, hər gecə yatmazdan öncə, hər dəfə istintaqçıların, prokurorların və hakimlərin qarşısına çıxanda. Çünki insan o vaxta qədər azaddır ki, azad düşünməkdən qorxmur. Azadlıq insanın vicdanı qarşısında təsdiq olunur — evdə, universitetdə, küçədə, hətta türmədə belə”.

Tədqiqatçı qeyd edir ki, düşüncələrinə görə həbsdə olduğunu fikirləşənlər var, amma onun üçün bu, “azadlığa gedən yoldur”:

“Mənim üçün bu yol həmişə azadlıq və elmi obyektivlik yolu olub”.

Əbilov həbs olunduqdan sonra ölkədə çoxsaylı vicdan məhbuslarının olduğunu öz gözləri ilə gördüyünü bildirir:

“Canni Rodarinin qəhrəmanı Çipollinonun atası Çipollone haqlı imiş: həbsxanalarda çoxlu vicdanlı insanlar var. Mənim saxlanılmağımdan 30 gün sonra pasifist mövqeyinə görə Bəhruz Səmədov, daha sonra hüquq müdafiəçisi Rüfət Səfərov həbs olundu.

Sonra eşitdim ki, mənim öz işim və digər siyasi məhbusların məhkəmələri zamanı gördüyüm jurnalistlər Fərid İsmayılov, Ülviyyə Əli, Xəyalə Ağayeva da həbs olunublar. Son bir ildə onların müstəqil mediada çalışan çoxsaylı həmkarları Şəmşad Ağa, Nurlan Qəhrəmanlı, Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı, Ramin Deko da həbsxanaya düşdülər. Onlardan sonra ictimai fəal Əhməd Məmmədli də həbs olundu”.

O, həmçinin qeyd edir ki, özündən əvvəl ictimai və siyasi fəaliyyətinə görə Tofiq Yaqublu, Anar Məmmədli, Bəxtiyar Hacıyev, Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli və “Abzas Media” komandasının üzvləri həbs olunmuşdular.

Əbilov yazır:

“Əgər Elias Kanettinin sözlərini bir qədər dəyişsək, demək olar ki, həbsxana təhdidi hakimiyyətin daim istifadə etdiyi “xırda puludur”. Bütün məhbuslar bu qanunsuzluğun “corpus delicti”, yəni, “sübut predmeti”dir. Mən onlara və ailələrinə dəstəyimi göndərirəm”.

O, məktubunda onu və digər siyasi məhbusları dəstəkləyən təşkilatlara, dostlarına, ailəsinə və vəkilləri Rövşanə Rəhimova ilə Fariz Namazlıya təşəkkür edib:

“Siyasi məhbusların fikirləri bir-birindən fərqli ola bilər, amma mən inanıram ki, hər kəsin azad şəkildə fikir bildirmək haqqı var. Çünki azadlıq nifrətdən deyil, bir-birinin hüquqlarını cəsarətlə müdafiə etməkdən doğur”.

İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əbilovu 18 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əbilov ittihamları qəbul etmir və fəaliyyətini elmi-tədqiqat işi kimi qiymətləndirir. Bir neçə hüquq müdafiə təşkilatı onu siyasi məhbus kimi tanıyıb.

Bizi Telegram-da oxuyun. Talışıstanın və Azərbaycanın ən vacib xəbərləri 👇
https://t.me/TolishMedia

Address

Mir Mustafaxan
Lankaran
AZ4200

Alerts

Be the first to know and let us send you an email when Tolish Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tolish Media:

Share