Qıy Vaar

Qıy Vaar 🏳️‍🌈 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedirik. Sənə danışmaq üçün platforma vermək istəyirik.

19/09/2026

We stand with LGBTQ+ people and our comrades in Turkey!

Following the recent crackdown targeting LGBTQ+ people, activists and civil society, we took to the streets in solidarity. From Paris to Istanbul, we refuse to stay silent. We are not alone, and we are not wrong.

AZE:

Türkiyədə LGBTQ+lər və yoldaşlarımızla həmrəyik.

LGBTQ+ləri, fəalları və vətəndaş cəmiyyətini hədəf alan son repressiyalardan sonra həmrəyliyimizi göstərmək üçün küçələrə çıxdıq. İstanbuldan Parisə qədər susmayacağıq. Biz yalqız və yanlış deyilik.

In Paris, a statement has been delivered in front of the Turkish Embassy addressing the growing pressure against LGBTİ+ ...
18/09/2026

In Paris, a statement has been delivered in front of the Turkish Embassy addressing the growing pressure against LGBTİ+ people and human rights defenders in Türkiye.

The statement noted that at least 162 people were detained and 82 arrested during the operations carried out on 12 September.

It called for an end to pressure against LGBTİ+ organisations, human rights defenders, journalists and civil society, as well as the release of those detained and the protection of fundamental rights.

International human rights mechanisms and civil society were called upon to respond concretely to the developments in Türkiye and to continue their solidarity with LGBTİ+ organisations.

We are neither alone nor wrong.

AZE:

Parisdə, Türkiyə səfirliyinin qarşısında Türkiyədə LGBTİ+lara və insan hüquqları müdafiəçilərinə qarşı artan təzyiqlərlə bağlı bəyanat verilib.

Bəyanatda 12 sentyabrda keçirilən əməliyyatlar zamanı ən azı 162 nəfərin saxlanıldığı, 82 nəfərin isə həbs edildiyi qeyd olunub.

LGBTİ+ təşkilatlarına, hüquq müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin dayandırılması, saxlanılan şəxslərin azad edilməsi və fundamental hüquqların qorunması tələb olunub.

Beynəlxalq insan hüquqları mexanizmləri və vətəndaş cəmiyyəti Türkiyədə baş verənlərə konkret reaksiya verməyə və LGBTİ+ təşkilatları ilə həmrəyliyi davam etdirməyə çağırılıb.

Nə yalqızıq, nə də yanlış!

Türkiyədə LGBTİ+lərə qarşı yeni və genişmiqyaslı repressiya dalğası başlayıb. Kaos GL Dərnəyinə qarşı keçirilən polis əm...
13/09/2026

Türkiyədə LGBTİ+lərə qarşı yeni və genişmiqyaslı repressiya dalğası başlayıb. Kaos GL Dərnəyinə qarşı keçirilən polis əməliyyatında idarə heyətinin, o cümlədən təşkilat üzvlərinin evlərinə basqın edilib, 10-dan çox LGBTİ+ fəalı saxlanılıb. Polis dərnəyin ofisində də axtarış aparıb.

Əməliyyat Ankara Respublika Baş Prokurorluğunun İnformasiya Cinayətləri Bürosunun “müstehcenlik” (əxlaqsızlıq) və “QHT Qanununa zidd fəaliyyət” ittihamları üzrə apardığı istintaq çərçivəsində həyata keçirilib.

İstintaqda Kaos GL Dərnəyinin internet saytı və sosial media hesablarında yayımlanan məzmunlar əsas götürülüb. Ankara 4-cü Sülh Cəza Hakimliyinin 11 sentyabr 2026-cı il tarixli qərarında prokurorluq Kaos GL-nin internet saytı və sosial media hesablarında “müstehcenlik (əxlaqsızlıq) ehtiva edən paylaşımlar” yayımlandığını və bu məzmunların uşaqlar tərəfindən görülə biləcək şəkildə əlçatan olduğunu iddia edib.

Prokurorluq bu əsasla Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “müstehcenlik” cinayəti üzrə istintaq başladıb. İstintaq sənədlərində ittihama əsas gətirilən konkret məzmunların nədən ibarət olduğu göstərilməyib.

Ətraflı oxu: https://qiyvaar.org/turkiyede-lgbtilere-qarsi-genismiqyasli-emeliyyat/

13/09/2026

Sloveniyada keçirilən TGEU Trans Şurası Avropa və Mərkəzi Asiyadan olan trans fəalların, hüquq müdafiəçilərinin və təşkilat nümayəndələrinin iştirakı ilə 2 il sonra təkrar baş tutub.

