TV Baku

TV Baku TV BAKU-TV LENKERAN
Cənub zonası ilə Bakı arasında körpüyük!

‼️ DƏHŞƏTLİ HƏQİQƏT📌Sizə dəhşətli amma dəqiq bir şey deyimmi?Bax, inansaz da inanmasaz da, xoşunuza gəlsə də, gəlməsə də...
10/08/2026

‼️ DƏHŞƏTLİ HƏQİQƏT

📌Sizə dəhşətli amma dəqiq bir şey deyimmi?

Bax, inansaz da inanmasaz da, xoşunuza gəlsə də, gəlməsə də, olduqca dramatik, amma bəsit bir həqiqəti deyəcəyəm.
___
Bəyəndiyiniz, rəğbət bəslədiyiniz istənilən bir adamı, gətirib prezident qoysanız, Azərbaycanı, yenə də bərbad günə qoyacaq! Hətta bəlkə indiki günə şükür edəcəksiniz!

Şəkildəki şəxs də daxil olmaqla!
______
❓BƏS SƏBƏB NƏDİR?

Səbəb budur ki sizin bəyənmə funksiyasınız, seçim meyarınız ya da tərəziniz xarabdır!

Hacı Şahin Həsənli, dolayı formada, qeyri-siyasi şəkildə, dəfələrlə bu barədə danışıb və səbəbini belə izah edib: CƏMİYYƏTDƏ, ADAMLARDA, İNSANTANIMA BACARIĞI OLMALIDIR, YƏNİ İLK BAXIŞDA BAXANDA, DƏRHAL ÇÖZƏ BİLMƏLİDİR!

DÜZDÜ, HAMI ZƏNN EDİR Kİ BU BACARIĞA SAHİBDİR. LAKİN BU QABILİYYƏT, YALNIZ VƏ YALNIZ TƏQVALI İNSANDA YARANA BİLİR!
BELƏ İNSANLAR, NƏİNKİ AZƏRBAYCANDA YOXDUR, DÜNYADA VUR-TUT 3-5 DƏNƏDİR.

Bu qədər.

İstəyirsiz sözümü ciddiyə alın, istəyirsiz yox, amma hər halda gələcəkdə başqa prezidentlər də olacaq və o zaman, sözümün doğruluğunu, ən azı gənclər görəcək.
______
💢 Sual verilə bilər ki, bəs niyə başqa ölkələrdə vəziyyət, bizdəkindən xeyli yaxşı ola bilir?

Uzun məsələdir, sadəcə qısaca deyim ki, onlar, bu mərhələyə, əvvəla, yüz illər ərzində gəliblər. İkincisi də, gələnə qədər də başları dəfələrlə daşa dəyib, itiriblər.
Yəni ağıl ilə yox, təcrübəylə gəliblər.

Yunis Dürüst Filosof (C)

‼️FAHRENHEİT 451VƏ YA EVLİLİYİN ƏN BÖYÜK ƏNGƏLİ NƏDİR?(Mütləq oxuyun!)💢Bir neçə gün öncə, bir filmə baxırdım. Film, Azər...
29/07/2026

‼️FAHRENHEİT 451

VƏ YA EVLİLİYİN ƏN BÖYÜK ƏNGƏLİ NƏDİR?
(Mütləq oxuyun!)

💢Bir neçə gün öncə, bir filmə baxırdım. Film, Azərbaycanda az tanınan dahi bir yazıçının (Ray Bradbury) dünya səviyyəli romanı olan "Fahrenheit 451" romanı əsasında çəkilmiş, 1966-cı il istehsalı olan bir kinodur. Kino barədə "Ən Gözəl Filmlər" səhifəsində paylaşım etmişəm (səhifədə ümumiyyətlə baxdığım və önəmli hesab etdiyim filmləri paylaşıram) amma sözümün canı bu deyil.

💢Film, əsərin özü qədər güclü olmasa da, bir kadr var idi ki sözün yaxşı mənasında məni şaşırtdı və düşündürdü. (Filmdəki həmin hissəni, rejissor özündən əlavə edib, romanda yoxdur).

💢Əvvəlcə, əsərin özü barədə qısa məlumat verim, sonra həmin düşündürücü sözləri qeyd edəcəm.
______________
📌Əsər, kitablar və dünya düzəni barədədir; insanları, özlərindən və dünyadan bixəbər qoymaq üçün kitabların qadağan edildiyi bir gələcəkdən bəhs edir. (Amma həmin hissə, hansı ki diqqətimi cəlb etdi, məhz sevgi və ailə barədə idi).

