Sumqayıt Rəsmi Səhifə

Sumqayıt Rəsmi Səhifə Sumqayıt şəhərinin Facebook-da ən böyük səhifəsi Sumqayıt şəhər ərazi dairəsinin əhalisi
Məntəqə Sayı, 2009 s.a.
(289)

Sumqayıt — Bakıdan sonra Xəzər dənizi sahillərində yerləşən ən böyük şəhər. 22 noyabr 1949-cu ildən respublika tabeli şəhərdir. Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, sülh şəhəri, kimyaçılar şəhəri, komsomol şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır. cəmi 309 446
Sumqayıt şəhəri 276 061
Hacı Zeynalabdin qəsəbəsi 20 674
Corat qəsəbəsi 12 711

https://www.facebook.com/share/p/1DBuxo7ozY/?mibextid=wwXIfr
29/09/2026

https://www.facebook.com/share/p/1DBuxo7ozY/?mibextid=wwXIfr

Azərbaycan iqtisadiyyatı yeni mərhələdə

Azərbaycan iqtisadiyyatının son illərdə formalaşdırdığı makroiqtisadi dayanıqlılıq qarşıdakı dövr üçün yeni inkişaf imkanları yaradır. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlər göstərir ki, artıq əsas hədəf yalnız iqtisadi artım tempinin qorunması deyil, bu artımın mənbələrinin genişləndirilməsi və uzunmüddətli dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır. Son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın investisiya imkanlarının miqyasını göstərən mühüm göstəricidir. İqtisadçı baxımından burada xüsusi əhəmiyyət daşıyan məqam odur ki, ölkə artıq yalnız kapital cəlb edən bazar kimi deyil, müxtəlif istiqamətlərdə yeni investisiya layihələri təklif edə bilən iqtisadi platforma kimi çıxış etməyə çalışır.

Bu mərhələdə əsas iqtisadi vəzifələrdən biri neft-qaz gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunda daha güclü və rəqabətqabiliyyətli istehsal bazasının yaradılmasıdır. Hazırda ÜDM-in 70 faizindən çoxunun qeyri-neft sektorunda formalaşması iqtisadiyyatın strukturunda baş vermiş mühüm dəyişikliyi göstərir. Bununla yanaşı, ixracın 90 faizindən çoxunun hələ də neft və qazın payına düşməsi qarşıdakı dövrün əsas çağırışlarından birini ortaya qoyur. Başqa sözlə, ÜDM səviyyəsində əldə edilən şaxələndirmənin ixrac strukturunda da təmin olunmasına ehtiyac var. Fikrimcə, növbəti mərhələdə iqtisadi siyasətin effektivliyini müəyyənləşdirən əsas göstəricilərdən biri məhz qeyri-neft məhsul və xidmətlərinin ümumi ixracda payının nə dərəcədə artması olacaq. Bu baxımdan mədənçilik, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, logistika və enerji kimi istiqamətlər yeni ixrac gəlirlərinin formalaşdırılması baxımından mühüm potensiala malikdir.

Yeni iqtisadi modeldə enerji sektoru xüsusi yer tutur. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat həcmində qiymətləndirilən bərpaolunan enerji potensialı, quruda həyata keçirilən Günəş və külək layihələri, enerjisaxlanc sistemlərinin yaradılması və yeni ötürücü xətlərin planlaşdırılması bu sahənin gələcək iqtisadi əhəmiyyətini artırır. Burada məsələ yalnız elektrik enerjisinin istehsalının artırılmasından ibarət deyil. Bərpaolunan mənbələr hesabına daxili elektrik istehsalında təbii qaz sərfiyyatının azaldılması həmin qazın ixraca yönəldilməsi üçün əlavə imkan yarada bilər. Digər tərəfdən, əlavə elektrik enerjisi rəqəmsal iqtisadiyyat, süni intellekt infrastrukturu və data mərkəzləri kimi yüksək əlavə dəyər yaradan sahələrin inkişafını stimullaşdıra bilər. Azərbaycan–Gürcüstan–Rumıniya istiqamətində nəzərdə tutulan 4 giqavatlıq Qara dəniz elektrik kabeli və Mərkəzi Asiya ilə Xəzər üzərindən enerji bağlantısının yaradılması isə enerji sektorunun gələcəkdə həm ixrac, həm də tranzit gəlirləri formalaşdırmaq imkanlarını genişləndirə bilər.

İqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsi nəqliyyat və logistika sektorudur. Azərbaycan son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük həcmdə investisiya yatırmaqla tranzit imkanlarının genişləndirilməsi üçün fiziki baza yaradıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi, liman infrastrukturunun genişləndirilməsi və ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşməsi iqtisadi baxımdan mühüm üstünlüklərdir. Prezidentin açıqladığı göstəricilərə əsasən, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatması, 2030-cu il üçün isə 25 milyon ton və daha yüksək səviyyənin hədəflənməsi logistikanın ayrıca gəlir gətirən iqtisadi sektora çevrilməsi perspektivini göstərir. Burada növbəti mərhələnin əsas məsələsi yalnız tranzit həcmini artırmaq deyil, daşımalar ətrafında logistika mərkəzləri, anbar təsərrüfatı, emal, rəqəmsal gömrük və digər əlavə dəyər yaradan xidmətlər şəbəkəsini genişləndirmək olmalıdır.

İnvestisiya qərarlarının qəbulunda makroiqtisadi göstəricilər də mühüm rol oynayır. Dövlət borcunun ÜDM-ə nisbətinin təxminən 20 faiz səviyyəsində olması, xarici borcun ÜDM-in 5,6 faizini təşkil etməsi və valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlılığı baxımından diqqətçəkən göstəricilərdir. Manatın ABŞ dollarına münasibətdə məzənnəsinin 2017-ci ilin aprelindən 1,7 səviyyəsində qalması da uzunmüddətli investisiya layihələri üçün valyuta risklərinin qiymətləndirilməsində nəzərə alınan amillərdəndir. İqtisadçı mövqeyindən hesab edirəm ki, Azərbaycanın üstünlüklərindən biri məhz enerji və maliyyə resurslarının infrastruktur imkanları ilə eyni vaxtda mövcud olmasıdır. Lakin növbəti mərhələdə kapitalın sadəcə iqtisadiyyata daxil olması deyil, onun məhsuldarlığı artıran, texnologiya gətirən, yeni ixrac bazarları yaradan və insan kapitalının inkişafını təmin edən layihələrə yönəlməsi daha böyük əhəmiyyət daşıyacaq.

Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafında keyfiyyətcə yeni mərhələnin əsas konturlarını müəyyənləşdirir. Neft və qaz yaxın perspektivdə ölkənin əsas gəlir və investisiya mənbələrindən biri olaraq qalacaq, lakin həmin gəlirlərin bərpaolunan enerji, logistika, mədənçilik, rəqəmsal texnologiyalar, süni intellekt, kənd təsərrüfatı və insan kapitalına yönəldilməsi iqtisadiyyatın gələcək strukturunu formalaşdıracaq. Bu baxımdan qarşıda duran əsas məqsəd neft gəlirlərindən imtina etmək deyil, həmin gəlirləri yeni gəlir mənbələrinin yaradılmasına çevirməkdir. Məncə, uzunmüddətli perspektivdə iqtisadi şaxələndirmənin real nəticəsi də məhz bununla ölçüləcək: Azərbaycan iqtisadiyyatı enerji resurslarından əldə etdiyi kapitalı nə dərəcədə texnologiyaya, yüksək əlavə dəyər yaradan istehsala, tranzit imkanlarına və rəqabətqabiliyyətli qeyri-neft ixracına çevirə biləcək. Prezident İlham Əliyevin İnvestisiya Forumunda açıqladığı iqtisadi prioritetlər bu keçidin əsas istiqamətlərini müəyyənləşdirir.

