Qerb.info

Qerb.info Ən Dəqiq və ən Qərəzsiz xəbərin yeganə ünvanı.

29/11/2022
08/09/2022

Futbolun İnkişaf Fondu və "Turan Tovuz" PFK “Turan 100k” layihəsini təqdim edir!
www.turan100k.az

Futbolun İnkişaf Fondu 2022/2023-cü illər mövsümündən etibarən Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya əldə edən “Turan Tovuz” Futbol Klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Turan 100k” layihəsini ərsəyə gətirib. Layihə "Turan Tovuz" PFK üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır.

Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən əldə etdiyiniz piksellərə öz şəklinizi yerləşdirə bilərsiniz. İanəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.

Mövsümü biletlərimiz satışa çıxır. Limitli sayda olacaq bileti əldə edənlərə xüsusi hədiyyələr də təqdim olunacaq. Maksi...
22/07/2022

Mövsümü biletlərimiz satışa çıxır. Limitli sayda olacaq bileti əldə edənlərə xüsusi hədiyyələr də təqdim olunacaq. Maksimum paylaşaq ki, hər kəs xəbərdar olsun!
Yeni tarixi birlikdə yazaq!

Futbolun İnkişaf Fondu və “Turan Tovuz” Futbol Klubu 2022/2023-cü illər mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edir.
500 ədəd satışa çıxacaq biletin birinin qiyməti 59 AZN təşkil edir. Bu biletləri əldə edərək, siz stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilərsiniz. Mövsümi bilet əldə edən şəxsə klubun atributları da təqdim olunacaq.
Biletləri əldə etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçin və ya +994 51 233 56 55 nömrəsi ilə əlaqə saxlayın.

https://bit.ly/3cDsPl2

#2022

Suleyman Tağıyev düşündüklərini reallaşdırsa "TURAN" bu mövsüm Premyer Liqanın ən rəngli, özəl komandalarından biri olac...
15/06/2022

Suleyman Tağıyev düşündüklərini reallaşdırsa "TURAN" bu mövsüm Premyer Liqanın ən rəngli, özəl komandalarından biri olacaq. Bu yolda ilk böyük addım sabah baş tutacaq tədbirdir. Hamımız stadionda olaq, əziz tovuzlular ! Buna laiq olduğumuzu göstərək.

Address

Azərbaycan
Tovuz
6001

Alerts

Be the first to know and let us send you an email when Qerb.info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share