02/06/2026
⚡️ Fabrizio Romanonun məlumatına görə, Andoni İraola “Liverpool”un yeni baş məşqçisi olmağa hazırlaşır. Arne Slotun ayrılığından sonra Mersisayd klubu əsas namizəd kimi ispaniyalı mütəxəssisi seçib.
🔴 “The Guardian” və “The Times” da “Liverpool”un İraola ilə danışıqları sürətləndirdiyini yazır. Klub yeni baş məşqçi məsələsini dünya çempionatı başlamazdan əvvəl yekunlaşdırmaq istəyir.
📌 Bununla belə, “Liverpool” hələ İraolanın təyinatını rəsmi açıqlamayıb. Ona görə məlumat hazırda Romano və media mənbələrinə əsaslanan xəbər kimi qiymətləndirilir.