Şəfa Əliyev, professor, iqtisad elmləri doktoru

🏠 SUMQAYITDA 2 OTAQLI (3-ə düzəldilib) TƏMİRLİ MƏNZİL SATILIR!📍 17-ci mikrorayon9 mərtəbəli binanın 1-ci mərtəbəsində, y...
01/09/2026

🏠 SUMQAYITDA 2 OTAQLI (3-ə düzəldilib) TƏMİRLİ MƏNZİL SATILIR!

📍 17-ci mikrorayon

9 mərtəbəli binanın 1-ci mərtəbəsində, yerdən hündür yerləşən, 2 otaqdan 3 otağa düzəldilmiş təmirli mənzil satılır.

✨ Mənzilin üstünlükləri:
🔹 2 aynabəndi var
🔹 Hər iki aynabənddə su və qaz xətti mövcuddur
🔹 Mətbəx aynabəndə keçirilib
🔹 Mənzil təmirlidir
🔹 Dövlət istilik sistemi mövcuddur – qış aylarında istiliklə bağlı problem yaşanmır
🔹 Ailə üçün əlverişli və rahat planlaşdırma

📌 Əlverişli yerləşmə:
Mənzil TTEL-in, 4 nömrəli məktəbin və 39 nömrəli məktəbin yaxınlığındadır. Ərazidən əsas marşrut xətləri keçir. Məktəb, nəqliyyat və gündəlik tələbat obyektlərinə rahat çıxış imkanı var.

🏠 SUMQAYITDA 2 OTAQLI (3-ə düzəldilib) TƏMİRLİ MƏNZİL SATILIR! 📍 17-ci mikrorayon 9 mərtəbəli binanın 1-ci mərtəbəsində, yerdən hündür yerləşən, 2 otaqdan 3 otağa düzəldilmiş təmirli mənzil satılır. ✨ Mənzilin üstünlükləri: 🔹 2 aynabəndi var 🔹 Hər i...

07/08/2026

"Ailə Məktəbi" – ailə dəyərlərini, sağlam həyat tərzini və cəmiyyətimizin mənəvi sütunlarını ön plana çıxaran yeni sosial platformadır.

Bu layihədə müxtəlif peşə sahibləri ailə mövzusu ətrafında bir araya gələrək həyat təcrübələrini, peşəkar biliklərini və dəyərli fikirlərini tamaşaçılarla bölüşəcəklər.

Səmimi söhbətlər, faydalı tövsiyələr və ilhamverici həyat hekayələri ilə zəngin olan "Ailə Məktəbi" çox yaxında sizinlə görüşəcək.

28/07/2026

"Peşəkar Rəy" layihəsinin ilk buraxılışında psixoloq Sevinc Baxışov...

20/07/2026

Sumqayıt şəhərində fəaliyyət göstərən "Cahangir-2020 Lor Center" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub.
Məlumata görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb.
Yoxlama zamanı Sumqayıt şəhəri, H.Əliyev prospekti, 208E ünvanında yerləşən "Cahangir-2020 Lor Center" MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Söhbət oğlu Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib.
MMC-nin nümayəndəsi Cahangir İsmayılov bildirib ki, özəl klinika işlədir və oranın bəlli sayda həkimi var.
"Nurlan adlı həkim 2021-ci ildə təhsilini bitirib. Həkimlər 5 ildən bir sertifkasiya olmalıdır. Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə gediblər. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlana ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir. Buna baxmayaraq daha sonra yenidən Nurlanı sertifikasiyadan keçirilməyə göndərdik. Yenə onu geri qaytardılar. Təxminən 20-30 dəfə nazirliklə telefon əlaqəsi saxladıq. Bizim yeganə səhvimiz sertifikasiyadan keçməyən işçini işlətmək olub", - MMC-nin nümayəndəsi bildirib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6 min manat cərimə edilib.
Mənbə: Teleqraf.аz

Böyük futbolun Sumqayıta gəlişi: "Metallurq"dan başlayan tarixHazırda əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəh...
07/07/2026