Tədbir çərçivəsində regionda trans icmaların üzləşdiyi problemlər, artan anti-gender hərəkatı, müharibə və ayrı-seçkiliyin təsirləri, eləcə də trans hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Qıy Vaar olaraq tədbirdə iştirak edən müxtəlif ölkələrdən olan fəallarla regiondakı vəziyyət, təcrübə mübadiləsi və emosiyalarımız barədə qısa müsahibə apardıq.

01/09/2026

Rəqqasə Rəna Ağamuradova (Renka) “Göz-gözə şou” YouTube layihəsində kuir münasibətlər barədə danışıb və insanların şəxsi həyat seçimlərinə hörmət edilməli olduğunu bildirib.

Rəqqasədən oğlanla-oğlanın, qızla-qızın münasibətinə və evlənməsinə necə baxdığı soruşulub. Renka isə “normal baxıram” deyərək bu münasibətlərin insanların öz şəxsi həyatı olduğunu vurğulayıb:

“Bu onların öz həyatıdır, qarışa bilmərəm. Mən kiməm ki, kiməsə ‘belə yaşama’ deyim?”

Renka xaricdə yaşayan eynicinsli münasibətdə olan dostlarından da danışıb. Onun sözlərinə görə, dostları Azərbaycanda özlərini ifadə etməkdə və xoşbəxtliklərini yaşamaqda çətinlik çəkdikləri üçün başqa ölkələrə köçüblər.

“Qoy sevsinlər bir-birlərini”, deyən Renka gənclərlə bağlı əsas narahatlığının isə narkomaniya olduğunu bildirib.

Türkiyədə qız pop qrupu Manifestin təsisçisi və meneceri Tolqa Akış “müstehcen (əxlaqsız məzmun) yayımlanmasına vasitəçi...
01/09/2026

Türkiyədə qız pop qrupu Manifestin təsisçisi və meneceri Tolqa Akış “müstehcen (əxlaqsız məzmun) yayımlanmasına vasitəçilik etmək” ittihamı ilə həbs edilib. Prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə qrupun sosial media paylaşımlarının LGBTİ+ olmağı “təşviq etdiyi” iddia olunub.

Kaos GL yazır ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Tolqa Akış prokurorluqda ifadəsi alındıqdan sonra o, “əxlaqsız məzmunun yayımlanmasına vasitəçilik etmək” həbsinə qərar verilib.

Akış “Manifest” qrupunun təsisçisi və meneceri, həmçinin Hypers agentliyinin qurucusudur. Onun saxlanılması ilə bağlı istintaqda “müstehcenlik”, narkotik maddədən istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı iddiaların da araşdırıldığı bildirilir. Lakin Akışın həbsinə əsas kimi məhz “müstehcen məzmunun yayımlanmasına vasitəçilik etmək” ittihamı göstərilir.

Lakin prokurorluğun Akışın işində bu maddəni LGBTİ+ görünürlüyü ilə əlaqələndirməsi ayrıca müzakirə mövzusudur. Çünki qanunun özündə LGBTİ+ insanların görünürlüyü və ya LGBTİ+ kimliyinin “təşviqi” müstəqil cinayət tərkibi kimi göstərilmir. Prokurorluğun sənədində Konstitusiyanın 41-ci maddəsinə - “Ailənin qorunması və uşaq hüquqları” maddəsinə istinad edilir.

Maddə 2010-cu ildə əlavə edilən müddəalarla birlikdə ailənin Türkiyə cəmiyyətinin təməli olduğu, dövlətin ailənin rifahı ilə yanaşı uşaqları qorumaq üçün tədbirlər görməli olduğu və dövlətin onları istismar və zorakılığın bütün formalarından qorumaq vəzifəsi qeyd olunur. Maddənin özündə LGBTİ+lərə dair hər hansı qadağa və ya LGBTİ+ görünürlüyünün “ailənin qorunmasına” zidd olduğuna dair müddəa yoxdur.

Tolqa Akışın həbsi Manifestlə bağlı ilk “müstehcenlik” araşdırması deyil. Akışın vəkilinin açıqlamasına görə, indiki həbs təxminən bir il əvvəl qrupun Küçükçiftlik Parkdakı konserti ilə bağlı başladılmış “müstehcenlik” istintaqı ilə əlaqəlidir.

Hazırda Akış həbsdədir və istintaq davam edir. Onun təqsiri məhkəmənin yekun qərarı ilə müəyyən edilməyib.

