
30/03/2025
Müəllimlər kütləvi şəkildə işdən çıxarılır.Nazirliyi ifşa edən video yayılıb
ANHEL NEWS Sitat.info-ya istinadən xəbər verir ki,fevral ayının 28-də Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri müəllimlərinin attestasiya imtahanı keçirildi.
Attestasiyadan keçməyən müəllimləri işdən uzaqlaşdırmağa başladılar.Lakin,Cəsarət Valehov məktəbləri gəzərkən bildirmişdir ki,attestasiyadan keçə bilməyən müəllimlər işdən kənarlaşdırılmayacaq.
İclasda bildirmişdi ki,bu sadəcə müəllimlərin biliklərini yoxlamaq üçün keçirilən attestasiyadır. Ancaq indi imtahandan keçməyən müəllimlər işdən azad edilir.Mən musiqi müəlliməsiyəm,33 illik əmək stajım var.
Pensiya yaşım deyil.Necə dolanım?"
Bu sözləri sayta 3 saylı musiqi məktəbinin müəllimi Qənimə Rəhimova deyib.
Q.Rəhimova bildirib ki,kurslara göndərilmədən,ikinci şans vermədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar.
"Fevralın 28-də Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirildi.