
01/12/2022
📖 Bu günə sizə Çiçək Bayramlının "Dağlarda ada" adlı fotokitabını təqdim etmək istəyirəm. Kitab Azərbaycanın ən ucqar kəndlərindən Qubanın Xınalıq kəndindən bəhs edir. Tbilisi Multimedia və Fotoqrafiya Muzeyinin dəstəyilə ərsəyə gələn layihə 5 min ildən çox yaşı olan kəndin müasir əhalisinin gündəlik həyatına fokuslanıb. Kitabda rəngarəng divarların, unikal interyer dizaynın kənd əhalisi ilə qarşılıqlı əlaqəsini, uşaqların, yetkinlərin və yaşlıların gündəlik həyatını, adətini, çətinlik və əyləncələrini "oxuya" biləcəksiniz.
➡️ Kitabı əldə etmək üçün SFE Editions ilə əlaqə saxlaya bilərsiniz.