Mingəçevir Media Mərkəzi/Mingachevir Media Center

Mingəçevir Media Mərkəzi/Mingachevir Media Center Dəyirmi masalar, konfransalar və qəbullar üçün əla məkan!

Mingəçevir Dövlət Universitetində Novruz şənliyindəyik.
18/03/2024

Mingəçevir Dövlət Universitetində Novruz şənliyindəyik.

17/03/2024

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə və Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə Valideyn Təla

Təşəkkür, pressklub.az!
06/03/2024

Təşəkkür, pressklub.az!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qadın sahibkarlığın inkişafında mövcud imkanlar, çətinliklər və perspektivlər”ə dair görüş təşkil olunub. Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin n....

Təşəkkür, Bugün TV!
29/01/2024

Təşəkkür, Bugün TV!

Mingəçevirdə 21 işsiz gənc ana usta yanında peşə bacarıqları qazanmağa başlayıb Sosial | BuGün TV

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulanlara  psixoloji mövzuda təlim keçirildi2023-cü il dekabr ayının 7-də...
08/12/2023

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulanlara psixoloji mövzuda təlim keçirildi
2023-cü il dekabr ayının 7-dən 10-dək “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən işsiz gənc analar üçün psixoloji mövzuda təlim keçirilir. 3 və 11 saylı orta məktəblərin valideynləri olan bu qadınlarla görüşün açılışında təlimçi-psixoloq Seymur Səfəralıyevlə birlikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəsi Əlisa Fərəcov da iştirak edib. Ə.Fərəcov deyib: “Bu təlimlərin qadınlara qarşı hər cür zorakılığa son qoyulmasıyla bağlı 16 günlük kampaniya dövrünə təsadüf etməsi təqdirəlayiqdir. Ümid edirəm ki, bu təlimləri başa vurmuş şəxslər həm iqtisadi, həm də hüquqi baxımdan öz ayaqları üstdə durmağı bacaracaq və ətraflarındakı qadınları da buna həvəsləndirəcəklər”.
Təlimdə valideyn-övlad münasibəti, xüsusən uşaq və valideyn arasında münaqişədə valideynin rolu, valideyn öhdəliklərinin hüququ və psixoloji tərəfləri, övlada münasibətdə sərhədlərin müəyyən edilməsi, məhsuldarlığa mane olan əngəlllər və işə başlamaq çətinliyi barədə danışılıb və problemlərdən çıxış yolları göstərilib. Təlimçinin danışığı slaydlarla müşayiət olunub. Gün ərzində bir neçə dəfə qrup işi aparılıb, müzakirələrə geniş yer verilib. Təlimlərin əvvəlində və sonunda iştirakçıların bilikləri qiymətləndirilib.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.

Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!
Unite to end violence against women and girls!


25/10/2023

Bu gün Eltv Aran kanalında İnqilab Shirinli ilə birgə
Mingəçevir Valideynlər Assosiasiyasının QHT Agentliyinin maliyyə dəstəyilə layihə çərçivəsində ərsəyə gətirdiyi "Biz sülh istəyirik" filmi ətrafında müzakirə apardıq. https://youtu.be/EEwEVrzFElM?si=sSXB79fv-E8mouel

