Q Ə R B qapısı

Q Ə R B   qapısı Qərb qapısı

Rəsuli-Əkrəm (s) buyurub: “Kimin elmi çoxalarsa və doğru yola meyli artmazsa, Allahdan uzaq düşməyindən qeyri bir artımı...
09/10/2024

Rəsuli-Əkrəm (s) buyurub: “Kimin elmi çoxalarsa və doğru yola meyli artmazsa, Allahdan uzaq düşməyindən qeyri bir artımı olmaz”.
İmam Əli (ə) buyurub: “Biliklərin ən yaxşısı səni islah edən bilikdir”.
Bəli, elmlə, biliklə bağlı məsələlərə mübarək İslam dini fövqəl dərəcədə yüksək əhəmiyyət vermişdir.
İslam o qədər elmə qiymət verir ki, alimin qələminin mürəkkəbi şəhidlərin qanından üstün sayılır. Amma hansı alimin mürəkkəbi?
Kimdir həmin o alim ki, bu qədər məqamı var mürəkkəbi şəhidin qanından üstündür. Peyğəmbərin (s) varisidir. Cənnətdəki dərəcəsinin peyğəmbərlərlə çox az fərqi var. Peyğəmbərlərə bənzər əzəməti var. Allah yolunda cihad edir, mücahidə edir. Cahillər arasında olanda, onu bənzədirlər ölülər arasında bir diriyə.
Bu keyfiyyətlər bütün bilənlərə məxsus deyil. İslam deyir, bir başqa məsələ də var orada: məsuliyyət. Bu elm onlara məsuliyyət verər. Bu elm insana fərdi məsuliyyətlər verər. Bu elm insana ictimai məsuliyyət verər. Bu elm insana vücudi məsuliyyət verər. Əgər o məsuliyyətlər olarsa, əgər əmələn də o bildiyini məsuliyyətinə uyğun çalışarsa, o zaman Allah yolunda mücahid olar alim, o zaman bu deyilən məsələlər ona aid olar.
Mübarək İslam dini məsuliyyətsiz bilik əhlini, məsuliyyətsiz agahları, məsuliyyətsiz alimləri ciddi qəbul etmir. Zamanımızda bir “mədəniyyət” yavaş-yavaş daxil olur topluma ki, bəzi hallarda adam haqqı deməyə qorxar. Amma Quran məntiqində məsuliyyəti yerinə yetirməyən həmin o məsuliyyətsiz bilik əhli açıq-aşkar şəkildə kəskin pislənir. Çünki dinimiz istəyir fəsad törədən məsuliyyətsiz almin aqibəti bütün bəşəriyyət üçün açıqlansın ki, nəticə etibarilə bəşəriyyət bu bəhsdən, bu məsələdən ibrət dərsi götürsün.Ölüm haqdır, mütləq ki hər birimiz onu dadacağıq amma ölümdən sonra yaltaqlıq xətrinə haqqı olmayanlara təriflər yağdırmaqla barışmaq olmaz. Son paylaşımlardan belə başa düşdüm ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadəyə camaat bir alim kimi, bir savadlı insan kimi müraciət edərmiş. Camaat deyərmiş ki, bu adam hər şeyin zirvəsidir. Amma həmin o alim fəsad, ədalətsizlik, bidətlər hökm sürən bir toplumda yaşayırdı. Bu toplumda insanların (şəxsən mənim) haqları pozulurdu.Sonuncu keçirilən seçkidə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə bu qədər qul haqqını öz imzası ilə leqallaşdırmağa çalışan bir “alim” idi. Əkrəm Hüseynzadə toplumda baş verən cinayətlərdən xəbərdar idi. Yəni belə deyil ki, onun barəsində deyələr ki, “yazığın xəbəri yox idi”. Bu “yazıq”ların adət üzrə hər şeydən xəbəri olur. Həm keçmişdə, həm də indi. Tarixdə belə qalacaq ki, Əkrəm Hüseynzadənində xəbəri var idi vəziyyətdən. Onun həm baş verən fəsadlardan xəbəri var idi, həm ədalətsizlikdən xəbəri var idi, həm də insanların məruz qaldığı saxtakarlıqdan xəbəri var idi. Həmin şəxs gecə başını qoyub yatanda, həmin vaxt mən zülm çəkirdim. Mənim ah naləm ucalırdı göylərə. Çünki bu adamın malik olduğu bilik, onun malik olduğu elm, ona məsuliyyət vermədi. Bu “alimin” həmin saxtakar rəhbərlərə yaltaqlığı ucbatından, öz nəfsani meyillərinə uyması səbəbindən bərbad vəziyyətə düşməsini anlamaq öz yerində, amma bu statusun yazılmasında əsas məqsəd - bütün insanlardır. Yəni nə? Yəni çalışın bu “alim” kimi məsuliyyətdən qaçıb öz ani ləzzətləriniz üçün, öz dünyanız üçün, öz maddi mənfəətiniz üçün haqqı, həqiqəti tapdalamayın. Haqqımı əsla halal etməmişəm,etmirəm, etməyəcəyəm. Sən getdin orda darıxma məni gözlə məndə gələcəyəm o zaman ilahi ədalət zəfər çalacaq.
Amma yenədə insanlıq xətrinə Allahın rəhmi sənin üzərində olsun. Allah yaxınlarına səbr versin!

P.s Uca Allah bizlərə elm və məsuliyyəti birgə daşımaq bacarığını qismət etsin! Amin!

