Zaqatala MKS-in Mamrux kənd kitabxana filialı

Zaqatala MKS-in Mamrux kənd kitabxana filialı Kitabxana Zaqatala rayonunun Mamrux kəndində yerləşir. 1968-ci ildə yaradılıb. Kitab fondu 5300 kitab.

27/10/2025

Təkcə dövlətlərarası deyil, eyni zamanda xalqlarımızın ortaq mənəvi, tarixi və mədəni irsinə söykənən sarsılmaz qardaşlıq telləri ilə bağlı olan Azərbaycan və Qazaxıstan münasibətləri strateji müttəfiqlik mərhələsindədir. İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Astanaya etdiyi səfər iki ölkə arasında mövcud dostluq və strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edib. Prezident İlham Əliyev Astanada mətbuata verdiyi bəyanatında Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanın inkişaf yolunu yüksək qiymətləndirərək bildirib ki, “Prezidentin modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlar son illər Qazaxıstanın inkişaf və modernləşdirilmə yolunda inamla irəlilədiyini nümayiş etdirir. Həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur.”
İşğal dövründə Qazaxıstanın bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəklədiyini və bizimlə həmrəyliyə səs verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Qazaxıstanın Qarabağın dirçəlişində göstərdiyi qardaş köməyini minnətdarlıqla qeyd edib. Azərbaycan–Ermənistan sülh prosesinə Qazaxıstanın münasibətini xüsusi vurğulayan dövlətimizin başçısı 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə paraflanmış sülh sazişindən dərhal sonra Qazaxıstan rəhbərliyinin göstərdiyi diqqət və dəstəyi “qardaş münasibətin təzahürü” kimi qiymətləndirib.
Cənab Prezident bəyanatında həmçinin Geniş Avrasiya regionunda formalaşan yeni əməkdaşlıq məkanına diqqət yönəldərək vurğulayıb ki, “Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir.”
Prezident İlham Əliyev Bəyanatında Zəngəzur dəhlizi layihəsinin böyük potensiala malik olduğunu qeyd edib. Dövlət başçısının “Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.” sözləri layihənin artıq praktik mərhələyə keçdiyini göstərir. Bu həm də regionun gələcək nəqliyyat və iqtisadi dinamikasına yön verən strateji mesaj kimi dəyərləndirilir.
Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışında iki ölkə arasında humanitar əməkdaşlığa diqqət çəkərək, keçən il və ondan əvvəlki illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini qeyd edib və bu cür tədbirlərin mütəmadi, daimi xarakter daşımalı olduğunu bildirib.
Astanada keçirilən görüşlər Azərbaycan–Qazaxıstan münasibətlərinin tarixi mərhələsini müəyyənləşdirib. Bu əməkdaşlıq bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi inteqrasiya və sülhün möhkəmlənməsi üçün yeni imkanlar yaradır.

Nüşabə Ömərova
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

26/10/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama əsasən, oktyabrın 17-si Füzuli şəhəri günü elan edilib.

26/10/2025

İTV-nin tanınmış aparıcısı boşandı: 5 ay ərdə qalıb - Foto / Ətraflı rəydə

26/10/2025
26/10/2025
23/10/2025
22/10/2025

Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə müsahibə verib. İki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyan bu müsahibə Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun və bu gün formalaşmış etibarlı tərəfdaşlığın əhatəli təhlilidir.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayan Prezident İlham Əliyev ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlərin əlaqələrimizin möhkəm təməlini formalaşdırdığını, xüsusilə ikitərəfli dialoqun, qarşılıqlı səfərlərin və konstruktiv müzakirələrin əməkdaşlığın inkişafında əsas rol oynadığını qeyd edib.
Son üç ildə qardaş ölkəyə yeddinci dəfə səfər etdiyini, hər səfərində qardaş dövlətin dinamik inkişafını, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatları müşahidə etdiyini vurğulayan dövlətimizin başçısı bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik edib, həmçinin, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığını bildirib.
Dövlətimizin başçısı həmçinin bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd edərək bu sənədin Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyduğunu və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdırıb.
Azərbaycan və Qazaxıstanın həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini, beynəlxalq arenada bir-birini dəstəklədiklərini xatırladan Prezident İlham Əliyev öz müsahibəsində iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyətinə xususi yer ayırıb. Qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.
Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində iki ölkə arasında nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.
Bəli, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır.
Prezident İlham Əliyev müsahibədə Xəzər dənizinin ekoloji problemlərinə də diqqət çəkib. Suyun səviyyəsinin sürətlə azalmasının həm ekoloji, həm də iqtisadi risklər yaratdığını vurğulayaraq bütün Xəzəryanı ölkələrin birgə fəaliyyətinə çağırış edib.
Dövlətimizin başçısının müsahibəsi bir daha təsdiqləyir ki, iki ölkə birgə səyləri ilə güclü Türk birliyinin, dayanıqlı regionun və müasir gələcəyin qurucusu kimi çıxış edir. Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək.