Ətraflı oxu: https://qiyvaar.org/manifest-qrupunun-meneceri-hebs-edildi-lgbti-tebligati-ile-elaqelendirildi/

Parisdə LGBTİ+ hüquq təşkilatı FLAG! assosiasiyasının prezidenti, eləcə də polis əməkdaşı olan Pierre Picavet ağır hücum...
31/08/2026

Parisdə LGBTİ+ hüquq təşkilatı FLAG! assosiasiyasının prezidenti, eləcə də polis əməkdaşı olan Pierre Picavet ağır hücuma məruz qalıb. Hadisə şəhərin “gey küçəsi” olaraq tanınan Le Marais məhəlləsində 29 avqust səhər saatlarında baş verib. FLAG! təşkilatı LGBTİ+ hüquqları və polis daxilində LGBTİ+fobiyaya qarşı mübarizə aparan assosiasiya kimi tanınır. Hücum zamanı Picavetin başına butulka ilə zərbə endirilib və o, çoxsaylı xəsarətlər alıb. Hadisə ilə bağlı ilkin olaraq seksual orientasiyaya görə törədilmiş, 8 gündən artıq əmək qabiliyyətsizliyə səbəb olan zorakılıq üzrə istintaq başlanıb.

Picavet dostları ilə barda vaxt keçirdikdən sonra evə gedərkən bir gəncin onun qarşısını kəsdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxs əvvəlcə üstünə doğru gəlib, daha sonra isə təkrar yaxınlaşaraq homofob ifadələr işlədib.

Picavetin polisə verdiyi ifadəyə əsasən, şübhəli ona bir neçə dəfə “sale pédé” [petux, pederast] deyib və onu öldürməklə hədələyib. Picavet polis əməkdaşı olduğunu bildirib və xidməti vəsiqəsini göstərib. Lakin bu, hücumun qarşısını almayıb. Hadisəyə müdaxilə edən bir şahid iki şəxsi ayırmağa çalışıb. Şahidlərdən birinin ifadəsinə əsasən, Picavet yerə yıxıldıqdan sonra da təqsirləndirilən şəxs ona zərbələr endirməyə davam edib.

Hücum nəticəsində zərərçəkən baş nahiyəsində dərin kəsik xəsarəti alıb.

Prokurorluğun məlumatına görə, 2006-cı il təvəllüdlü şübhəli şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuş. Şübhəlinin üzərində həmçinin Picavetin mobil telefonunu da tapılıb.

İş hazırda səkkiz gündən artıq ITT-yə (müvəqqəti əmək qabiliyyətsizliyə) səbəb olan ağırlaşdırılmış zorakılıq və oğurluq maddələri üzrə araşdırılır. Zorakılığın bir neçə ağırlaşdırıcı halı olaraq zərərçəkənin seksual orientasiyası və ya gender kimliyi, sərxoş vəziyyətdə olmaq, soyuq silah istifadə etmək kimi motivlər də nəzərə alınacaq

Hadisə ilə bağlı Paris meri Emmanuel Gregoire hadisəni “iyrənc homofob hücum” adlandıraraq Picavetə dəstəyini ifadə edib.

Human Rights Watch (HRW) Beynəlxalq İnsan Haqları Təşkilatının yaydığı bəyanatda həbsdə olan jurnalist və feminist fəal ...
29/08/2026

Human Rights Watch (HRW) Beynəlxalq İnsan Haqları Təşkilatının yaydığı bəyanatda həbsdə olan jurnalist və feminist fəal Aytac Tapdığın tibbi yardımla təmin olunması və azadlığa buraxılması tələb olunur. HRW Avropa İttifaqı və Avropa Şurasına çağırış edərək onları Azərbaycan hakimiyyətinə təzyiq etməyə səsləyir. Təşkilat, eyni zamanda, hakimiyyətdən “Fevral zorakılığını” araşdırmağı tələb edir.

Hökumətyönlü “Qafqazinfo.az” saytı isə yazı yayımlayaraq təşkilatın bu bəyanatını qərəzli adlandırıb və beynəlxalq təşkilatların Aytac Tapdıq ilə bağlı son aylarda verdiyi bəyanatları “Azərbaycana qarşı sistemli hücum” kimi təqdim edib.

Human Rights Watch-un Aytac Tapdıq ilə bağlı bəyanatının Azərbaycan dilinə tərcüməsini təqdim edirik:

“Ailəsinin və vəkilinin bildirdiyinə görə, Azərbaycan hakimiyyəti ciddi nəfəs darlığı olan həbsdəki jurnalistə mütəxəssis müayinəsindən və diaqnostik müayinələrdən keçməyə icazə vermir. Bu, ölkədə həbsdə olan jurnalistlərin vəziyyətinin pisləşməsinin son göstəricisidir.

