Sumqayıt 24

Sumqayıt 24 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumqayıt 24, News & Media Website, Sumqayıt.

Xəbərləri bizimlə izləyin 😉

Sayt: https://sumqayit24.az/

Instagram: https://www.instagram.com/sumqayit24.az/

Telegram: https://t.me/sumqayit24_az

TikTok: https://www.tiktok.com/.az

Youtube: https:// www.youtube.com/

31/08/2026

Saray qəsəbəsində piyada keçidi ilə bağlı şikayət var.

Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, “Saray-H” MTK yaşayış kompleksinin qarşısındakı yolda piyada keçidi nişanı olsa da, bəzi sürücülər piyadalara yol vermirlər.

Sakinlər həmçinin bildiriblər ki, piyada zolağı yolda tam aydın görünmür. Xüsusilə axşam və gecə saatlarında zolağın seçilməməsi həm sürücülər, həm də piyadalar üçün çətinlik yaradır və ərazidə təhlükəli vəziyyət, o cümlədən qəza riski meydana gəlir.

Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin aradan qaldırılmasını xahiş edirlər.

30/08/2026

Sumqayıtda gecə saatlarında küçə işıqlandırılmasının təmin olunmaması ilə bağlı şikayət var.

Sumqayit24.az-a daxil olan məlumata görə, Xəzər bağları yaşayış massivinin Narlı bağ küçəsində işıq dirəkləri olsa da, onların üzərində lampalar yoxdur. Bu səbəbdən də yol boyu axşam və gecə saatlarında ərazidə qaranlıq hökm sürür.

Sakinlərin sözlərinə əsasən, mövcud vəziyyət xüsusilə yaşlılar və uşaqlar üçün problem yaradır. Həmçinin işıqlandırmanın olmaması gecə saatlarında ərazidə təhlükəsizliklə bağlı narahatlığı da artırır.

Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin həllini xahiş edirlər.

“Sumqayıt” futbol klubu növbəti oyuna hazırlaşır.“Kimyaçılar” Misli Premyer Liqasının 3-cü turunda “Qarabağ”ı qəbul edəc...
30/08/2026

“Sumqayıt” futbol klubu növbəti oyuna hazırlaşır.

“Kimyaçılar” Misli Premyer Liqasının 3-cü turunda “Qarabağ”ı qəbul edəcəklər.

Qarşılaşma 31 avqust saat 20:15-də “SOCAR Polymer Arena” stadionunda baş tutacaq.

Matç “CBC Sport” kanalında canlı yayımlanacaq.

Sumqayıtlı rəssamın kraliça ilə bağlı maraqlı hekayəsi Sumqayıtda boya-başa çatan Fəxrəddin Vəliyev qeyri-adi istedadı i...
30/08/2026

Sumqayıtlı rəssamın kraliça ilə bağlı maraqlı hekayəsi

Sumqayıtda boya-başa çatan Fəxrəddin Vəliyev qeyri-adi istedadı ilə “Ginnesin Rekordlar Kitabı”na düşən ilk azərbaycanlı kimi tarixə düşüb.

Sumqayit24.az xəbər verir ki, 25 ilini qrafika sənətinə həsr edən həmyerlimiz 2004-cü ildə cəmi 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkərək rekord müəyyənləşdirib.

Belçikada yaşayan Fəxrəddin Vəliyev müxtəlif ölkələrdə fərdi sərgilərlə çıxış edib. 1992–1995-ci illərdə Afina və İstanbulda sərgiləri təşkil olunan rəssam 2003-cü ilin dekabrında Belçikadakı “Belqium” muzeyində ölkənin kraliçasının portretini də çəkib. Kraliça daha sonra ona məktub göndərərək təşəkkürünü bildirib.

Sumqayıtlı rəssam Azərbaycanı Belçikada tanıtmaq istiqamətində də fəaliyyət göstərir. Hazırda o, bu ölkədə fəaliyyət göstərən Avropa–Azərbaycan Diaspor Mərkəzinin vitse-prezidentidir.

29/08/2026

Amerikada kabab çəkən Sumqayıt uşaqları həmyerlilərimizə belə salam göndərdilər

Video: Esmin_in_USA

29/08/2026

Sumqayıtda “Coca-Cola ilə Xəzər Yay Festivalı” adlı konsert tədbiri başlayıb

Hazırda şəhər sakinləri Dövlət Dram Teatrının qarşısında keçirilən konsertdə iştirak edirlər.

