06/07/2025
https://www.facebook.com/share/1BC6yR2RhK/
"Bizim əcdadlarımız dünyada ilk olaraq Şumer əlifbasını yaratdılar, Şumer yazıların əsasında isə Şuşa (Suziana) yazıları, Elam yazıları meydana gəldi. Aralarında azca fərq vardı. Bundan sonra ilk yazılardan birini Aran müdrikləri yaratdılar. Bu gün kimdən soruşsan deyəcək 3 əlifba var: latın əlifbası, yunan, kiril. Bu əlifbaların hər üçünü bizim Aran müdrikləri yaradıb. Kim idi Aran nəsli? Azərbaycanın ən qədim nəsillərindən biri. Bizim Albanlar da onların bir qolu idi. Aran müdrikləri fikirləşib dünyanın ilk əlifbasını tərtib etdilər. Bu əlifbanın nümunələri bizdə var. 22 hərfdən ibarət idi. Yunanlar isə bizim Aran əlifbasına 3 səs artırıb yunan əlifbasını düzəltdilər. İndi deyirlər ki, ruslar yunan əlifbası əsasında kiril əlifbası düzəldiblər. Xeyr belə deyil, yunanlar bizim Aran əlifbasını götürüblər, ruslar da onlardan götürüblər. Yevreylər isə Aran əlifbasını götürdülər və heç nə artırmadılar. Latınlara isə Aran əlifbasını Aralıq dənizində gəmiçilik edən qəhrəman türk xalqı olan etruskilər aparıblar".
İlhami Cəfərsoy, filologiya elmləri doktoru, professor, türkoloq alim.
"Dünyaya mədəniyyət, sivilizasiya Azərbaycandan - Qobustandan yayılıb, sadəcə azərbaycanlılar xristian olmadığına görə dünya ölkələri bu həqiqəti qəbul etmək istəmir".
Tur Heyerdal, dünya şöhrətli alim, etnoqraf, arxeoloq, tədqiqatçı.
Bəyənək və paylaşaq.