İMahammad Digital

  • Home
  • İMahammad Digital

İMahammad Digital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İMahammad Digital, Digital creator, .

Google deyir: Ekspert ol, nüfuzlu ol, etibarlı ol.Yoxsa SERP səni görməyəcək.2018-ci ildən bəri E-A-T (Expertise, Author...
02/06/2025

Google deyir: Ekspert ol, nüfuzlu ol, etibarlı ol.
Yoxsa SERP səni görməyəcək.

2018-ci ildən bəri E-A-T (Expertise, Authoritativeness, Trustworthiness) SEO-nun görünməyən, amma həlledici oyunu oldu. İndi Google təkcə “nə yazılıb?” sualına baxmır. O soruşur: "Bunu kim deyir?"

Xüsusilə YMYL (Your Money or Your Life) kateqoriyasında tibbi, maliyyə, hüquqi və digər kritik sahələrdə, E-A-T olmayan saytlar rank düşməsi yaşayır.

Nəticə?
- Axtarışdan gələn trafik itir
- İstifadəçinin etibarı sarsılır
- Potensial müştərilər əldən çıxır

Əgər saytınız real insanlara ciddi təsir edə biləcək mövzulardan yazırsa, amma müəllif, mənbə və etibarlılıq siqnalları zəifdirsə, Google sizi "şübhəli mənbə" kimi görür.

Bunun həlli yolu isə aşağıdakılardı:
- Ekspert məzmun yaradın
- Müəllif profillərini göstərin
- Saytda şəffaflıq və etibar inşa edin
- Sizi tanıyan, güvənən auditoriya formalaşdırın

E-A-T sadəcə bir SEO trendi deyil. Bu, etibar oyunudur.
Əgər siz də bu oyunda qalib gəlmək istəyirsinizsə, gəlin saytınızı Google-a etibarlı göstərəcək strategiyanı birlikdə quraq.

SEO və App Deep Linklər: Təcrübəni bir addım önə daşıyınWeb saytınızın URL-lərini mobil tətbiqin müvafiq səhifələrinə ba...
21/05/2025

SEO və App Deep Linklər: Təcrübəni bir addım önə daşıyın

Web saytınızın URL-lərini mobil tətbiqin müvafiq səhifələrinə bağlamaq, yəni deep linking - istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Google Search bu linkləri indeksləmə və sıralama üçün deyil, sadəcə istifadəçiləri daha sürətli və düzgün yönləndirmək üçün istifadə edir. Bu o deməkdir ki, SEO baxımından əsas hələ də saytınızın veb səhifələrinin məzmunudur.

Yaddan çıxarmayın:
- Deep linklər yalnız tətbiq səhifəsi ilə veb səhifə eyni məzmuna sahib olduqda əlavə olunmalıdır.
- Dizayn fərqləri problem deyil, əsas məsələ məzmunun uyğunluğudur.
- Android üçün tətbiq link performansını Search Console üzərindən izləyə bilərsiniz.

Mobil və SEO strategiyalarınızı birləşdirin, istifadəçiləriniz sizə təşəkkür edəcək.

E-ticarət saytları üçün daha sürətli indekslənmə dövrü başlayırE-ticarətlə məşğulsunuzsa, məhsul yeniliklərinin və rekla...
20/05/2025

E-ticarət saytları üçün daha sürətli indekslənmə dövrü başlayır

E-ticarətlə məşğulsunuzsa, məhsul yeniliklərinin və reklam məlumatlarının axtarış sistemlərində sürətlə yenilənməsi sizin üçün böyük üstünlükdür. Microsoftun təqdim etdiyi IndexNow protokolu bu işi xeyli asanlaşdırır.

Artıq Amazon və Shopify platformaları da IndexNow-a keçid edib. Bu o deməkdir ki:

Yeni məhsullar, qiymət dəyişiklikləri və stok məlumatları real vaxtda axtarış sistemlərinə ötürülə bilər.

Structured data (məsələn: price, availability, gtin) istifadə olunarsa, həm orqanik nəticələrdə, həm də alış-veriş reklamlarında məhsul məlumatlarınız daha tez və düzgün göstəriləcək.