Sumqayıt şəhərində yaşayış komplekslərindən birindəki mövcud vəziyyətlə bağlı şikayət var. Sumqyait24.az-a bu barədə yer...
29/08/2026

Sumqayıt şəhərində yaşayış komplekslərindən birindəki mövcud vəziyyətlə bağlı şikayət var.

Sumqyait24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, 6-cı mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin binalarında müxtəlif problemlər mövcuddur.

Bildirilib ki, binalardan birində liftlərin sensoru düzgün fəaliyyət göstərmir. Belə ki, düyməyə basıldıqda liftin qapısı ya açılmır, ya da gec açılır.

Sakinlərin məlumatına əsasən, binaların giriş qapıları və domofonları da işləmir. Onların sözlərinə görə, bu səbəbdən binalara giriş-çıxış nəzarətsiz vəziyyətdədir.

Şikayətçilər binaların birində giriş qapısının üzərində yerləşən pəncərənin də sındığını qeyd ediblər. Onların sözlərinə əsasən, pəncərənin bu vəziyyətdə qalması təhlükə yaradır və istənilən an kiminsə üzərinə düşə bilər.

Bundan əlavə, yaşayış kompleksinin ərazisində yerləşən şlaqbaumun aylardır yerdə olduğu və təmir edilmədiyi bildirilir. Bu cür vəziyyətin isə maşınların giriş-çıxışında problem yaratdığı qeyd olunub.

Bir sözlə, vətəndaşlar ödədikləri komendant haqqının qarşılığında xidmətlərin lazımi səviyyədə göstərilməməsindən narazılıqlarını ifadə ediblər.

“30 manat komendant pulu veririk. Komendant haqqı nə üçündür? Sadəcə binanın silinməsi üçün?”, – sakinlər narazılığını bildirib.

Vətəndaşlar yaranmış problemlərin aradan qaldırılması və yaşayış kompleksində təhlükəsizliyin təmin olunmasını istəyirlər.

Sumqayıt Dövlət Universitetinin (SDU) məzunu Xankəndidə müəllim kimi fəaliyyət göstərəcək. Bu barədə universitetin sosia...
29/08/2026

Sumqayıt Dövlət Universitetinin (SDU) məzunu Xankəndidə müəllim kimi fəaliyyət göstərəcək.

Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, SDU-nun Filologiya fakültəsinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə 2024-cü il məzunu Günel Əliyeva Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialında müəllim kimi fəaliyyət göstərəcək.

29/08/2026

Sumqayıtda çörəkdən taxta qırıntılarının çıxdığı iddia olunur.

Bu barədə Sumqayit24.az-a sakin məlumat verib.

Vətəndaşın iddiasına görə, aldığı qara çörəyin içərisindən xırda taxta qırıntıları çıxıb. Bu hal onun və ailə üzvlərinin narahatlığına səbəb olub.

“Çörəyin içində xırda-xırda taxta hissələridir. Bu, kiminsə boğazında qalsa, kim cavab verəcək?”, - deyə vətəndaş narahatlığını ifadə edib.

Bildirilib ki, çörəyin paketinin üzərində istehsalçı müəssisə kimi “Sumqayıt Çörək Zavodu” qeyd olunub.

Məsələ ilə bağlı aidiyyəti quruma və sözügedən müəssisəyə sorğu ünvanlanıb.

🥀Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür.Sirac Abışov 29 avqust 1989-cu ildə Qubadlı şəhərində anadan olub. ...
29/08/2026

🥀Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür.

Sirac Abışov 29 avqust 1989-cu ildə Qubadlı şəhərində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb və Sumqayıt şəhərində yaşamağa başlayıb.

1996-2007-ci illərdə Sumqayıt şəhəri 40 nömrəli məktəbdə təhsil alıb. Sonra Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olub, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirib.

Media sahəsinə olan marağı onu 2010-cu ildə "Azərbaycan Dövlət Televiziyası və Radiosu" QSC-yə gətirir. Bir müddət "Yurd TV"də, 2020-ci ilin noyabr ayından isə Xüsusi Çəkiliş Qrupunun tərkibində ordumuzun nəzarətinə keçən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı, və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər edib.

4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İyunun 5-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyev Sərəncamına əsasən, şəhidimiz ölümündən sonra "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

***

Bu gün həmçinin sumqayıtlı şəhidimiz Eltun Əliyevin də doğum günüdür.

Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. O, 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə - ön xətdə baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulub.

Eltun Əliyev 44 günlük Vətən Müharibəsində iştirak edib. O, ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Oktyabrın 16-da Suqovuşanda düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Eltun Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları, III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Address

Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt 24:

Shortcuts

Share