Sürgündə fəaliyyət göstərən Meydan TV-nin müxbiri, Aytac Tapdıq imzası ilə yazan 32 yaşlı Aytac Əhmədova 6 dekabr 2024-cü ildən “Kürdəxanı” təcridxanasında istintaq dövrü üçün həbsdə saxlanılır. O, Azərbaycan COP29 iqlim sammitinə ev sahibliyi etdikdən bir neçə gün sonra Meydan TV-nin beş əməkdaşı ilə birlikdə keçirilən reydlər zamanı həbs edilib. İlkin olaraq ona valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri ilə bağlı ittihamlar əlavə edilib.

Ətraflı oxumaq üçün sayta keçid: https://qiyvaar.org/human-rights-watch-aytac-tapdigin-tibbi-yardim-almasina-imkan-verilmir/

UFC çempionu İslam Maxaçevə son yayımlanan müsahibələrinin birində "ABŞ-da LGBT haqqında tənqidi danışan idmançılar hans...
29/08/2026

UFC çempionu İslam Maxaçevə son yayımlanan müsahibələrinin birində "ABŞ-da LGBT haqqında tənqidi danışan idmançılar hansısa nəticələrlə üzləşə bilərmi?" sualı verilib.

O, belə xəbərdarlıqlar aldığını və bu mövzuda danışacağı təqdirdə sözlərinin müxtəlif dillərə tərcümə edilərək geniş yayıla biləcəyini deyib.
Maxaçev daha sonra Rusiyada bu məsələyə nəzarət olduğunu, digər ölkələrdə isə vəziyyətin “çox acınacaqlı” olduğunu bildirib.

“Bununla bağlı danışsan, nəticələri ola bilər. Amma mən bu nəticələrdən qorxmuram. Mənim mədəniyyətim, dinim və ölkəm bunun əleyhinədir. Mən də bunun əleyhinəyəm”, - deyə Maxaçev bildirib.

İdmançıların heteronormativliyin təbliği, cəmiyyətə maskulin obraz aşılamaq üçün davamlı istifadəsi alışılmış bir haldır. Buna bağlı olaraq, idman çevrəsi də belə bir maskulinlik ideoloji şərtləri altına salınır. Çünki onların özü də bu şərtlərdəki mühitdə həyat/idman yolu keçməli olurlar. Bu səbəbdən idmançıların hökumətlər tərəfindən maskulin/patriarxal kişi obrazının yaradılmasl üçün istifadə edilməsi və onların yetişdiyi şərtlər altında bu sürəcə "istənməyən" töhvələri qarşılıqlı bəslənmə formasında özünü gerçəkləşdirir.

21 yaşlı çeçen trans Dmitri Menyayev avqustun 15-də Gürcüstanın Batumi şəhərində yaşadığı mənzildə ölü tapılıb. Gürcüsta...
29/08/2026

21 yaşlı çeçen trans Dmitri Menyayev avqustun 15-də Gürcüstanın Batumi şəhərində yaşadığı mənzildə ölü tapılıb. Gürcüstan Daxili İşlər Nazirliyi onun ölüm faktı ilə bağlı araşdırmanı “intihara təhrik” maddəsi üzrə başladıb.

Menyayevin 2022-ci ildən Gürcüstanda yaşadığı bildirilir. Onun qardaşı Kuzma Yakimets isə ölümün intihar olmadığını və qardaşının zorakılıq nəticəsində öldürülmüş ola biləcəyini düşünür. O, işin qətl kimi araşdırılmasını istəyir və ölümün Menyayevin trans kimliyi ilə əlaqəli ola biləcəyini istisna etmir.

Yakimetsin sözlərinə görə, mənzildə əşyalar dağınıq vəziyyətdə olub və onun fikrincə, orada başqa şəxsin olduğuna işarə edən hallar var. Lakin ailənin vəkilinin bildirdiyinə görə, meyitin ilkin müayinəsində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib və tibbi ekspertizanın nəticələri gözlənilir.

Yakimets qardaşının ölümündən əvvəl hər hansı problem və ya narahatlıq əlaməti göstərmədiyini deyib. Onun sözlərinə görə, Menyayev Batumini öz evi hesab edir, insanlarla onlayn ünsiyyət qurur, stolüstü oyunlarla və 3D dizaynla maraqlanırdı.

Qardaşı onun cinsi oriyentasiyasının ölümündə rol oynaya biləcəyindən şübhələnsə də, hazırda bu ehtimalı təsdiqləyən sübutunun olmadığını da xüsusi vurğulayır.

Adresse

Paris

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Qıy Vaar publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Qıy Vaar:

Raccourcis

Partager