Şamaxı Ws

Şamaxı Ws Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı Ws, News & Media Website, Shamakhy.

09/09/2026

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu üzərində inşa edilən asma körpünün tikinti prosesi ilə bağlı son görüntülər

08/09/2026
04/09/2026

Üzüm və Şərab Festivalına biletlər artıq satışda! 🍇🔥
Şamaxıda ilin en gözlənilən tədbirlərindən biri olan Üzüm və Şərab Festivalı üçün bilet satışı başladı!

📅 Tarix: 19–20 Sentyabr

📍 Məkan: Şamaxı

Festivalda sizi yeni sürprizlər, unudulmaz əyləncəli anlar, musiqi və muxtəlif təəssüratlar gözləyir.

🎟️ Biletlərinizi indidən iTicket.az saytından və ya mobil tətbiqindən əldə edə bilərsiniz. Şamaxının bu möhtəşəm payız atmosferini qaçırmayın!

04/09/2026

Əlləri-üzü böyürtkən ləkəsi, ayaqları tikan cırmağı olan o uşaqlar buradadırmı? 😄

Bizim uşaqlığın ən böyük Macərası böyürtkən yığmaq idi... Kolluqların arasına girərdik, qollarımızı, əlimizi-ayağımızı tikan cırmaqlayardı, amma vecinə də olmazdı. Böyürtkənin suyundan əlimiz, üzümüz, dodaqlarımız qap-qara olardı.

​Mürəkkəb reseptlərə, blenderə ehtiyac yox idi. Yığdığımız böyürtkənləri bir qaba tökər, yerə düşən təmiz bir çöp parçası ilə əzib həvəslə yeyərdik. Dünya xörəklərindən ləzzətli gəlirdi o dad.

​İllər keçsə də, nə o tikanların acısı unudulur, nə də o çöpün köməyilə əzdiyimiz böyürtkənin şirinliyi...
Hərdən o günləri xatırlamaq belə insana uşaqlığın o saf, qayğısız xoşbəxtliyini qaytarır. ✨
Uşaqlıq həqiqətən başqa bir aləm idi!🤗

🚨 ŞAMAXIDA ZƏLZƏLƏ QEYDƏ ALINDIZəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 2 sentyabr saat 03:39-da Şamaxı rayon...
02/09/2026

🚨 ŞAMAXIDA ZƏLZƏLƏ QEYDƏ ALINDI
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 2 sentyabr saat 03:39-da Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
📍 Maqnituda: ML 3.9
📍 Dərinlik: 14 km
📍 Koordinatlar: 40.59° N, 48.51° E
📍 Yerləşmə: Pirqulu stansiyasından 23 km cənub-qərbdə
📍 Zəlzələ hiss olunmayıb.
ℹ️ Məlumata əsasən, yeraltı təkanların episentri Şamaxı rayonu ərazisində yerləşib.

31/08/2026

Şamaxı rayonunun Kürdəmic kəndi
Əhmədli - Hacılı
Bəyənib paylaşmağı unutmayın 😍

28/08/2026

İki Əzəmətli Şair Nizami Gəncəvi və Xaqani Şirvaninin Görüşməsi - Nizami Filmi (1982)

26/08/2026

Bu gün dünyada memarlıq incisi kimi tanınan məşhur Moskva Kreml sarayının baş memarı Əliş Kərəmli olub. Təxminən 650 il əvvəl tikilən bu misilsiz abidənin memarı, özü də Azərbaycan torpağının yetişdirdiyi bu şəxsiyyət haqda nə bilirik?
Əliş Sübhan oğlu Kərəmli 1322-ci ildə Şamaxıda dünyaya gəlib. Həyatı barədə dəqiq məlumatlar olmasa da, Kərəmli Yaxın Şərq, Qafqaz, İran, Hindistan və doğma vətəni Azərbaycanda ən məşhur sənətkarlardan biri olub.
Ə.Kərəmli Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş tağlı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa torcasının (kompleks), Şirazda nəhəng 80 otaqlı Karvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin, Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsünün və onlarla tikilinin müəllifi kimi tanınıb.
Memar Kərəmlinin şöhrəti qısa vaxtda vətənin hüdudlarını aşmış, onun sənətkarlıq qabiliyyəti Moskva Knyazı Dmitri İvanoviçin də diqqətindən yayınmamışdı.
Əliş Kərəmli Moskvaya böyük Knyazın dəvəti ilə gedib. Bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük Knyazının elçiləri – Rusiya sarayından boyar İ.A.Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı səfiri Qafur bəy, Knyazlığın 10 süvarisi ilə yola çıxırlar. Onlar uzun yolu qət edərək 1367-ci il yanvarın 5-də, şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Qonaqlar burada ehtiramla qarşılanır. Boyar Baratinski Moskvanın böyük Knyazının məktubunu Şirvanşah Şeyx İbrahimə verir və gəlişin məqsədini onun diqqətinə çatdırır.
Həmin məktubda dünyaca məşhur memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur.
Bu, Dimitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1367-ci il tarixində rus elçiləri ilə birlikdə Moskvaya yola düşür.
Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Daha sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçirdi. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi.
Tikinti işlərinə martın 25-də – rusların "Blaqoveşeniye" bayramı günündə başlanır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan lütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy də kilsəyə gəlir və şam yandırır. Bu vaxta kimi isə çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər.
1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma - vida məclisi zamanı baş verir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olub. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər.

©️Video: YouTube 40-cı otaq

22/08/2026

2024-cü ildə Şamaxıdan yola çıxaraq Çuxuryurd, Qızmeydan və Altıağac istiqamətində Xızıya qədər getdik. 🚙🏔️

Dağların, çayların və çətin yolların içindən keçən bu marşrut bizi tamam fərqli mənzərələrlə tanış etdi.

Bəs bilirdinizmi ki, bu istiqamətdən Quba tərəfə də getmək mümkündür? 👀

15 dəqiqəlik səyahətimizi yenidən paylaşırıq. Videoya baxın və bu yolu keçənlər təəssüratlarınızı şərhlərdə bölüşün. 👇

📍 Şamaxı → Çuxuryurd → Qızmeydan → Altıağac → Xızı

Siz bu yoldan keçmisiniz?

Address

Shamakhy
AZ5600

Alerts

Be the first to know and let us send you an email when Şamaxı Ws posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share