📌Deməli, baş qəhrəman Montag, kitab yandırma xidmətində işləyir, lakin özü, bir gün gizlicə kitablar yığır və onları oxumağa başlayır, beləliklə də beyni və üfüqü açılır. Onun xanımı isə, böyük ekranlı tv-yə baxmaqdan başqa heç bir ciddi işi olmayan birisidir.
Bir gün, xanımı, öz rəfiqələri ilə yenidən evə yığışıb, gəvəzə və mənasız söhbətlər edir. Bu zaman Montag evə daxil olur və qərara gəlir ki onları şoka salsın. Gizlətdiyi kitablardan birini əlinə alır və bir parça oxuyur, hansı ki həmin parça, çox anlamlıdır. (Nəticədə, xanımın rəfiqələri şok keçirir, ağlayır və məyus halda evi tərk edirlər) Oxuduğu parça, bir az uzundur və görünür ki hansısa bir romandan parçadır, amma əvvəli çox önəmlidir, buraya qeyd edirəm ki siz də oxuyasız və şok keçirəsiz:

💢BİR EVLİLİKDƏ ƏN BÖYÜK PROBLEM, DÜŞÜNCƏ VƏ MƏQSƏDLƏRDƏ ORTAYA ÇIXAN UYUŞMAZLIQDIR.
💢...ÖNCƏ, EŞİMİ ÖZÜMƏ UYĞUNLAŞDIRMAĞA ÇALIŞDIM, AMMA BUNU BAŞARAMADIM. TƏK ÇARƏ, ÖZÜMÜ ONA UYĞUNLAŞDIRMAQ; HƏR ŞEYİ, ONUNLA PAYLAŞARAQ MUTLU OLMAQ İDİ.
💢...İKİNCİ İLİMİZ, BİRİNCİDƏN ÇOX DAHA XOŞBƏXT KEÇDİ. DAHA DA ÖNƏMLİSİ, ONUN HƏYATINI, MÜMKÜN OLDUQCA GÖZƏLLƏŞDİRDİM...

Yunis Dürüst Filosof

‼️ŞOK: 80 min Müəllim İxtisar Olunacaq?📌“Nazir dedi ki, “Tamştatlı model” üzrə cəmi 20 min müəllim nəzərdə tutmuşuq. Han...
17/07/2026

‼️ŞOK: 80 min Müəllim İxtisar Olunacaq?

📌“Nazir dedi ki, “Tamştatlı model” üzrə cəmi 20 min müəllim nəzərdə tutmuşuq. Hansı ki, bu da, ümumi müəllimlərin təxmini 20 faizindən az qismidir. Bu bir siqnaldır və “Qalan 80 faiz müəllim öz başının çarəsinə baxsın!” anlamına gəlir.
Deməli, son nəticə budur: ən azı 51-dən aşağı toplayan müəllimlərin zamanla təhsildən uzaqlaşdırılmasını müşahidə edəcəyik!
Sadəcə, olaraq, bu, hansı tempdə və hansı zaman intervalında olacaq- bunu bilmirik. Beləliklə də, məsələn, 10 il ərzində azı 80 min müəllimin, dövlət məktəblərindən ixtisar olunacağını gözləyə bilərik…” deyə ekspert bildirib.

📌"Təhsil Araşdırmaları Mərkəzi"ni sujetini xüsusən də təhsilverənlər izləməlidir👇

‼️😃Avropanın Riyakarlığı / Komediya!Türkiyənin komediya klubu "Güldür Güldür", avropanın ikiüzlü və saxtakar simasını if...
11/07/2026

‼️😃Avropanın Riyakarlığı / Komediya!

Türkiyənin komediya klubu "Güldür Güldür", avropanın ikiüzlü və saxtakar simasını ifşa edən səhnə yayımlayıb. Tamaşada, qərbin, müharibəyə necə ikili standartlarla yanaşdığı və özünə sərf edəndə, savaşı, necə yola verdiyi ifşa olunur!

📌Ölkənin yeganə ictimai yumor platforması olan Komedi TV bu dəfə həmin səhnəciyi paylaşıb.

İzləmək tövsiyyə olunur!👇

https://www.youtube.com/watch?v=2ornQfwh720

‼️TRAGİKOMEDİYA: ATV, ALİMİN SÖZLƏRİNİ KƏSDİ!Yunis Dürüst Filosof: Bir neçə gün öncə, ATV, yaxınlaşıb, fikrimi soruşdu, ...
09/07/2026

‼️TRAGİKOMEDİYA: ATV, ALİMİN SÖZLƏRİNİ KƏSDİ!

