Şərq Qapısı

Şərq Qapısı Gündəlik ictimai-siyasi qəzet. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və əməkdaşları 1 oktyabr  – "Prokurorluq işçilərinin peşə bay...
01/10/2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və əməkdaşları 1 oktyabr – "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibəti ilə Ümümmilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibətilə oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev və prokurorluğun şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsini ziyarət edib önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər, seləcə də Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.

Qəzetin müxbiri Ramiyə Əkbərova "Şərq qapısı" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Qeyd ...
01/10/2025

Qəzetin müxbiri Ramiyə Əkbərova "Şərq qapısı" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, 8 ildir qəzetdə fəaliyyət göstərir.

01/10/2025

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi: payız fəslində burada alça ağacı çiçək açıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında işti...
01/10/2025

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

"Şərq qapısı" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.

Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.

NDU-da Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub və “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda...
01/10/2025

NDU-da Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub və “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I beynəlxalq elmi konfransı başlayıb

Oktyabrın 1-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüsü ilə Azərbaycan ali məktəbləri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “İnnovativ texnologiyalar” adlı videoçarx nümayiş olunub.

Tədbirdə rəsmi qurumların, ölkə ali təhsil müəssisələrinin, Türkiyə universitetlərinin rəhbər heyəti və nümayəndələr, ziyalılar, universitetin müəllim-tələbə heyəti və digər dəvətlilər iştirak ediblər.

Tədbiri açıq elan edən NDU-nun rektoru Elbrus İsayev ölkədə təhsil siyasətinin uğurlu icrasından, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və innovativ layihələrdən söz açıb. O, Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında müasir texnologiyaların və tədris metodlarının tətbiqi baxımından dövrün tələbi, inkişaf meyarı olaraq dəyərləndirib. Eləcə də mərkəzin yalnız NDU üçün deyil, ümumilikdə, region üçün innovativ yanaşma potensialına təkan verəcəyini əlavə edib.

Ətraflı http://xn--serqqaps-zkbb.az/ saytında...

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olubAzərbaycan Respublikasının Prezidenti İlh...
01/10/2025

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

"Şərq qapısı" xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində davamlı tədbirl...
01/10/2025

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində davamlı tədbirlər həyata keçiririk”.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişafında əsas elementlərdən biri məhz startapların maliyyə resurslarına əlçatanlığının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ düşüncənin formalaşdırılması və insan kapitalının inkişafı ilə yanaşı, innovasiya infrastrukturunun qurulmasıdır.

“Agentlik olaraq ölkəmizdə innovasiya infrastrukturunun yaradılması bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu çərçivədə “Azərbaycan İnnovasiya Mərkəzi” konsepti hazırlanıb. Hazırda Bakıda və Sumqayıtda innovasiya mərkəzləri fəaliyyət göstərir. Fəaliyyətin davamı olaraq bu il Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin açılışı reallaşdırılıb.

Bizim üçün xüsusilə vacib məqam ondan ibarətdir ki, bu cür mərkəzlər universitet və elmi institutların tərkibində yaradılır. Çünki dövlət, universitet və biznes əməkdaşlığı üzərində qurulan belə təşəbbüslər dayanıqlı inkişafı təmin edir. Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəzdə informasiya texnologiyaları üzrə mütəxəssislərin fəaliyyəti üçün iş otaqları ayrılıb, həmçinin startap ideyalarının reallaşdırılması üçün texnoloji laboratoriyalar qurulub. Agentlik bu laboratoriyaları lazımi avadanlıqlarla təmin edib. Bundan başqa, Naxçıvan Dövlət Universiteti ilə birgə innovasiya proqramları hazırlanıb”, – deyə Fərid Osmanov qeyd edib.

İRİA sədri əlavə edib ki, əsas məqsəd ölkənin bütün regionlarında innovasiya ekosistemini əlçatan etməkdir:
“Biz inanırıq ki, Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəz yalnız Naxçıvan üçün deyil, bütövlükdə, ölkənin bütün universitetləri və biznes icmaları üçün yeni imkanlar açacaq. Gələcəkdə də startap mühitinin formalaşdırılması istiqamətində birgə tədbirlər davam etdiriləcək”.

REAL Televiziyası Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audavizial İnkişaf Ş...
01/10/2025

REAL Televiziyası Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audavizial İnkişaf Şurasının dəstəyi ilə Naxçıvan haqqında iki hissədən ibarət “Real Vətən: Naxçıvan” adlı film yayımlayıb.

Ekran işində qədim diyarın tarixi, mədəniyyəti, coğrafiyası, strateji əhəmiyyəti və bugünkü inkişafı geniş şəkildə işıqlandırılıb. Filmdə, həmçinin Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri, burada yaşayan insanların gündəlik həyatı və milli-mənəvi dəyərlərə bağlılığı barədə maraqlı faktlar təqdim olunub.

