Dağlıq Şirvan RTİ-si Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbi

Dağlıq Şirvan RTİ-si Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbi Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbi

30/10/2025
30/10/2025

"Ötən onillikdə aparılmış bir tədqiqata əsasən, direktoru pedaqogikanı yaxşı bilən və bütün diqqətini daxili qaydaların bərqərar edilməsinə yönəldən məktəblərdə şagirdlər daha yaxşı öyrənir. Əlbəttə şagird nailiyyətinə təsir edən digər dəyişənlər də vardır: müəllim səriştəsi, şagirdin ilkin hazırlıq səviyyəsi, bölgənin sosial-iqtisadi durumu, ailənin təhsil və mədəni statusu və s. Məktəb direktorunun idarəetmədə söykəndiyi prinsipləri də sadalanan dəyişənlərə əlavə etməliyik".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Ətraflı: muallim.edu.az/vefa-yaqublu-mekteb-direktoru-sagird-nailiyyetine-tesir-eden-quvvedir

29/10/2025

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayır.

Müsahibədə iştirak etmək istəyən namizədlər 29 oktyabr 2025-ci il saat 11:00-dan 4 noyabr 2025-ci il saat 17:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://tinyurl.com/ekz2z5pb

Qeyd edək ki, qeydiyyatdan yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test mərhələsində iştirak etmiş və müvafiq keçid balını (40 bal və daha yuxarı) toplamış namizədlər müraciət edə bilərlər.

Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.

Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

Müsahibələrdə iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.

16/10/2025

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üzrə müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Namizədlər üçün tələblər:

-Ali pedaqoji və ya idarəetmə ixtisası;
-3 ildən az olmayaraq pedaqoji staj;

Tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 17-23 oktyabr tarixləri aralığında (şənbə və bazar günləri istisna) saat 09:00-dan 18:00-dək yuxarıda qeyd olunan sənədləri Dağlıq Şirvan Regional Təhsil İdarəsində müvafiq komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər. (ünvan; Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21)

15/10/2025

📢 Vətəndaşların diqqətinə!

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı saat 14:30-dan 16:30-dək həyata keçiriləcək.

Təhsil sahəsi ilə bağlı sual, təklif və müraciətlərinizi qeyd olunan gün və saatlarda birbaşa məktəb rəhbərliyinə bildirə bilərsiniz.

🤝 Gəlin, təhsilin inkişafı naminə birgə addımlayaq!

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı Rayon Təhsil Sektoru üzrə Laləzar kənd ümumi  orta ümumtəhsil məktəbində...
14/10/2025

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı Rayon Təhsil Sektoru üzrə Laləzar kənd ümumi orta ümumtəhsil məktəbində təhsil alan 9- cu sinif şagirdlərinin bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə monitorinq keçirildi.

10.10.2025-ci il tarixində Laləzar kənd ümumi orta ümumtəhsil məktəbində VI sinif şagirdləri üçün diaqnostik monitorinq ...
10/10/2025

10.10.2025-ci il tarixində Laləzar kənd ümumi orta ümumtəhsil məktəbində VI sinif şagirdləri üçün diaqnostik monitorinq keçirildi

Laləzar kənd ümumi orta ümumtəhsil məktəbində IV sinif şagirdləri üçün diaqnostik monitorinq keçirildi
09/10/2025

Laləzar kənd ümumi orta ümumtəhsil məktəbində IV sinif şagirdləri üçün diaqnostik monitorinq keçirildi

05/10/2025

Hörmətli müəllimlər!

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!

Cəmiyyətimizin inkişafında, gənc nəslin milli ruhda, bilikli və vətənpərvər yetişməsində göstərdiyiniz fədakarlıq və əzm dərin hörmətə layiqdir.

Hər birinizə möhkəm cansağlığı və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq!

Gününüz mübarək! 💐

Address

Shamakhy
5600

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+994558250535

Website

Alerts

Be the first to know and let us send you an email when Dağlıq Şirvan RTİ-si Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dağlıq Şirvan RTİ-si Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbi:

Share

Category