Yunis Dürüst Filosof: Bir neçə gün öncə, ATV, yaxınlaşıb, fikrimi soruşdu, sual belə idi: "Axırıncı dəfə nəyə çox sevinmisiniz?"
Mən də yadıma saldım ki, bizim məktəbin dəhşətli haqsızlıqlara məruz qalan müəlliminin sertifikasiyada yüksək bal toplamasına çox sevinmişdim.

Və fikrimi, ATV-yə, elə bu cür də ifadə etdim: "Axırıncı dəfə, bizim çox ləyaqətli, rəhbərlik tərəfindən haqsızlığa məruz qalan müəllimimizin, gözlənilmədən, sertifikasiyadan yüksək bal toplamasına sevindim. "

Amma və lakin... veriliş, efirə gedəndən sonra, videoyazıya baxanda isə, "rəhbərlik tərəfindən haqsızlığa məruz qalan" sözlərinin montaj edilərək, çıxarıldığını gördüm...

Belə....

Əslində, deyiləcək çox söz var, lakin bir TV kanalı, əgər adicə məktəbdəki problemi belə, görməzdən gəlirsə, yaxud da belə bir göstəriş alıbsa, onda, BU ÖLKƏDƏ HƏR SAHƏDƏ, ÇOX İYRƏNC OYUNLAR DÖNMƏKDƏDİR!

Buyurun👇

https://www.youtube.com/watch?v=1B_ZhhynMgU

‼️HACI ŞAHİNİN DİRİSİ NİYƏ SEVİLMƏDİ?📌Bu gün, dövrümüzün və ölkəmizin yeganə arifi olan Hacı Şahin Həsənlinin mövlud gün...
07/07/2026

‼️HACI ŞAHİNİN DİRİSİ NİYƏ SEVİLMƏDİ?

📌Bu gün, dövrümüzün və ölkəmizin yeganə arifi olan Hacı Şahin Həsənlinin mövlud günüdür.

✍️Bəzi şəxslərin önəmi və faydası, şişirdilir, bəzilərininsə kiçildilir. Məsələn, 70 il bizə nümunə, ən yaxşı insan kimi inandırılan Lenin, Stalin kimi şəxslərin qurduqları düzən, yıxılanda, ən p*s insanlar olduqları aydın oldu.

Yaxud da əksinə. İmam Hüseynə, hətta öz cəmiyyətinin belə, heç 5 faizi, rəğbət bəsləmirdi. Lakin, ən azı tarix, sübut etdi ki, o həqiqi mənada dahi, qəhrəman və idealdır.

Əslində qalanda, insanların, mütənasib şəkildə cəmiyyətdən münasibət görmələri, mümkün deyil və zatən elə ona görə də dünya, bu gündədir. Yəni, cəmiyyətdə, kimsə sevilirsə; bunun səbəbi, əsasən subyektiv amillərdir, şəxsin xüsusiyyətləri yox! Çevrənin genişliyi, savad, sifətdəki yalançı nur, məşhurluq, təbliğat vasitələri, aktyorluq bacarığı və s amillər, rol oynayır.

Yəni, bu gün cəmiyyətimizdə ən çox sevilən 50 şəxsi götürsəz, istisnasız olaraq, heç birinin sevilmə səbəbi, real və əsaslı deyil.

Sözsüz ki, Hacı Şahin də istisna deyildi; dindarlar, ona, daha çox məhz subyektiv amillərə görə rəğbət bəsləyirdi.

Əlbəttə, etiraz edib deyə bilərsiz ki, "Yox biz Hacı Şahini sırf özünə, mənəviyyatına görə sevirdik".

Əgər eyni vaxtda, başqalarını da çox sevirsizsə, bax, bu dəlildir ki, SİZ HACI ŞAHİNİ SIRF SUBYEKTİV SEVMİSİZ!

Və sual edirəm: sevdiyiniz başqa şəxslərin, yüzdəyüz ləyaqətli olmalarına and içə bilərsizmi?

And içə bilməzsizsə, deməli, Hacı Şahini sevməyiniz, obyektiv deyil!

Zatən Hacı Şahindən sonraki xütbəni idarə edən münafiq şəxsin, dindarlar nəzdində "Hacı Şahinin varisi" "Səsi ona oxşayır" şəklində reaksiya görməsi də bunu sübut edirdi.
Dəhşətlidir: insanlar, daha Hacı dünyasını dəyişər-dəyişməz ona, "varis" tapmışdılar!

