Naxcivantv

Naxcivantv Naxçıvan televiziyası muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Daha ?

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və R

adio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır.
1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziya verilişləri hazırlayaraq tamaşaçıya təqdim edir. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur. Televiziya DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır. 2018-ci ildən Televiziyanın “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmışdır.

*****************************************************

www.ntv.az www.nuhcixan.az

12/08/2026

Naxçıvan döyüşçüləri LFC-də fərqlənib

12/08/2026

Prezident İlham Əliyev: Bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur

12/08/2026

‼️Prezident İlham Əliyev: Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi "bypass" etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək.

12/08/2026

Könüllülər Batabat ərazisində təmizlik aksiyası keçirib

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Azərbaycan Prezide...
12/08/2026

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan vacib məqamlar Türkiyə mediasında geniş əks-səda doğurub.

NTV xəbər verir ki, qardaş ölkənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, xəbər portalları və qəzetləri Azərbaycan liderinin açıqlamalarını çoxmilyonlu auditoriyası ilə bölüşüb, həmçinin Prezident İlham Əliyevin müsahibəsindən sitatlar dərc edib.

“Türkiye” qəzeti “Zəngəzur dəhlizi genişlənir! Əliyev məsələni ətraflı izah etdi” sərlövhəli məqaləsində Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirən marşrutun Türkiyə və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.

Qəzet oxucularını Azərbaycan Prezidentinin bəyanatları ilə tanış edərək vurğulayıb ki, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) sadəcə dəmir yolu və avtomobil yolu deyil. Qəzet Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasına nail olunması ilə bağlı sözlərini sitat gətirərək qeyd edib: “Bu marşrut gələcəkdə fiber-optik kabel, elektrik xətləri və zərurət yarandıqda, neft və qaz boru kəmərləri üçün də istifadə edilə bilər”.

“Hürriyet”, “Milliyet”, “Star” və digər qəzetləri də öz oxucularına Prezident İlham Əliyevin bəyanatlarını təqdim edib.

“Anadolu” xəbər agentliyi “Azərbaycan Prezidenti Zəngəzur dəhlizini qiymətləndirir” sərlövhəli məqaləsində Zəngəzur dəhlizi məsələsinin həllini tapdığı 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton sammitinin nəticələrini xatırladıb.

Agentlik dövlət başçısının Ermənistan sərhədinə dəmir yolu xəttinin çəkilməsi və Naxçıvanda dəmir yolu işləri ilə bağlı fikirlərini abunəçiləri ilə bölüşüb. Qeyd olunub ki, Bakı bu nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarını ildə azı 15 milyon tona çatdırmağı hədəfləyir.

Agentlik Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının qonşu ölkələrə yaratdığı təhlükə ilə bağlı sözlərinə xüsusi diqqət yetirib. “Anadolu” Azərbaycan Prezidentinin bu barədə fikirlərini sitat gətirib: “....Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”.

Türkiyənin populyar televiziya kanalları “HaberGlobal”, “HaberTürk” və “Ulusal TV” də Azərbaycan Prezidentinin bəyanatları ilə bağlı reportajlar yayımlayıb, həmçinin müvafiq xəbərləri veb-saytlarında və sosial media səhifələrində yerləşdirib.

12/08/2026

BakuBus artıq Naxçıvan şəhərində! 🚌✨ Yeni xətləri birlikdə tanıyaq! 🚌 1 nömrə - Əliabad qəsəbəsi ↔️ Yeni Naxçıvan yaşayış massivi 🚌 2 nömrə - Tumbul kəndi ↔️ Əyləncə adası 🚌 3 nömrə- Olimpiya İdman Kompleksi (dairəvi) 🔁 🚌 4 nömrə - “Araz” İstehsalat Birliyi ↔️ Əliabad qəsəbəsi 🚌 5 nömrə - Elektrik yarımstansiyası ↔️ Xalçaçılıq fabriki 🚌 6 nömrə - Babək şəhəri ↔️ Zəfər parkı 🚌 7 nömrə - Qaraçuq kəndi ↔️ “Cahan” ticarət mərkəzi 🚌 8 nömrə - Xəlilli kəndi ↔️ “Cahan” ticarət mərkəzi 🚌 9 nömrə - Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti ↔️ Dövlət Yanğından Mühafizə İdarəsi

12/08/2026

Prezident İlham Əliyev: O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.

12/08/2026

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

12/08/2026

Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.

12/08/2026

Naxçıvan elektrik enerjisi ilə təminat baxımından tam sığortalıdır

Address

Nakhchivan, Azerbaijan Istiglal 84
Nakhchivan
AZ7000

Website

Alerts

Be the first to know and let us send you an email when Naxcivantv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naxcivantv:

Shortcuts

Share