"İpəkçi" qəzeti

"İpəkçi" qəzeti Azərbaycan ipəkçilərinin açıq tribunası. Salis Məmmədov düz 44 il bu qəzetin redaktoru olub.

“İpəkçi” qəzeti 1933-cu ildən nəşr edilir; Böyük Vətən Müharibəsi illərində – 1943-cü ildə, nəşri müvəqqəti olaraq dayandırılsa da, müharibədən sonra – 1956-cı ildə, yenidən bərpa edilib. Bu qəzet hal-hazırda respublikamızda nəşri davam edən sonuncu çoxtirajlı (sovet dövründə müəssisə qəzetləri belə adlanırdı) və yeganə fəhlə qəzetidir.
1983-cü ildə “İpəkçi” qəzeti 50 ilik yubileyi münasibəti ilə

Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. “İpəkçi”nin 60 illik yubileyi münasibəti ilə isə o vaxtkı prezident, mərhum Heydər Əliyev, şəxsən, qəzetin redaksiyasına təbrik məktubu göndərmişdir.
“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33 – 34 (1967– 68) saylı nəşrində, V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl “Azərbaycan Kommunist Partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən nadir hadisə idi.
“İpəkçi” qəzeti 1993-cü ildə o vaxtkı Mətbuat və İnformasiya Nazirliyində 177 №-li şəhadətnamə ilə qeydiyyatdan keçmişdir. Təsisçilər isə o vaxtkı Şəki “İpək” şirkəti və qəzetin o vaxtkı redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, mərhum Salis Məmmədovdur. O, 2009-cu ildə vəfat etdikdən sonra “Şəki-İpək” ASC İdarə heyəti sədrinin əmri ilə onun yerinə oğlu Aydın Məmmədov təyin edilmişdir. Qəzet 2006-cı ildən “Azərbaycan ipəkçilərinin açıq tribunası” kimi fəaliyyət göstərməkdədir. Qəzetdə “Şəki-İpək” ASC-yə, Şəkinin ictimai-siyasi həyatına, regional iqtisadi problemlərə, ipəkçiliyə və digər məsələlərə aid xəbərlər, analitik məqalələr, tənqidi yazılar və s. dərc edilir.
2011-ci idən “Şəki-İpək” ASC-nin idarə binasındakı 313-cü otaq ofis kimi istifadə edilmək üçün qəzetin redaksiyasına verilmişdir. “İpəkçi” qəzetinin redaksiyası, cəmi, 1 nəfərdən – redaktordan ibarətdir . “İpəkçi” qəzetinin nəşriyyat xərcləri bu qəzetin redaktorunun “Şəki-İpək” ASC-dən aldığı 110 manat məvacib hesabına ödənilir. “İpəkçi” qəzeti digər hər hansı maddi-texniki bazaya və kənar maliyyə mənbələrinə malik deyil, o cümlədən, KİV üçün dövlət tərəfindən ayrılan pullardan da “İpəkçi” qəzetinə hələ ki heç nə verilməmişdir.
“İpəkçi” qəzeti 2010-cu ildən A2 formatda 4 səhifədən ibarət olmaqla “Azərbaycan” nəşriyyatında çap edilir. Tirajı 500 nüsxədir, dövriliyi isə azı ayda bir dəfə nəzərdə tutulur, lakin maliyyə dəstəyinin olmaması səbəbindən son iki ildə orta hesabla ildə yalnız 8 dəfə çıxıb. Bunlardan isə bir-neçəsi “Şəkinin səsi” qəzeti ilə birləşmiş nömrələrdir. Qəzet daha çox Şəki-İpək” ASC işçilərinə pulsuz paylanılma yolu ilə yayılır.
2010-cu ildən internetdə “İpəkçi” qəzetinin saytı da fəaliyyət göstərir. Saytda həmin ildən başlamaqla qəzetin bütün saylarının PDF və Fləş/PDF variantları yerləşdirilməkdədir. NETTY–2010 və NETTY–2011 Milli İnternet Mükafatı üzrə müsabiqələrdə iştirak edən bu sayt, ilkin mərhələdə hər dəfə 15 səs alaraq “İnformasiya və xəbərlər” kateqoriyası üzrə birinci dəfə 50 sayt arasında digər bir saytla birlikdə 1 – 2-ci yerləri bölüşdürərək, ikinci dəfə isə 28 sayt arasından 2-ci yeri tutaraq nominant olmuşdur!

7 illik fasilədən sonra "İpəkçi" qəzetinin və qəzetin saytının fəaliyyəti bərpa edildi:
22/04/2025

7 illik fasilədən sonra "İpəkçi" qəzetinin və qəzetin saytının fəaliyyəti bərpa edildi:

3 mart 2025-ci il tarixdə “Şəki Ensiklopediyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin “İpəkçi” qəzeti çap mediası redaksiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib və qəzetin fəaliyyəti bərpa edilib...