Yenə etiraz edə bilərsiz ki, "Axı Hacının özü də hər zaman, İmam Hüseynə insanların sevgi bəsləməsini, bir dəlil kimi göstərirdi".

Bəli, elədir, lakin o, eyni vaxtda bunu da deyirdi: "Əslində İmam Hüseyni və övliyaları, hansısa əməlinə görə yox, sırf ÖZÜNƏ GÖRƏ sevməliyik!"

Bu iki fikir, ziddiyyətli görünsə də, aşağıdakı mənaya gəlirdi: əgər bəsirətli və həqiqi dindarsızsa, onda İmam Hüseynin, övliyanın şəhid olmasına sizinçün ehtiyac yoxdur, o, yaşayır və qətl edilməyib. O, sizə CANLI lazımdır!

Yox, əgər tutumunuz zəifdirsə, onda İmam Hüseyn, gərək mütləq sizinçün canından, doğmalarından keçməlidir, dəhşətli şəkildə işkəncələrə məruz qalıb, ölməlidir. Heç olmasa, ölüsünü sevərsiz bəlkə.
_____________
Hacı Şahin, 2014-cü il tarixli "Həqiqi dindarlıq" başlıqlı xütbə seriyasında qeyd edir ki, cəmiyyət, nəinki arifi, adi dindardan ayıra bilməlidir, hətta dindarı, münafiqdən seçə bilməlidir və zatən indiyəqədər İmam Zamanın gəlməsinin yubanmasının kilid səbəbi də budur.

Yəni, tarixdə mövcud olmuş şəxsləri sevmək, real göstərici deyil, çünki bu, sırf psixoloji sevgi də ola bilər. Əsas olan; günümüzdə, real olaraq yaşayan şəxsləri tanımaqdır!
Yəni, etikasına, ibadətinə, saqqalına görə yox, ÜZ İFADƏSİNƏ görə!

💢Elə Hacı Şahini də cəmiyyət, diri olaraq qəbul edə bilmədiyi üçün, onun varlığını dəyərləndirə bilmədiyi üçün, Tanrı, onun ölüsünü cəmiyyətə təqdim etdi ki, bəlkə ölüsünü və faciəsini sevsinlər....

📌Bəli, övliyaların faciəsinin, məhvinin əsas və həlledici səbəbi, cəmiyyətin onları fərq edə bilməməsidir. Əgər hansısa "toyuq oğrusu", sırf şəhidləri ziyarət etdiyi üçün, anidən fenomenə çevrilirsə, onda deməli, oğruluqdan, qəhrəmanlığa keçid üçün bu toplumda sadəcə aktyorluq kifayətdir.

Yunis Dürüst Filosof

05/07/2026

‼️ATV, CƏNUBLU PSİXOLOQUN SÖZLƏRİNİ KƏSDİ!

Astaralı psixoloq Yunis Dürüst Filosof yazır:

"Bir neçə gün öncə, ATV, yaxınlaşıb, fikrimi soruşdu, sual belə idi: "Axırıncı dəfə nəyə çox sevinmisiniz?"

Mən də yadıma saldım ki, bizim məktəbin dəhşətli haqsızlıqlara məruz qalan müəlliminin sertifikasiyada yüksək bal toplamasına çox sevinmişdim.

Və fikrimi, ATV-yə, elə bu cür də ifadə etdim: "Axırıncı dəfə, bizim çox ləyaqətli, rəhbərlik tərəfindən haqsızlığa məruz qalan müəllimimizin, gözlənilmədən, sertifikasiyadan yüksək bal toplamasına sevindim. "

Amma və lakin... veriliş, efirə gedəndən sonra, videoyazıya baxanda isə, "rəhbərlik tərəfindən haqsızlığa məruz qalan" sözlərinin montaj edilərək, çıxarıldığını gördüm...

Belə...

