Tarixi Dəyiş

Tarixi Dəyiş Tarixi dəyiş səhifəsi tarixi, elmi, dini, ədəbi, siyasi, sosial məlumatlar paylaşım platformasıdır.

29/01/2025

Bakıdan Ağstafaya gedən qatar Yevlaxda işıqforun qırmızı işığının yanılı qalmasına görə 1 saatdan çox yubanıb.

Məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.

ADY bildirir ki, nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

29/01/2025

Rusiyada televiziya kanallarının müəllif hüquqları ilə bağlı "YouTube"dan tələb etdiyi kompensasiyanın ümumi məbləği 25.700.000.000.000.000.000.000.000 (25,7 septilyon) dollara çatıb

29/01/2025

ABŞ-a məxsus F-35A döyüş təyyarəsi Alyaskada bazanın uçuş zolağı yaxınlığında qəzaya uğrayıb. Pilot təhlükəsiz şəkildə təyyarədən çıxa bilib.

F-35A qiyməti 82 milyon dollardır.

2018-ci ildən bəri F-35 qəzalarının sayı 10-a çatıb.

İtaliya prokurorları Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandirinin İta...
28/01/2025

İtaliya prokurorları Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandirinin İtaliyada saxlanması və sonradan sərbəst buraxılması ilə əlaqədar İtaliyanın baş naziri Giorgia Meloni barəsində araşdırmalara başlayıb.

APA xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni və onun kabinetinin bir çox üzvü haqqında istintaq başladılıb.

İtaliya prokurorları BCM tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandiri Usama Elmasri Njeemin saxlanılması və sonradan azad edilməsi ilə bağlı baş nazir Meloni, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Piantedosi və Nazirlər Kabinetinin katibi Alfredo Mantovoya qarşı istintaq başladılması ilə bağlı göstəriş verib.

28/01/2025

AYNA: Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti çəkiləcək

Mehdiabad və “Sea Breeze” əraziləridə tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

AYNA: “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin".

28/01/2025

Yadigar Sadigli yazır ...
----------------------------------
Vladimir Putin komada olan Tiqran Keosayana Rusiyanın əməkdar artisti adı verib. Yəqin gedər ayaqda könlünü xoş etmək istəyib.

Vaqif Səmədoğlunun danışdığı bir əhvalatı xatırladım. Adları çəkmişdi, yadımda qalmayıb.

Sovet dövründə bir qələm adamı ağır xəstələnir. Yusif Səmədoğlu və daha iki nəfər gedirlər Mərkəzi Komitəyə, fəxri adlar işinə baxan adamın qəbuluna. Əhvalatı danışırlar, deyirlər, neçə ildir külünc çalır, bir fəxri adı yoxdur, gedər ayaqda könlünü xoş etmək yaxşı olardı. Həmin adam da anlayışla qarşılayır. Bir neçə gündən sonra fəxri ad verilir. Amma xəstə qələm sahibi ölmür, sağalıb qalxır ayağa.

Bir müddət sonra oxşar hadisə baş verir, başqa bir adamla bağlı. Yenə Yusif Səmədoğlu və iki nəfər gedirlər MK-ya. Əhvalatı danışırlar, MK işçisi qayıdır ki, yoldaşlar, belə olmaz, keçən dəfə də gəlib dediniz ölür, fəxri ad verdik, amma ölmədi, siz partiyanı aldadırsınız.

Görək Keosayan nə edəcək.

Zaur Aliyev yazır...----------------------------Türkiyə hakimiyyəti Bolu Kartalakayada yanan otellə bağlı 19 nəfəri həbs...
28/01/2025

Zaur Aliyev yazır...
----------------------------
Türkiyə hakimiyyəti Bolu Kartalakayada yanan otellə bağlı 19 nəfəri həbs edib. “Karar” qəzeti yazır ki, iş adamı ölümlərdə aşpaz, mətbəx işçiləri, elektrik və mühafizəçilərin günahkar olduğunu bildirib. Bəziləri yazır ki, guya Fövqaladə hallar işçiləri gec gəlib, bəziləri yazır ki, otel tikilən zaman onun yanğından mühafizə sisteminə diqqət verilməyib və sairə. Bu məlumatları oxuyanda yadıma Kolumbiyada baş verən vulkanın qurbanı Omayra Sançez düşür.