Shopify üçün bu artıq avtomatikdir. Öz platformanız varsa, schema.org strukturlarını və IndexNow protokolunu aktiv etməniz kifayətdir.

Nəticə: Texniki olaraq sadə, təsiri isə böyükdür. Bing və digər axtarış sistemlərində daha çevik görünmək üçün IndexNow-a keçid edin.

Google axtarışında yeni dövr: "Süni intellekt Modu" artıq sənədlərdə!Googlenun rəsmi sənədlərinə əsasən, "robots meta" e...
16/05/2025

Google axtarışında yeni dövr: "Süni intellekt Modu" artıq sənədlərdə!

Googlenun rəsmi sənədlərinə əsasən, "robots meta" etiketi, data-nosnippet və X-Robots-Tag spesifikasiyalarına artıq "Süni intellekt modu" ilə bağlı məlumat əlavə olunub.

Nə üçün bu vacibdir?
Çünki artıq Süni intellekt Modu Search Labs daxilində aktivdir və bu, sayt sahiblərinə süni intellektin məzmunu necə analiz edib, təqdim edəcəyinə daha çox nəzarət imkanı verir.
SEO və texniki optimizasiya ilə məşğul olanlar üçün bu yenilik həm botların davranışına nəzarət, həm də AI əsaslı nəticələrin idarəsi baxımından yeni imkanlar açır.
Texniki sənədlərlə tanış olmaq və strategiyanı uyğunlaşdırmaq vaxtıdır.

Link: https://developers.google.com/search/docs/crawling-indexing/robots-meta-tag?hl=tr

SEO və kontent menecerlər üçün az tanınan xəzinə: SoovleYeni açar sözlər tapmaq üçün istifadə etdiyimiz alətlərin 90%-i ...
15/05/2025

SEO və kontent menecerlər üçün az tanınan xəzinə: Soovle

Yeni açar sözlər tapmaq üçün istifadə etdiyimiz alətlərin 90%-i eyni mənbələrə əsaslanır: Google, Semrush, Ahrefs və s. Bəs rəqiblərinizin görmədiyi yerlərdən ilham almaq necə?

Soovle bu işdə fərqlənir.
Bu alət Amazon, Wikipedia, YouTube və Ask.com kimi platformalardan avtomatik təkliflər toplayır. Yəni daha çox istifadəçi niyyəti, daha az rəqabət. Sadəcə geniş bir açar söz yazın (məsələn, "coffee") və müxtəlif platformalardan gələn təklifləri görün. Üstəlik, nəticələri CSV faylı şəklində yükləyə bilərsiniz.

Proqramatik SEO 2025: Artıq sadəcə “mass scale” işləmirBir neçə il əvvəl minlərlə səhifə yarat, tərcümə et, Googleya ötü...
13/05/2025

Proqramatik SEO 2025: Artıq sadəcə “mass scale” işləmir

Bir neçə il əvvəl minlərlə səhifə yarat, tərcümə et, Googleya ötür və nəticə əldə et, bu, proqramatik SEO-nun qızıl dövrü idi. İndi isə oyun qaydaları demək olar ki, tamamilə dəyişib.

2025-ci ildə proqramatik SEO üçün:
- Saytınıza etibar siqnalları lazımdır: sosial təsdiq, kataloq linkləri, real trafik mənbələri
- Güclü backlink profili olmadan Google artıq sizi ciddi saymır
- Google yalnız orqanik trafiklə kifayətlənmir, marketinq strategiyanızın genişliyini yoxlayır
- Ən əsası da, səhifələrin hamısını birdən Googleya təqdim etmək artıq risklidir. Skanlama dayanır, indeksasiya sıfırlanır

Nə etməli?
- Səhifələri kiçik portsiya ilə yayımlayın (50 - 100 - 200…)
- Hər portsiya üçün ayrıca sitemap yaradın
- İlk testləri Bing üzərində edin, sonra Google üçün açın

Bu, artıq texniki hack deyil. Bu, SEO-nun strateji mərhələyə keçididir. İndeksasiyanın özünü optimizə etmək zamanı gəldi.

