03/09/2026
Sumqayıtda sürücüləri çaşdıran işıqforla bağlı operativ tədbir görüldü!
Sumqayıt şəhərinin Sülh prospektində yerləşən işıqforda qeydə alınan nasazlıq bərpa edilib.
Hərəkəti qadağan edən qırmızı işıqla yanaşı, düzünə, sağa və sola icazə verən yaşıl işığın eyni vaxtda yanması sürüclər arasında ciddi çaşqınlığa və müzakirələrə səbəb olmuşdu.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev oxu.az-a bildirib ki, sözügedən ünvandakı işıqforda qısaqapanma səbəbindən problem yaranıb. Əraziyə baxış keçirilib, zəruri texniki bərpa işləri aparılıb və işıqfor hazırda tam işlək vəziyyətə gətirilib.
Gündəmdən xəbərdar olmaq və Sumqayıtdakı ən son yenilikləri izləmək üçün səhifəmizi bəyənməyi və paylaşmağı unutmayın!