Omayra Sançez - kameralar qarşısında ölən uşaq kimi tarixə düşüb.

Aşağıda gördüyünüz fotoşəkil "Omayra Sançezin əzabları" adlanır.

Hər şey 1985-ci il noyabrın 13-də Kolumbiyanın Armero şəhəri yaxınlığında Nevado del Ruiz vulkanının püskürməsi ilə başladı.

Kraterdən axan lava dağ buzlağına dəydi və dərhal ərimiş buz və vulkanik küldən əmələ gələn sel axınları çay vadilərinə töküldü. Yüksək sürətlə (saniyədə 6 metr) hərəkət edən ilk dalğa yoluna çıxan Armero şəhərinin çox hissəsini tutdu.

Fəlakət baş verən gecə 13 yaşlı Omayra Sançes uzun müddət beton döşəmə plitələri altında qaldığına görə yuxarıdan görünmədiyindən onu tapmaq mümkün olmayıb. Omayraya çatan xilasedicilər plitələri yerindən tərpətməyə müvəffəq olublar, onu azad etmək istəyəndə onun ayaqlarının dağıntılar altında qaldığı məlum olub.

Uşağa yemək verildi, suyun içində qoluna sistem qoşdular, dərman verdilər, lakin onu xilas etmək mümkün olmurdu. Qız üç gecə əzab çəkdi. Qız çox qorxurdu, tez-tez dua edir və ağlayırdı. Üçüncü gecə Ömayra hallüsinasiya görməyə başladı, dərsə gecikməkdən qorxduğunu söyləməyə başladı və ətrafdakılardan gedib dincəlmələrini istədi. Omayra 60 saat suda qaldı və ehtimal ki, qanqren və ya hipotermiyadan öldü.

Ölümündən iki saat əvvəl suyu çıxarmaq üçün nasos gətirilsə də, onun nasaz olduğu üzə çıxıb. Cəmi dörd saat ərzində 18 nasos gətirildi. Lakin heç biri işləmədi. Qız isə əzablar çəkirdi onlar nasaz nasoslar üzərində işləyən zaman.

Media vasitəsilə geniş şəkildə işıqlandırılan Omayranın ölümü Armero fəlakətinin faciəvi təbiətinin simvoluna çevrildi və məmurların səhlənkarılığını bütün dünya gördü.

Ölkədə baş verən ittihamlara cavab olaraq xilasedicilər qeyd ediblər ki, hətta adi əşyaların da çatışmazlığı var: kürəklər, xərəyələr, kəsici alətlər. Onlar xilasetmə işlərinin zəif təşkilinə bu işdə məsul olan rəhbərliyin xilasedicilərin işlərinə mane olduğunu bildiriblər.

Hər iki hadisədə və digər belə hallarda günahkar oteli işlədənlər, xilasedicilər və digərləri ittiham edilir, günahkar olurlar. Bizdə də hər zaman qurban olan JEK müdiri kimi....

Lakin heç kim bu işə məsul olan məmurlara söz demirlər. Hakimiyyətdə kreslolarda əyləşənlər hər zamankı kimi "Günasız" olurlar.

28/01/2025

Azərbaycanın dövlət borcu açıqlanıb.

Xarici dövlət borcu arı 8 milyard 772 milyon manat;

Daxili dövlət borcu 18 milyard 659,7 milyon manat

28/01/2025

Sabah Azərbaycanda iş OLMAYACAQ

29 yanvar 2025-ci il tarixdə bələdiyyə seçkiləri keçiriləcək.

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

28/01/2025

Ötən il Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul xərclənib.

28/01/2025

Quş qripi xəstəliyinə görə Yunanıstan, Polşa, Nigeriya və İngiltərənin bəzi ərazilərindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsi qadağan edilib.

Dörd ölkə lideri qeyri-rəsmi şəraitdə regional əməkdaşlıq məsələlərini müzakirə edib. Sadə masa tərtibatı skandinav həya...
28/01/2025

Dörd ölkə lideri qeyri-rəsmi şəraitdə regional əməkdaşlıq məsələlərini müzakirə edib. Sadə masa tərtibatı skandinav həyat tərzinin təvazökarlığını əks etdirib.

Address

Suraxanı

Website

Alerts

Be the first to know and let us send you an email when Tarixi Dəyiş posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tarixi Dəyiş:

Share