10 il sonra Google, öz loqosunu yenilədi
13/05/2025

10 il sonra Google, öz loqosunu yenilədi

Google vs LLM: eyni sual, fərqli cavabGoogle:- Açar sözə uyğun səhifə göstərir.- Səni orijinal halınla çıxarır.LLM (məsə...
05/05/2025

Google vs LLM: eyni sual, fərqli cavab

Google:
- Açar sözə uyğun səhifə göstərir.
- Səni orijinal halınla çıxarır.

LLM (məsələn, ChatGPT, Gemini və s.):
- Səni başa düşür, öz dili ilə yazır.
- Hətta yanlış da başa düşə bilər.

SEO təkcə Google üçün deyil artıq. Mənaya yatırım et.

SEO strategiyan semantik düşünmürsə, geri qalırsan...Artıq təkcə açar sözlərə güvənmək kifayət etmir. Axtarış sistemləri...
05/05/2025

SEO strategiyan semantik düşünmürsə, geri qalırsan...

Artıq təkcə açar sözlərə güvənmək kifayət etmir. Axtarış sistemləri və LLM-lər (ChatGPT, Perplexity və s.) məzmunun mənasına fokuslanır. Buna görə də semantic SEO yanaşması strategiyanda yer almalıdır.

Bəs necə tətbiq etməli?
1) Brendin mənasını aydınlaşdır.
Sənin kim olduğunu və nəyə görə fərqli olduğunu axtarış sistemlərinə öyrət. Brendin haqqında eyni mesajı müxtəlif platformalarda paylaş.

2) Məzmunu mənaya uyğun optimizasiya et.
Sadəcə sözlər yox, topiklər üzərində düşün. İstifadəçinin nə istədiyini anla və o ehtiyaca cavab ver.

3) Entity əsaslı struktur qur.
Məhsul, xidmət və mövzularını konkret atributlarla əlaqələndir. Məsələn, “təzyiqlə yuyan” sadəcə bir məhsul deyil - hansı səthləri təmizləyir? Hansı şərtlərdə istifadə olunur?

4) Strukturlaşdırılmış data və semantic HTML istifadə et.
Schema markup vasitəsilə Googleya deyə bilərsən: “bu səhifə məhsuldur”, “bu insan mütəxəssisdir” və s. Bu, səhifənin anlamını texniki baxımdan izah edir.

5) Topical authority qur.
Hər şey haqqında yazmaq yox, bir mövzuda mütəxəssis ol. Sənə aid olan spesifik mövzunu seç və dərinliyə get.

Unutma: Semantic SEO = Sənin brendin haqqında başqalarının nə dediyi + sən nə qədər düzgün struktur qurduğundur.

Bu yanaşma ilə yalnız sıralama yox, doğru kontekstdə görünmək qazanırsan.

Uğurlu SEO üçün backlink taktikaları: Hansı yanaşma daha uzunömürlüdür?Link building, SEO-nun döyünən ürəyidir. Amma hər...
03/05/2025

Uğurlu SEO üçün backlink taktikaları: Hansı yanaşma daha uzunömürlüdür?

Link building, SEO-nun döyünən ürəyidir. Amma hər keçid eyni gücə malik deyil. Yüksək keyfiyyətli və etibarlı backlinklər qazanmaq üçün bu taktikalar önə çıxır:

a) Kontent marketinqi – Dəyərli blog yazıları, infoqrafiklər və videolar vasitəsilə orqanik linklər əldə etmək.
b) Qonaq bloqçuluq – Niş saytlarında məqalə yazmaqla həm link, həm də əlaqə qazanmaq.
c) Pozulmuş linklərin düzəldilməsi – Saytlarda işləməyən keçidləri tapıb, yerinə öz məzmununu təklif etmək.
d) Resurs səhifələri ilə işləmək – Nişinizə uyğun resurs səhifələrində yer almaq üçün əlaqə yaratmaq.
e) İnfluencerlərlə əməkdaşlıq – İndiki dövrdə səsinizi daha tez eşitdirməyin yolu: influencer gücündən istifadə etmək.