Fizzə Mahmudova
Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi, baş məsləhətçi

21/10/2025

44 günlük Vətən Müharibəsində şanlı Zəfərimizdən sonra böyük qürur hissi ilə qeyd etdiyimiz günlərdən biri də 20 oktyabr tarixidir. Məhz həmin gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Zəngilan rayonunu düşmən tapdağından azad edib.
XX əsrin sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonlarımızdan biri də Zəngilan rayonu idi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıtmış, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv etmişlər. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törətmiş, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilmiş, təbiətə, ətraf mühitə ciddi ziyan vurulmuşdur.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 24-cü günündə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunmuşdur.
Artıq 5 ildir ki, Zəngilan azaddır. Bu gün Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir. Cənab Prezidentin Zəngilana mütəmadi səfərləri, şəxsən təməlqoyma mərasimlərində iştirakı və bölgənin sosial-iqtisadi inkişafına xüsusi diqqəti bu qədim diyarın taleyində yeni bir səhifə açmışdır.
Birinci pilot layihə məhz Zəngilanda icra edilib, Ağalı kəndində 200 evdən ibarət “ağıllı kənd” salınıb. Azərbaycanın “ağıllı kənd” layihəsinin yeni mərkəzi olan Ağalı kəndinin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Bu gün fəxrlə deyə bilərik ki, Ağalı dünyanın ən müasir kəndlərindən biridir.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var, burada günəş enerjisinin böyük potensialı var. Qürur duyuruq ki, Zəngilanda müxtəlif istiqamətlərdə fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.
Zəngilan rayonunun turizm potensialı da inkişaf etdirilir. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.
Bəli, bu gün Zəngilan Azərbaycanın “yaşıl enerji zonası”, “ağıllı şəhər modeli” və müasir inkişaf konsepsiyası ilə regionda nümunə göstərilən bir məkan kimi formalaşır. Burada həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişaf yolunu nümayiş etdirir. Zəngilan artıq Azərbaycanın gələcək simasının təcəssümüdür.

Namidə Süleymanova
“Azərpoçt” MMC-nin Zaqatala Poçt
filialının rəisi.

21/10/2025

17 oktyabr Azərbaycan xalqının tarixində şanlı və qürurverici bir gün- Füzuli Şəhəri Günüdür. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini düşmənin işğalından azad etmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən bu gün, artıq rəsmi olaraq "Füzuli Şəhəri Günü" kimi qeyd olunur və xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən birini təşkil edir.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Azərbaycanın qədim diyarlarından biri olan Füzuli rayonu zəngin tarixi, mədəni və dini irsi ilə seçilir. Qarabağ bölgəsinin mühüm hissəsini təşkil edən bu ərazi əsrlər boyu Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında əhəmiyyətli rol oynamışdır.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində minlərlə dinc sakin doğma yurdlarından didərgin salınmış, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və mədəniyyət ocaqları məhv edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şanlı səhifələrindən biri idi. Düşmənin uzun illər ərzində qurduğu istehkam xətləri Azərbaycan Ordusunun qəhrəmanlığı qarşısında tab gətirə bilmədi. 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri və bir neçə kəndimiz qəhrəman əsgərlərimizin igidliyi sayəsində işğaldan azad edildi.
Şanlı ordumuzun igid hərbi qulluqçularının xidmətləri dövlət səviyyəsində yüksək dəyərləndirildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün Prezident İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonu yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr icra edilmiş, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilmişdir. Qarabağda və Şərqi Zəngəzurda nəzərdə tutulan üç hava limanından biri məhz bu rayonun ərazisindədir. İlk istifadəyə verilən də Füzuli Beynəlxalq Hava Limanıdır.
Prezident İlham Əliyev ötən beş ildə Füzuli rayonuna 20-dən artıq səfər etmiş, tarixi Zəfərimizdən sonra ilk səfər də məhz 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına olmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın reallaşdırdıqları həmin səfər çərçivəsində Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltmış, Füzuli-Şuşa avtomobil yolunun- Zəfər yolunun təməlqoyma mərasimində iştirak etmişdir.
Hazırda Füzulidə bərpa-quruculuq işləri soydaşlarımızın qayıdışı ilə müşayiət olunur. 2023-cü il avqustun 18-də Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmış və bu proses hazırda artan templə davam edir. Bu günədək Füzuliyə 824 ailə, 3141 nəfər köçürülmüşdür.
Azərbaycanın azad olunmuş ərazilərinin bərpası işində qardaş ölkələrin dəstəyi xüsusi qeyd olunmalıdır. Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunmuşdur.
Bəli, bu gün Füzuli şəhəri dağıntılardan doğan həyatın, yenidən qurulan torpağın və xalqın sarsılmaz iradəsinin simvoludur. Tarixi Zəfərimizin beşinci ildönümündə azad edilmiş ərazilərimizdə görülən işlərin miqyasından, Böyük Qayıdış Proqramının uğurlu icrasından böyük qürur hissi ilə bəhs edirik. Bu bayram günlərini qeyd edərkən şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Onların qəhrəmanlığı, şücaəti unudulmazdır.

Rauf Seyidəhmədov
Zaqatala RİHBA-nın Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin məsləhətçisi.

Address

Zaqatala
6200

Telephone

+994554937362

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala MKS-in Mamrux kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zaqatala MKS-in Mamrux kənd kitabxana filialı:

Share