Əslində, deyiləcək çox söz var, lakin bir TV kanalı, əgər adicə məktəbdəki problemi belə, görməzdən gəlirsə, yaxud da belə bir göstəriş alıbsa, onda, BU ÖLKƏDƏ HƏR SAHƏDƏ, ÇOX İYRƏNC OYUNLAR DÖNMƏKDƏDİR!
_____________
P. S. Kimlərsə, E. Əmrullayevin "demokratlığ"ından, tənqidə dözümlülüyündən danışır.
Allah, sizə ağıl versin, budurmu dözümlülük?... Nəinki nazirə, heç direktora belə, haqlı irad bildirməyə, TV-də imkan verilmir..." Daha azını gör

‼️ƏMRULLAYEVİN CƏNUBDAKI DƏLİLLƏRİ📌Rəna Hüseynova və Nigar Novruzova.... Bunlar, Astarada dəlixanadan qaçan və özlərini,...
27/06/2026

‼️ƏMRULLAYEVİN CƏNUBDAKI DƏLİLLƏRİ

📌Rəna Hüseynova və Nigar Novruzova.... Bunlar, Astarada dəlixanadan qaçan və özlərini, məktəb rəhbəri zənn edən iki dəliyə oxşayırlar. Özlərini, rəhbər zənn etmələri, məktəbdə hər kəsə ciddi ziyan verir. Psixoloq, onları sağaltmağa çalışır, lakin bundan imtina edərək, fironluqda israr edirlər...

📌Yaxşı ki, psixoloq, ekskluziv görüntülər çəkib. Bu dəlilərin, şagirdlərin başına hansı oyun gətirmələri, psixoloqa nələr etmələri, məktəbi necə dəlixanaya çevirmələri, sübutlaşdırılıb. Məsələn burda, “direktor”, guya əks-həmlə edir və telefonu, anidən, psixoloqa tuşlayır. Sanki, psixoloqun əlində silah varmış və bu da tez tapancasını çıxarıb cavab atəşi açır!

Sujeti təqdim edirik! izləyin və gülün! Rəydə👇

‼️KAMUFLYAJ📌Həyatda bəzi şeylər var ki, onlar, reallığın tam əksini göstərir. 💢Məsələn, havanın ən çox soyuq olduğu vaxt...
24/06/2026

‼️KAMUFLYAJ

📌Həyatda bəzi şeylər var ki, onlar, reallığın tam əksini göstərir.
💢Məsələn, havanın ən çox soyuq olduğu vaxt, günəşin çıxmağa hazırlaşdığı vaxtdır.
💢Yaxud da insanın ən çox sevincini biruzə verdiyi an, ağladığı andır.

Daha mürəkkəb olayları götürək.

💢Bir tanışınız, anidən sizi tərifləyirsə, sizə xüsusi sevgi, diqqət göstərirsə, adətən bu, müsbət yox, mənfi bir göstəricidir! Yəni, yəqin ki, o, sizə qarşı hansısa p*s bir niyyətə sahibdir deyə maskalanmağa çalışır.

📌Fikir versək, insanlara ən çox sevgidən, səmimiyyətdən danışanlar, siyasətçilərdir, hansı ki elə ən çox aldadanlar, p*slik edənlər də onlardır!

Bəli, həyatda bəzi şeylər, diametral əksini göstərir.

🌐Məsələn, böyük siyasəti götürək: ❓Ermənistanla Azərbaycan arasında əlaqələrin, ticarətin anidən genişlənməsi, sizcə, normaldırmı?

📌Əslində, bu, daha çox şübhəyə rəvac verir! Baxmayaraq ki, cəmiyyətimiz, hətta buna görə narahatlıq keçirir ki, "Hökumətimiz Ermənistana yersiz qayğı göstərir".
💢Halbuki dərinə enəndə görürsən ki bizim hökümət, hətta Türkiyənin belə, Ermənistanla sərhəddi açmasını əngəlləyib və bu ölkələrin 2022-ci il razılaşmasını "veto" edib!

📌Yəni Ermənistanla zahiri yaxınlaşma, əslində kəskin düşmənçiliyin və gələcək müharibənin kamuflyajıdır. Zahirdə əlaqələrin güclənməsi; tam əksi şeyləri, planları gizlətmək üçündür!
Dərin analizlər bunu göstərir ki, 99 faiz ehtimalla yaxın 2-5 il içində yeni müharibə olacaqdır!
____
✅Bəli, həyat, aldadıcı əlamətlərlə zəngindir. Gördüyümüz ağ rəng, adətən qara rəngi örtmək üçün bir örtükdür.

📌Ümumiyyətlə normadan artıq ağ rəngin olması, özü anormaldır, çünki həyatda BAŞQA RƏNGLƏR, DAHA ÇOXDUR!
Dünyada, onlarca rəng olduğu halda, tez-tez ağ rəng görürsünüzsə, bilin ki, bunların bir qismi, sadəcə, KAMUFLAJdır!