Googleda tapıl, satışda qazan: Kiçik bizneslərin böyüməsi üçün SEO-nun gücüKiçik biznes qurmaq çətindir. Rəqiblər böyük,...
02/05/2025

Googleda tapıl, satışda qazan: Kiçik bizneslərin böyüməsi üçün SEO-nun gücü

Kiçik biznes qurmaq çətindir. Rəqiblər böyük, resurslar məhdud, bazarda fərqlənmək isə hər zamankindən daha vacibdir. Bəs belə bir vəziyyətdə necə seçilə bilərsən? Cavab sadədir: SEO - Axtarış motoru optimizasiyası.

Kiçik biznes üçün SEO necə fayda verir?

- Lokal müştərilərə çatmaq: “Bakıda tort sifarişi”, “Gəncədə avtomobil servisi”, "Lənkəranda ləvəngi sifarişi" kimi axtarışlarda önə çıxmaqla lokal satışları artırın.
- Brendin tanınması: Googlenun ilk səhifəsində olmaq, sizə avtomatik etibar qazandırır. Müştəri sizi daha çox tanımağa və seçməyə başlayır.
- Reklam büdcəsinə qənaət: SEO ilə əldə etdiyiniz nəticə, uzunmüddətli və dayanıqlıdır. Reklam bitəndə görünməyiniz dayanır, amma SEO ilə uzaqmüddətli nəticə əldə edirsiniz.
- Satış kanallarını artırmaq: Onlayn görünürlük = daha çox müraciət = daha çox satış. Düstur sadədir.

SEO xidməti ilə konkret nələr edilir?

- Saytınız analiz olunur, texniki səhvlər aşkarlanır
- Açar sözlər seçilir – müştəri sizi necə axtarırsa, həmin sözlərlə
- Googleda irəliləyiş üçün strategiya hazırlanır
- Mobil uyğunluq, sürət, məzmun, backlink və daha çoxu, hər biri tək-tək inkişaf etdirilir

Əgər biznesinizi daha çox insanın tapmasını, etibar yaratmasını və satışlarınızın artmasını istəyirsinizsə, SEO sizin üçün ən ağıllı investisiyadır. Böyümək üçün daha böyük reklam büdcəsinə deyil, doğru strategiyaya ehtiyacınız var.

Googleda ilk çıxan bizneslər daha çox qazanır. Sıra sizdədir.

Saytın proqram dili SEO üçün nə qədər əhəmiyyətlidir?SEO uğuru üçün bir çox faktor var: kontent, texniki struktur, istif...
01/05/2025

Saytın proqram dili SEO üçün nə qədər əhəmiyyətlidir?

SEO uğuru üçün bir çox faktor var: kontent, texniki struktur, istifadəçi təcrübəsi və s. Bəs saytın proqramlaşdırma dili bu işdə nə qədər rol oynayır?
Qısa cavab: Tək başına proqram dili SEO-nun taleyini müəyyən etmir. Amma performans və texniki optimizasiya baxımından ciddi təsir edə bilər.

Əsas məqamlar:
- Yüklənmə sürəti: Proqram dili və onunla istifadə olunan texnologiyalar saytın sürətinə birbaşa təsir edir. Sürətli sayt = daha yaxşı SEO.
- İndexləmə rahatlığı: Axtarış motorlarının səhifəni rahat oxuya bilməsi üçün sadə, təmiz və standartlara uyğun kod vacibdir.
- Server tərəfli SEO imkanları: PHP, Node.js, Python, Go kimi dillər backend optimizasiyasında fərqli üstünlüklər verə bilər.
- Render və SEO: SPA (Single Page Application) texnologiyaları (məsələn, React, Vue) düzgün qurulmadıqda SEO problemləri yarada bilər. SSR (Server Side Rendering) və ya pre-rendering həlləri tələb oluna bilər.
- Gələcək böyümə: Ölçülə bilən və çevik platformalar SEO inkişafı üçün daha əlverişlidir.

Yekun olaraq proqram dili bir vasitədir. Əsas məsələ onun necə istifadə olunması və SEO üçün uyğun texniki standartların qorunmasıdır. Əsas odur ki, texnologiyanı seçərkən həm performansı, həm də axtarış motorlarının ehtiyaclarını nəzərə alasan.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when İMahammad Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share