Ədliyyə Nazirliyinin saytında dərc olunmuş məlumata görə nazir bu gün Şəkidə vətəndaşları qəbul etmişdir. Vətəndaşları q...
04/04/2025

Ədliyyə Nazirliyinin saytında dərc olunmuş məlumata görə nazir bu gün Şəkidə vətəndaşları qəbul etmişdir. Vətəndaşları qəbul edə bilər, amma bizdə olan məlumatlara görə ədliyyə sistemindən 10-larla şikayətçini qəbul etməkdən imtina etmişdir. Ənənələrə görə vəzifəli şəxs üzrlü səbəbdən planlaşdırılmış qəbulda iştirak edə bilmirsə, onu müavini, yaxud köməkçisi əvəz etməli idi. Nəyin bahasına olursa olsun, qəbula yazılmış bütün vətəndaşlar qəbul edilməlidirlər. Həmin gün mümkün olmursa, növbəti gün. Qəbula dəvət edilmiş vətəndaşları qəbul etməkdən imtina Prezidentin tövsiyələrinə zidd hərəkətdir və vətəndaşların dövlətə inamını sarsıdır, prezidentə etimadını heçə endirir, vətəndaş özünü ələ salınmış və hüquqsuz hesab edir. Çox təəssüflər olsun ki, Fərid Əhmədov bu gün Şəkidə belə bir hərəkətə yol verdi, ahıl yaşlı qadınlar onu qarğayaraq regional idarəni tərk etdilər. Belə yalançı qəbulları keçirməkdənsə, keçirməmək daha yaxşı olmazdımı?

https://justice.gov.az/news/3904

Sentyabrın 17-si, saat 16 radələrində Şəkidə Asan xidmətə getmişdim ki ali təhsil diplomumun surətini çıxartdırım. Notar...
19/09/2024

Sentyabrın 17-si, saat 16 radələrində Şəkidə Asan xidmətə getmişdim ki ali təhsil diplomumun surətini çıxartdırım. Notariusa təqdim etdiyim diplomda heç bir qaralama-zad yox idi. Buna baxmayaraq yalandan iddia etməyə başladılar ki, niyə diplomda iki imza var? Doğrudanmı bilmirdilər ki, diplomda iki imza olmalıdır? Dedim universitet diplomu e-gov.az-a daxil edib. Dedilər ki bizdə internet olmur. E-gov.az-ı da aça bilmirik?! Sonra yalandan dedilər ki, guya telefonla e-gov.az-a baxıblar, guya e-gov.az-da yoxdur. Əslində isə Asan xidmətə gələndə özüm yoxlamışdım ki var. Zəng elədim universitetə ki, bunu (notariusun müdirini) başa salın ki, diplomda iki imza olmalıdır və bu diplomda hər şey qaydasındadır. Əvvəl danışmaq istəməsə də sonra danışdı. Amma yenə də diplomun surətini vermək istəmirdi. Axırda soruşdu ki nə üçün istəyirsən? Dedim Medianın İnkişafı Agentliyinə təqdim edəcəyəm, media subyekti təsis etmək üçün. Bundan bir az çəkindi. Dedi sənə kopya verə bilərəm, amma bu çox şübhəlidir, gərək şəklini çəkim, bundan sonra. Üzümə kamera tutdular, guya ki bu həqiqətən də çox şübhəli bir sənəd imiş. Diplomun şəklini çəkib bu səhifəyə əlavə etdim. Zəhmət olmasa özünüz də baxın, orada şübhəli bir şey varmı? Sonradan dost-tanış dedi ki məndən pul qoparmaq üçün belə edirmiş. Hətta deyirlər ki, bunların tualetdə yerləri var. Deyirlər istəyirsənsə işin tez düzəlsin, get tualetdə filan yerə filan qədər pul qoy. Filan yerdəki zibil qabına filan qədər tulla. Qapının qabağında süpürcəki qadın var, onun xalatının cibinə filan qədər qoy və s.

Avqustun 25-də Rusiya mediasında Vanqa-oğlanın öncəgörmələri haqqında məlumatlar paylaşılıb. 12 yaşlı kor Saşa Sulin sey...
03/09/2024

Avqustun 25-də Rusiya mediasında Vanqa-oğlanın öncəgörmələri haqqında məlumatlar paylaşılıb. 12 yaşlı kor Saşa Sulin seyir ki, sentyabrın 24-də, ya 25-də Rusiyada nəsə p*s şey olacaq və bu p*s vəziyyət oktyabrın 1-dək davam edəcək. Moskva üzərində aya oxşayan işıqlı şey görünəcək, Londondakı bütün evlər dağıla bilər və s...
Vanqa-oğlanın öncəgörmələri həqiqətdirsə, bu nüvə müharibəsinin proqnozu ola bilər. Rusiyada yaşayanlar ehtiyatlı olsunlar.

Link birinci şərhdə...

Address

Z. Bünyadov/33
Sheki
557932383

Alerts

Be the first to know and let us send you an email when "İpəkçi" qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Our Story

“İpəkçi” qəzeti 13 mart 1933-cu il tarixdə “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” olaraq nəşrə başlayıb. Qəzetin ilk redaktoru Rəsul Rəsullu idi. Daha sonra - 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. İkinci dünya müharibəsi illərində - 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra - 1958-ci ildə yenidən bərpa edilib. 1958-1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965-2009-cu illərdə Salis Məmmədov olub. Salis Məmmədov 1991-ci ilin sonlarında “Azərbaycan Respublikasının Əməkdar Jurnalisti” fəxri adına layıq görülmüşdür. 2009-cu ildən etibarən isə qəzet Aydın Məmmədovun baş redaktorluğu ilə nəşr edilir.

“İpəkçi” qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (Bax: "İPƏKÇİ" QƏZETİ, №15 – 16 (1411) ŞƏNBƏ, 28 MAY 1983-cü İL (50 ilik yubiley nömrəsi)). Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti, ulu öndər Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır (Bax: Ulu öndər Heydər Əliyevin 20 il əvvəl "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni >> ).

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34-cü (1967-1968) sayında, V.İ.Lenin tərəfindən deyilmiş və sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, buna qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan qəzet “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.