Layihənin müəllifləri bildiriblər ki, məqsəd tamaşaçılara Naxçıvanı daha yaxından tanıtmaq, diyarın keçmişi və bu günü barədə dolğun məlumat verməkdir.

Filmin hər iki hissəsi artıq televiziya efirində nümayiş olunub və sosial şəbəkə hesablarında da yayımlanıb.

Qeyd edək ki, filmin layihə rəhbərləri Mirşahin Ağayev, Yaşar Məmmədov, Həsən Abdullayev və Səyavuş Hüseynlidir.

Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir."Şərq qapısı" xəbər verir ki, m...
01/10/2025

Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir.
"Şərq qapısı" xəbər verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov, dövlət qurumlarının nümayəndələri, ziyalılar, universitetin rəhbər və müəllim heyəti iştirak edirlər.
Qeyd edək ki, Naxçıvan İnnovasiya Mərkəzi ölkəmizdə Bakı və Sumqayıtdan sonra açılan 3-cü regional mərkəzdir.

01/10/2025

Ordubad Rayon Mədəniyyət Sarayında “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi çərçivəsində “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün festivalın açılış mərasimi baş tutub

Azərbaycanda milli prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun milli d...
01/10/2025

Azərbaycanda milli prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun milli dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik dövlət təsisatı kimi formalaşması və səmərəli fəaliyyəti üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə аpаrılаn ədalətə, humanizmə söykənən məhkəmə-hüquq islahatları çərçivəsində mümkün olmuşdur.
Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunaraq vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Rеspublikаsının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət təsisatı sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

https://serqqapisi.az/butun-xeberler/prokurorluq-orqanlari-dovletcilik-maraqlarina-insan-ve-vetendas-huquq-ve-azadliqlarinin-mudafiesine-xidmet-edir

Xəbər verdiyimiz kimi, bu gün Ordubad Rayon Mədəniyyət Sarayında “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru" la...
30/09/2025

Xəbər verdiyimiz kimi, bu gün Ordubad Rayon Mədəniyyət Sarayında “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru" layihəsi çərçivəsində
“Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün festivalın açılış mərasimi münasibətilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvləri Naxçıvanda səfərdədirlər. “Azərbaycan Uşaqları” İctimai Birliyinin qızları ilə həmsöhbət olub təəssüratlarını öyrənirik.
Karate üzrə kyokushin növündə 14 yaşlı, 4 qat respublika, 1 dəfə isə Avropa çempionu olan, hazırda 10-cu sinifdə təhsil alan Ayan Məcidli deyir: “Əslən naxçıvanlı olduğum üçün buraya tez-tez gəlib-gedirəm. Bu gün isə mənim üçün xüsusi bir gündür. Çünki baş tutan festivala uzun müddətdir, hazırlaşırdıq və inanırdım ki, uğurlu olacaq. “7 uğurlu gözəl” filmində nümayiş olunan 1-ci gözəl mən idim. Burada çıxış etməkdən qürur duyuram. Düşünürəm ki, biz yeni nəsil qızlar həm zərif, həm də güclüyük”. Müsahibimiz qeyd edir ki, gələcəkdəki məqsədi Bədən Tərbiyəsi və İdman Akademiyasına və Polis Akademiyasına daxil olmaqdır.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvü, 16 yaşlı Məmmədova İlahə isə qeyd etdi: “Yeni nəsil qızlar” layihəsində iştirak etdiyim üçün çox şanslıyam. Naxçıvanda təqdim olunan “7 uğurlu gözəl” filmində rol almışam. İctimai birlikdə qazandığım bacarıqlarımı müxtəlif təlimlərdə və art-terapiyalarda nümayiş etdirmişəm. Tədbirimiz uğurla yekunlaşdı. Sabah Naxçıvanda keçiriləcək ekskursiyaları səbirsizliklə gözləyirəm. Artıq ikinci dəfədir, bu diyara gəlirəm və çox sevirəm Naxçıvanı”.
Festival iştirakçılarından digəri Fatimə Bayramovanın sözlərinə görə, ilk dəfə Naxçıvana gəlməyinin həyəcanını yaşayır. O bildirdi: “Bu gün mənim üçün çox dəyərlidir. İlk dəfə Naxçıvana səfər etmişəm. Çox həyəcanlı idim. Səhnədə rəqs nümunələri göstərdim və çalışdım ki, çıxışım uğurlu alınsın. Düşünürəm ki, Naxçıvana səfərimiz yaddaşımıza əbədi həkk olunacaq, ən gözəl xatirələr kimi xatırlanacaq”.



Bülbül Rövşənqızı

Address

Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Şərq Qapısı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Şərq Qapısı:

Share

Category