Avropa Azərbaycanı / Европейский Азербайджан / European Azerbaijan

Avropa Azərbaycanı / Европейский Азербайджан / European Azerbaijan Avropada Yaşayan Azərbaycanlıların informasiya səhifəsi.

15/12/2024

🇩🇰🇸🇾 Danimarka suriyalı qaçqınlara könüllü qayıtmaları üçün 27 000 avro və repatriasiya proqramı çərçivəsində hər uşaq üçün 6 700 avro təklif edir.

- Bild

Fransada 6 bölgədə sel təhlükəsi xəbərdarlığı edilib
27/09/2024

Fransada 6 bölgədə sel təhlükəsi xəbərdarlığı edilib

🇸🇪 İsveç hökuməti miqrantlara ölkədən çıxıb getmələri üçün 34000 dollar ödəməyə hazırdır.Hazırda hökumətin bir miqranta ...
15/09/2024

🇸🇪 İsveç hökuməti miqrantlara ölkədən çıxıb getmələri üçün 34000 dollar ödəməyə hazırdır.

Hazırda hökumətin bir miqranta verdiyi yardım pulu aylıq 935 dollar təşkil edir.

Hökumət 34 min dollar birdəfəlik ödənişlə həmin miqrantların geri qayıtmasına çalışır.

Keçən ilin rəsmi rəqəmlərinə görə, İsveçdə hazırda 250 mindən çox miqrant var. Media yazır ki, bu rəqəm əslində daha böyükdür.

Almaniya hökuməti bir çox əfqana 1000 avro verib Əfqanıstana göndərdiAlmaniya hökumətinin sözçüsü Steffen Hebestreit Alm...
01/09/2024

Almaniya hökuməti bir çox əfqana 1000 avro verib Əfqanıstana göndərdi

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Almaniyanın 2021-ci ilin avqustundan bəri ilk dəfə Əfqanıstan vətəndaşlarını deportasiya etdiyini bildirib.

Hebestreit bəyan edib ki, hökumət bu cür “qayıdışların” yenidən başlaması üçün böyük səylər göstərir və bununla bağlı müvafiq dövlətləri dəstəkləyir.

28 əfqan Leipzig şəhərindən təyyarə ilə Kabilə göndərilib. Xəbərdə deportasiya edilən hər kəsə 1000 avro verildiyi və onları təyyarədə həkimin müşayiət etdiyi bildirilib.

28/03/2024

📍Almaniyada avtobusun qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb, 50 nəfər yaralanıb.

Almaniyada aprelin 1 dən gələn yeni qanunlar!!! 📌Valideynlik müavinəti üçün gəlir limitində dəyişiklik: Aprelin 1-dən do...
28/03/2024

Almaniyada aprelin 1 dən gələn yeni qanunlar!!!

📌Valideynlik müavinəti üçün gəlir limitində dəyişiklik: Aprelin 1-dən doğulan körpələrin valideynləri üçün vergi tutulan gəlir limiti ildə 200 min avroya qədər azalacaq. 2025-ci ilin aprelindən etibarən cütlər və tək valideynlər üçün gəlir limiti 175 min avroya qədər azalacaq.

📌Valideyn məzuniyyəti: 1 aprel 2024-cü il tarixindən baş verəcək doğuşlar üçün hər iki valideyn üçün birgə valideyn məzuniyyəti bir aya endiriləcək. Bu, uşaq doğulduqdan sonra ilk 12 ay ərzində istifadə edilə bilər.

📌Bəzi peşələr üzrə minimum saatlıq əmək haqqı artımı: Sərnişinlər və ustalar səviyyəsində rəssamlar və dekoratorlar üçün ümumi saatlıq əmək haqqı 15 Avro, ixtisassız işçilər üçün isə 13 Avro olacaq.

📌Hava limanının təhlükəsizlik işçiləri üçün maaş artımı: Bir çox hava limanının təhlükəsizlik işçiləri üçün minimum əmək haqqı artımı olacaq.

