Qəbələ.İNFO

Qəbələ.İNFO SALAM!.BİZİM səhifəmizə XOŞ GƏLMİSİNİZ. Bu səhifə QƏBƏLƏDƏ nəşr olunan "QƏBƏLƏ" qəzeti İLƏ HEÇ BİR əlaqəsi olmayan.

Qəbələ.İNFO-xəbərlər saytına məxsus səhifədir...

Qəbələ rayonunun Zirik kəndində növbəti səyyar qəbul keçirilmişdirQəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdulla...
25/10/2024

Qəbələ rayonunun Zirik kəndində növbəti səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən rayonun Zirik kəndində növbəti dəfə səyyar qəbul keçirilmişdir.
Rayonun xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli isə nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Bayramınız mübarək!***********************Tarixdən qədimdir, zamandan qocaMənim bayrağıma sancılan hilal.Aləmə nur saçdı...
18/10/2024

Bayramınız mübarək!
***********************
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

11-13 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri FHN İdman Sağlamlıq Mərkəzində Azərbaycan Taekvondo Federasiyasının dəstəyi...
18/10/2024

11-13 oktyabr 2024-cü il tarixdə
Bakı şəhəri FHN İdman Sağlamlıq Mərkəzində Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Ümid” və “Alpman” taekvondo klublarının açıq birinciliyinin keçirilmişdir.
Yarışda yerli idmançılarımızla yanaşı, Qazaxıstan, Özbəkistan və Gürcüstanı təmsil edən komandalar da qüvvələrini sınayıblar.
Sevindirici haldır ki, Qəbələ İdman Kulubunun Taekvondoçusu yarışda bütün rəqiblərinə qalib gələrək Nurtaj İsrafilova 52 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Onu da qeyd edim ki, Nurtac İsrafilova qızlar arasında yarışın ən yaxşı idmançısı adına layiq görülmüşdür.

08/08/2024

Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

Bu barədə Manset.az-a açıqlamasında Tofiq İbrahimov özü məlumat verib.

O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub:

“Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm”.

Sabiq başçı bir sıra saytlarda yayılan, əmlaklarının olduğu iddia olunan siyahıya münasibət bildirib:

"O tamamilə yalan məlumatdır. Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdi. Həmin vaxtı onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O, əmlakları onlara bağışlamasam, kişi deyiləm”.

01/07/2024

Şəhid Ağayev Kamran Xanlar oğlunun adını əbədiləşdirən,12 mindən çox əhalisi olan Qəbələ rayon Vəndam qəsəbəsinin yeganə mədəniyyət evini satan da, alan da...
Nə əcəb "Qız qalasından" xəbərin yoxdur, bala...
Al onu adına sal, qoyma qala, nolub ala?..

Allah sənə rəhmət eləsin, şair.

27/04/2024

Qəbələ şəhər 1 saylı körpələr evi-uşaq bağçasının II kiçik qrupunun “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Dünyaya Sevgi ilə Toxun. Yaşıl Dünyamızı Birgə Qoruyaq!” adlı musiqili və əyləncəli tədbir balaca fidanların sevincinə səbəb olmuşdur.

07/02/2024

Prezident, birinci xanım və ailə üzvləri Xankəndidə səs veriblər

Qəbələ. Vəndam qəsəbəsində növbədənkənar prezident seçkiləri davam edir.
07/02/2024

Qəbələ. Vəndam qəsəbəsində növbədənkənar prezident seçkiləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət ...
15/10/2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

Qəbələ rayonun kənd və qəsəbələrində iməciliklər keçirilirQəbələ rayonun bütün kənd və qəsəbələrində iməciliklərin keçir...
07/10/2023

Qəbələ rayonun kənd və qəsəbələrində iməciliklər keçirilir

Qəbələ rayonun bütün kənd və qəsəbələrində iməciliklərin keçirilməsi davam etdirilir. İməciliklər zamanı magistral və kəndarası yollar təmizlənmiş, qəbirstanlıqlarda təmizlik işləri aparılmış, yol kənarındakı ağaclar budanmış, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək bərk tullantılar daşınmışdır.

Address

Qabala

Alerts

Be the first to know and let us send you an email when Qəbələ.İNFO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share