23/07/2023

İş axtaranların nəzərinə!
Aşağıdakı xidmətlər üzrə bacarıqları olan peşəkar işçilər tələb edilir:
1.Psixoloq:
Evdə və ailədə ümumi öhdəliklərin təşviqi, ödənişsiz qayğı və işin nəzərə alınması, Freydin psixoanaliz nəzəriyyəsi üzrə uşaqla davranma barədə təlim və məsləhət. Psixoloq 4 gün ərzində 5 saat olmaqla cəmi 20 saat təlim aparacaq və 20 iştirakçının hər birinə 1 saat ayırmaqla cəmi 20 saat fərdi məsləhət verəcək.
2.Hüquqşünas:
Zəif təbəqələr, o cümlədən aztəminatlı uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanları, təhsil siyasətlərinin və qərarlarının işlənib hazırlanmasında valideynlərin səsi, sahibkar olmağın qanuni yolları barədə təlim və məsləhət. Hüquqşünas 4 gün ərzində 5 saat olmaqla cəmi 20 saat təlim aparacaq və 20 iştirakçının hər birinə 1 saat ayırmaqla cəmi 20 saat fərdi məsləhət verəcək.
3.İqtisadçı-mühasib:
Yoxsul və aztəminatlı əhalinin iqtisadi resurslara, maliyyə xidmətlərinə çıxış imkanları, pulu necə qazanmaq və xərcləmək, məhsulu və ya xidməti realizə etmək yolları və mühasibatlıq barədə təlim və məsləhət. İqtisadçı 4 gün ərzində 5 saat olmaqla cəmi 20 saat təlim aparacaq və 20 iştirakçının hər birinə 1 saat ayırmaqla cəmi 20 saat fərdi məsləhət verəcək.
4. Tədqiqat aparacaq və nəzarət edəcək mütəxəssis:
Hədəf qrupunu (imkansız gənc anaları) sinif rəhbəri və valideyn komitələri ilə birgə sorğu yolu ilə müəyyənləşdirmək və təkliflər vermək, həmçinin məktəb İctimai Şuralarının fəaliyyətinə dəstək verməklə gənc anaları təhsilin idarə olunmasında aktiv iştiraka həvəsləndirmək. Layihə boyunca əvvəldən axıradək tədbirlərin keçirilməsinə nəzarət etmək. Hədəf qrupunun (20 imkansız gənc ananın) maraq və bacarığına uyğun olaraq, yerli sahibkar müəssisələrində 1-2 aylıq təcrübəsini təşkil etmək, onların 50%-nin təcrübə keçdiyi sahibkar müəssisələrində işlə təmin edilməsinə, digər hissəsinin özünəməşğulluq və sahibkarlıq fəaliyyətinin təşkilinə yardımçı olmaq.
5. Veb dizayner:
Valideyn icmasının problemlərini və uğur hekayələrini cəmiyyətə çatdırmaq, valideynlərlə əks əlaqəni rahat və operativ qurmaq, onları öhdəlikləri ilə bağlı məlumatlandırmaq və individual təlimləri aprmaq üçün “İcmaya Yardım Adası” adı ilə (İYA.AZ) onlayn platforma yaratmaq, 3 ay ərzində veb səhifəni quraraq hostinqə yerləşdirmək, eyni zamanda SSL sertifikatının alınmasını təmin etmək.
6. Media mütəxəssisi (2 nəfər):
Veb səhifəni idarə etmək, keçirilən bütün tədbirlərdən xəbərlər hazırlayıb yerləşdirnək, . “Təhsili evdən məktəbə qaytaraq!” adı ilə bütün ölkə üzrə keçiriləcək video müsabiqəni təşkil etmək, gənc analar haqqında 5 uğur hekayəsi (videohekayə) hazırlamaq.

Seçilmiş şəxslər müqavilə üzrə işə cəlb ediləcəklər.
Maraqlananalar CV, fərdi proqram və qiymət təkliflərini 31 iyul 2023-cü ilədək aşağıdakı ünvana göndərə bilərlər:
[email protected]

“Mingəçevir işıqları” qəzeti redaksiyası

BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd  əməllər təkrar olunmuş və onların aradan...
12/07/2023

BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yarad...

Mingəçevir Media Mərkəzi/Mingachevir Media Center  - tədbirləriniz üçün əla məkan!
16/10/2022

Mingəçevir Media Mərkəzi/Mingachevir Media Center - tədbirləriniz üçün əla məkan!

Address

Mingechaur

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994 50 375 99 86

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Media Mərkəzi/Mingachevir Media Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share