‼️ABŞ-İRAN MÜHARİBƏSİ: İRAN QALİBMİ?📌İran-ABŞ müharibəsi barədə hər iki tərəfdən irəli sürülən şərh və fikirlər; hər şey...
22/06/2026

‼️ABŞ-İRAN MÜHARİBƏSİ: İRAN QALİBMİ?

📌İran-ABŞ müharibəsi barədə hər iki tərəfdən irəli sürülən şərh və fikirlər; hər şeyi, ağ və qara təqdim etmək kimi yanlış və aldadıcıdır. Baxmayaraq ki, ABŞ tərəfinin, hansısa qələbə ya da uğurdan danışması, tam absurd və qeyri-ciddidir, lakin İran tərəfinin də birmənalı qələbəsini iddia edənlər, yanılırlar.
Hər halda, İranın maddi əsaslarına və infrastrukturuna, misli görünməmiş və yüz milyardlarca dollarlıq zərbələr dəydisə, deməli, burda, hansısa mütləq qələbədən danışmaq olmaz.

📌Tam olaraq bu müharibəni, belə ifadə etmək olar: İran, fiziki-maddi olaraq, ABŞ tərəfi isə mənəvi-ruhi olaraq, ağır zərbə aldı.

💢Burda, sual ortaya çıxır: İran, trilyonlarca dollarlıq, özündən onlarca dəfə böyük cəbhəyə qarşı, ciddi zərbə almadan, yaralanmadan ötüşdürə bilərdimi ki?

Sualın cavabı, qəliz və çətindir. Lakin mənim cavabım budur:

📌İran, indi, bu müharibəni, ağır zərbə almadan yola verə bilməzdi, lakin 30-40 il əvvəldən işlər düzgün qurulsaydı, bəli, bu tamamilə mümkün idi! Necə ki, dini liderin, qətl edilmədən öncə dediyi "Güclü vasitələrə sahib olmalıyıq" sözü, əslində, "Güclü vasitələrə sahib olsaydıq, bizə hücum etməyə hünərləri çatmazdı" anlamına gəlirdi!

📌Bəli, İran, adicə buddist məmləkəti olan Şimali Koreya qədər çəkindiriciliyə sahib deyilsə və ona hücum etməyə kimlərinsə cürəti çatırsa, deməli, ortada, CİDDİ PROBLEM var!
Bu problem, bizim dindarların düşündüyünün əksi bir vəziyyəti göstərir: İMAN VƏ TƏQVA PROBLEMİ!

📌Bəli, İranda əgər cəmiyyətin əksəriyyəti, ləyaqətli olsaydı, 40 il ərzində lazımı gücə və silahlara sahib olunardı!
Bu silahlara sahib olmaq üçün; yetərli düşüncə, halallıq və bəsirət lazım idi. İranı idarə edənlərin mütləq əksəriyyəti, buna sahib olmadığı üçün, yüz milyardlarla dollar qazanc, lazımıncı düzgün xərclənmədi ya da korrupsiyaya getdi!

📌Bəli, Allahın Şimali Koreyası qədər gücü olmayan bir dövlətdə, ciddi təqvadan, imandan danışmaq, absurd və yersizdir!

📌Doğrudur, Koreyaya, bu imkanı, kimlərsə ərməğan etdi, lakin İranın özünün resurs və imkanları, bunu əldə etməyə çatırdı.
_______
📌Xülasə; Hazırki ABŞ-İran qarşıdurmasını, İslam dövrü ilə müqayisə etsək: bu, nə tam Xəndək döyüşüdür, nə də Uhud döyüşü. İkisinin qarışığıdır.
ABŞ-a vurulan zərbələr, "Xəndəy"i, alınan zərbələr isə "Uhud"u təmsil edir.
İranın başındakı münafiqlər, "Uhud"u; səmimilər isə "Xəndəy"i təmsil edir. Doğrudur, münafiqlər, əksəriyyətdədirlər, amma ona qalsa, İslam zamanında döyüşənlərin əksəriyyəti də münafiq idilər; azlıqdakı ixlaslıların gücü, çoxluqdakı münafiqlərdən çoxdur!

Yunis Dürüst Filosof

Address

Lankaran

Opening Hours

Monday 00:00 - 12:00
Tuesday 00:00 - 12:00
Wednesday 00:00 - 12:00
Thursday 00:00 - 12:00
Friday 00:00 - 12:00
Saturday 00:00 - 12:00
Sunday 00:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when TV Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TV Baku:

Shortcuts

Share