Böyük futbolun Sumqayıta gəlişi: "Metallurq"dan başlayan tarix

Hazırda əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəhəri olan Sumqayıt hələ sovet dönəmindən SSRİ çempionatlarında komanda ilə təmsil olunub. Peşəkar futbol bu şəhərə ötən əsrin 50-ci illərinin sonunda ayaq açıb. 1960-cı ildə isə "Metallurq” komandası Sumqayıtı SSRİ çempionatının B dəstəsində təmsil edib. Daha sonra Sumqayıtı Ümumittifaq birinciliyində “Temp” (1961), “Kimyaçı” (1963), “Polad” (1965-70, 1973), “Xəzər” (1974, 1975, 1988-1991) və “Şəfəq” (1987) komandaları təmsil edib. “Temp” (1961) və “Polad” (1965/ 1966-1970) həmçinin SSRİ kuboku uğrunda da mübarizə aparıblar.

Nailiyyətlərə gəlincə, “Polad” 1967-ci ildə B dəstəsinin 3-cü zonasının, “Xəzər” isə 1991-ci ildə ikinci liqanın Azərbaycan zonasının qalibi adını qazanıb.

Bu komandaların hamısı ayrı-ayrı adlar altında çıxış etsə də, əslində, elə bir klub idi. Sadəcə, sovet dönəmində yerli zavodların himayə etdiyi komanda sponsor dəyişdikcə, adını da dəyişirdi. Məsələn, 60-cı illərin əvvəlində komandanın "Metallurq” adlanmasına səbəb, məhz yerli metallurq zavodunun komandanı himayə etməsi idi.
Sovet dövründə Sumqayıt komandaları Respublika miqyasında da bəzi uğurlara imza atıblar. Məsələn, AzTZ (Azərbaycan Boru Prokat Zavodu) komandası 1960-cı ildə Azərbaycan SSRİ kubokunun qalibi olub, “Polad” və “Xəzər” isə müvafiq olaraq, 1964-cü və 1985-ci illərdə Azərbaycan SSRİ çempionu adını qazanıblar.
Müstəqil Azərbaycanın milli çempionatının yüksək liqasında Sumqayıtı “Xəzər”, “Sumqayıt”, “Kimyaçı”, “Gənclərbirliyi” və “Standard” klubları təmsil ediblər. Adları çəkilən komandalarda ən yüksək göstəriciyə isə ardıcıl iki mövsüm – 1992 və 1993-cü illərdə vitse-çempion olan “Xəzər” komandası imza atıb. Bu adlardan yerli azarkeşlər tərəfindən doğma kimi qəbul edilən isə "Xəzər” oldu. Hələ indi də Sumqayıt futbolu deyildikdə, ağıla ilk olaraq "Xəzər” komandası gəlir.

2010-cu ildən isə Sumqayıt şəhərini eyni adlı klub təmsil edir.

Uzun illər Sumqayıt şəhər icra başçısının müavini olmuş Seyfəddin Rəhimov dünyasını dəyişib.Sabiq icra məmuru 77 yaşında...
06/07/2026

Uzun illər Sumqayıt şəhər icra başçısının müavini olmuş Seyfəddin Rəhimov dünyasını dəyişib.

Sabiq icra məmuru 77 yaşında vəfat edib.

Qeyd edək ki, Seyfəddin Rəhimovun şəhərin ictimai-siyasi həyatında mühüm rolu olub. (unikal.az)

17/04/2026

Sumqayıtda işdən çıxarılan idarə rəisinin mülkləri - Siyahı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifədən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı

16/04/2026

Sumqayıtda Okean şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT) Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində, Dəmiryol vağzalının yaxınlığında fəaliyyət göstərən Okean şadlıq

Address

Səməd Vurğun Küçəsi 317b
Sumqayıt
AZ5000

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Rəsmi Səhifə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt Rəsmi Səhifə:

Shortcuts

Share