📌Qaz qiymətləri üzrə ƏDV yenidən 19 faiz olacaq: Əlavə dəyər vergisi dərəcəsi müvəqqəti olaraq azaldılan 7 faizdən 19 faizə qaldırılacaq və qazın qiyməti yenidən artacaq.

📌Universitet tələbələri üçün endirimli Deutschlandticket: Universitet tələbələri ayda 29,40 avroya endirimli Deutschlandticket ala biləcəklər.

📌Karyera bələdçiliyi təcrübəsi: Karyera seçimində qərarsız olanlar dövlət tərəfindən dəstəklənən karyera rəhbərliyi təcrübəsi üçün müraciət edə bilərlər. Səyahət və yaşayış xərclərini dövlət ödəyəcək.

📌İşçilər üçün Bacarıqlı Təşviq Proqramı: Federal Məşğulluq Agentliyinin Bacarıqlı İşçi Yardımı üçün müraciətlər artıq açıqdır. Bu proqram imkanı struktur dəyişiklikləri səbəbiylə işini itirmək təhlükəsi altında olan və müəyyən təlimlərlə işini davam etdirmək şansı olan müəssisələrə veriləcək.

📌Marixuana qanuniləşdirilir: 18 yaşdan yuxarı olanlara məhdud əsasda marixuanadan istifadə və yetişdirməyə icazə veriləcək. Yetkinlər şəxsi istehlak üçün 25 qrama qədər marixuana saxlaya biləcəklər. Öz evinizdə üç sirr bitkisi yetişdirmək qanuni olacaq. Onun ictimai yerlərdə, məktəblərdə və idman obyektlərində və ərazilərdə istifadəsi qadağan ediləcək.

Adilə Mehdiyevanın ÖLÜM SƏBƏBİ:SƏS YAZISI…. - YENİ FAKTLARXəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itki...
05/02/2024

Adilə Mehdiyevanın ÖLÜM SƏBƏBİ:
SƏS YAZISI…. - YENİ FAKTLAR
Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Mərhumun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Bildirir ki, dedektiv Kşiştof Rutkovski və komandası bir aydan çox müddətdə Adilə Mehdiyeva və onun iki aylıq oğlu Emilin işi ilə bağlı araşdırma aparıb.

Dedektiv bu hadisənin “intihar” olduğu qənaətindədir.

“Biz qadının övladı ilə birgə intihar etdiyi qənaətindəyik. Ən çox ehtimal olunan variant budur. Ola bilsin ki, bu hadisənin baş verməsinə səbəb Azərbaycan vətəndaşının üzləşə biləcəyi şok olub. Qadının əri kameradakı görüntüləri izlədikdən sonra başına gələnləri ailəsinə danışıb. Təəssüf ki, polis bu səs yazısını ictimaiyyətə yaya bilmir. Çox güman, qadın depressiyaya düşüb və buna görə də, intihara meyilli olub. O, həkimlərin və sosial xidmətlərin himayəsində olub, ancaq ona effektiv profilaktik kömək göstərilməyib”.

Detektiv bildirib ki, bütün istintaq dövrü ərzində onun komandası həm quruda, həm suda, həm də havadan əməliyyatlar aparıb.

05/02/2024

❓️❓️🇦🇿Meyiti tapılan Azərbaycanlının körpəsi haradadır?

🇵🇱Ötən ilin dekabrında Polşada iki aylıq körpəsi ilə birlikdə itkin düşən Azərbaycanlı Adilə Mehdiyevanın Oder çayında meyiti tapılıb.

📩Məlumatı Polşa Azərbyaycanlıları Şurasının sədri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Polşa təmsilçisi Fərid Cəfərli verib və bildirib ki, cəsəd tanınmaz haldadır və yalnız geyimindən soydaşımıza aid olduğu müəyyən edilib.

ℹ️Meyit tək tapılıb, körpədən xəbər yoxdur.

21/01/2024

Adresse

München
Gemeindefreies Gebiet

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Avropa Azərbaycanı / Европейский Азербайджан / European Azerbaijan erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen