UluTv.İNFO

UluTv.İNFO Operativ xəbərin tək ünvanı Şikayət və təkliflərinizi bizə yaza bilərsiniz. Dəqiq bilin ki, məxfilik tələb olunan məsələlərdə məxfiliyiniz qorunacadır.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar qey...
10/08/2024

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib.

Deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.

Beyləqan rayonunda yol qəzası olub, ölən var.Məlumat görə, Ağamir Quluzadə idarə etdiyi "VAZ 21074" markalı avtomobillə ...
09/08/2024

Beyləqan rayonunda yol qəzası olub, ölən var.

Məlumat görə, Ağamir Quluzadə idarə etdiyi "VAZ 21074" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Azərbaycanda 7 ayda 17 milyon ton neft hasil edilib.Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton ...
09/08/2024

Azərbaycanda 7 ayda 17 milyon ton neft hasil edilib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyinə istinadən xəbər verilir ki, bunun 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.

7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Address

Naxçıvan Muxtar Respublikası
Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when UluTv.İNFO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UluTv.İNFO:

Share

Category