Mən keçdiyim həyat yolunu məktəbə, təhsilə (xüsusilə Şərur Türk Liseyinə) və müəllimlərimə borcluyam. Əziz müəllimlərim ...
05/10/2024

Mən keçdiyim həyat yolunu məktəbə, təhsilə (xüsusilə Şərur Türk Liseyinə) və müəllimlərimə borcluyam. Əziz müəllimlərim Beynəlxalq Müəllimlər Gününüz mübarək olsun! Hər zaman bu əziz ada layiq olasınız.
Gəl ey heykəltaraş! Bu mərmər, bu gil,
Düşün müəllimi, sonra alış, yan!
Onun heykəlini mərmərdən deyil,
Yarat özü kimi nurdan, işıqdan...

P.s Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır,
o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.

İnsanın əsil bir insan kimi yetişməsində ona verilən təlim-tərbiyədən əlavə, insanın düşdüyü mühit və şəraitin də çox bö...
30/09/2024

İnsanın əsil bir insan kimi yetişməsində ona verilən təlim-tərbiyədən əlavə, insanın düşdüyü mühit və şəraitin də çox böyük rolu vardır. Həyat axınında öz təmiz hisslərini qorumaq üçün bəzən çox şeydən imtina etməlisən.Yoxsa Qazanxanın qanunazidd tapşırıqlarını düşünmədən icra etməklə həmin işlərin güdazına gedəcəyini vaxtında anlamalısan.. Bir şəxs ki,ədalətə göz yumub öz adına ləkə gətirə biləcək işlər görür,həmin şəxsə etibar etmək olmaz. Atalar demişkən səhvsiz insan olmaz. Lakin əsil insan odur ki, etdiyi səhvini başa düşüb verilən zaman kəsiyində səhvini aradan qaldırsın. 5 dil bilməyin vəya avropada vətəni milləti təmsil etməyin səni bu bataqlıqdan qurtara bilməyəcək. Yaşatdıqlarını addım -addım mütləq ki yaşayacaqsan.
Bir halda ki, dünyaya gəlmişik, həyatda yaşamaq bizə nəsib olmuşdur, onda həyata da açıq gözlə baxmaq lazımdır. İnsan niyə yaşadığını, hansı məqsədlərə xidmət etdiyini bilməlidir. Əks təqdirdə, onun vəziyyəti aşağıda qeyd olunan təmsildəki kimi olar.
Qoyuna nə dedilər hamısına inandı,
Çoxu onun haqqında söylədi söz qanandı.
Dedilər: – Burda gəzmə, göy ot azdı gəzmədi,
Bu su dayazdı üzmə sözə baxdı üzmədi.
Onun bunun əqliylə hərəkət etdi qoyun,
Elə buna görə də başına gəldi oyun.
İstəməyən bir kəsin sözüylə qalxdı dağa,
Çoban gəlib çatınca onu yedi qurd ağa.

Unudulmaz QəhrəmanlarHörmətlə anırıq!“Vətəni sevmək imandandır”. Şəhidlik isə şərəf olmaqlayanaşı, həm də böyük imandır....
27/09/2024

Unudulmaz Qəhrəmanlar
Hörmətlə anırıq!
“Vətəni sevmək imandandır”. Şəhidlik isə şərəf olmaqla
yanaşı, həm də böyük imandır. Allahına, səni yaradana olan
iman. Onun yaratdığı və insanlar üçün vacib qıldığı amallar
uğrunda ölmək qədər imanlı.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.İMZA
26/09/2024

Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
İMZA

18/09/2024

Paytaxtı köçürmək əvəzinə bütün böyük şəhərləri etmək lazımdır.
İş yerləri açın

Dünyanın mənzərəsini dəyişən, insanın imkanlarını misilsiz dərəcədə genişləndirən elmi-texniki nailiyyətlərin təməlində ...
16/09/2024

Dünyanın mənzərəsini dəyişən, insanın imkanlarını misilsiz dərəcədə genişləndirən elmi-texniki nailiyyətlərin təməlində təhsil dayandığı kimi, xalqları, mədəniyyətləri təhdid edən cəhalət kabusunun qaynaqlandığı mənbənin də məhz təhsilsizlik olduğu kimsəyə sirr deyildir.
Yuxusuna haram qatıb məktəb binalarına sevinclə ,həvəslə üz tutan körpələrimizi, gənclərimizi bu cəhalət bataqlığından qurtarın.
Təhsilin əhəmiyyətini dərk edin, dünyanın gələcəyi bu fenomendən daha çox asılı olacaq, təhsilin-elmin inkişafı dövlətlərin strateji uğurlarının əsas qaynağına çevriləcək.
Bilik gününüz MÜBARƏK olsun!

Keçmişimizə baxıb, başımıza gələnlərdən dərs çıxarıb ədalət uğrunda sonadək mübarizə aparmaq yolunu seçmişik. Bu prinsip...
10/09/2024

Keçmişimizə baxıb, başımıza gələnlərdən dərs çıxarıb ədalət uğrunda sonadək mübarizə aparmaq yolunu seçmişik. Bu prinsipi qəbul edənlər bizdən diqqət, qayğı və sayğı, düşmənçilik xislətindən əl çəkməyənlər isə GÜCÜMÜZÜ görəcəklər!

Sizin deputat
İMZA
Unudulmaz Qəhrəmanlar

Unudulmaz Qəhrəmanlar İMZA
03/09/2024

Unudulmaz Qəhrəmanlar
İMZA

Unudulmaz Qəhrəmanlar
30/08/2024

Unudulmaz Qəhrəmanlar

Seçkiqabağı təşviqat kampaniyamız davam edir. Bizi izləyin!Sizin deputat          İMZAUnudulmaz Qəhrəmanlar
26/08/2024

Seçkiqabağı təşviqat kampaniyamız davam edir. Bizi izləyin!
Sizin deputat
İMZA
Unudulmaz Qəhrəmanlar

Address

Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Q Ə R B qapısı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share