Region Press

Region Press ▶️ https://www.regionpress.ge ◀️


🟡⚫️ Regionpress.ge -tərəfsiz və qərəssiz xəbərin ünvanı /მიუკერძოებელი ამბების მისამართი!

10/06/2026

🟡⚫️ Qazreti qəsəbəsində güclü dolu və leysan yağışı müşahidə olunub.

10/06/2026

🟡⚫️ Bolnisi bələdiyyəsi ərazisində güclü leysan yağışı və dolu müşahidə olunub.

RegionPress.ge redaksiyasına daxil olan məlumata görə, rayon ərazisində yağan güclü leysan və dolu nəticəsində əkin sahələrinə, meyvə bağlarına və ağaclara ciddi ziyan dəyib.

08/06/2026

🟡⚫️ İsrail İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə hava zərbələri endirib.

Hücumların ardından Tehran, Təbriz və İsfahan şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilib.

İran Tehran Beynəlxalq Hava Limanına enən bütün uçuşları dayandırıb.

İrandan atıldığı iddia edilən bir raketin İordan çayının qərb sahilinə (Qərbi Şəriyə) düşdüyünü əks etdirən görüntülər yayılıb.

🟡⚫️  Azərbaycan Respublikasının səyyar “ASAN xidməti” bu dəfə GürcüstandaRegionpress.ge xəbər verir ki, Gürcüstanda müvə...
06/06/2026

🟡⚫️ Azərbaycan Respublikasının səyyar “ASAN xidməti” bu dəfə Gürcüstanda

Regionpress.ge xəbər verir ki, Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşlarına xidmət göstərmək məqsədilə səyyar “ASAN xidmət” iyunun 5-7-də Tbilisidə fəaliyyət göstərərəcək

Bu müddət ərzində Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlar üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, həmçinin məhkumluq barədə arayışların verilməsi xidmətləri təqdim olunur.

Xidmətlərdən istifadə etmək üçün Elektron Növbə Portalı vasitəsilə əvvəlcədən növbə götürmək mütləqdir: appointment.mfa.gov.az/az

Portalda səfirlik seçildikdən sonra müvafiq xidmət və müraciət tarixi (5, 6 və ya 7 iyun) qeyd edilməlidir.

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşir.

🟡⚫️Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində seçiciləri ilə yekun görüş...
06/06/2026

🟡⚫️Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində seçiciləri ilə yekun görüşünü keçirib.

🟡⚫️ Gürcüstan milli futbol komandası yoldaşlıq görüşündə Tbilisidəki Mixeil Mesxi Stadionunda Ruminiya millisi ilə qarşı...
03/06/2026

🟡⚫️ Gürcüstan milli futbol komandası yoldaşlıq görüşündə Tbilisidəki Mixeil Mesxi Stadionunda Ruminiya millisi ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

🟡⚫️ İrakli Kobaxidze: Bakı–Tbilisi–Qars dəmir yolu xətti Avropa ilə Asiyanı daha da yaxınlaşdırır, regionumuzun dünya ti...
03/06/2026

🟡⚫️ İrakli Kobaxidze: Bakı–Tbilisi–Qars dəmir yolu xətti Avropa ilə Asiyanı daha da yaxınlaşdırır, regionumuzun dünya ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir

🟡⚫️ Fuad Çıraqov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində müşavir vəzifəsinə təyin edilib.Regionpress.ge Tr...
02/06/2026

🟡⚫️ Fuad Çıraqov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində müşavir vəzifəsinə təyin edilib.

Regionpress.ge Trend xəbərə istinadla xəbər verir ki, o təhsil məsələləri üzrə müşavir vəzifəsini icra edəcək.

Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.

Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb.

Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.

🟡⚫️ Marneuli şəhərində Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş “Qafqazın iki müstəqil səsi” adlı tə...
27/05/2026

🟡⚫️ Marneuli şəhərində Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib.

Tədbir “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Dmanisi meri Koba Muradaşvili, din xadimləri, yerli özünüidarəetmə nümayəndələri, ictimaiyyət təmsilçiləri və gənclər iştirak ediblər.

Tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərindən bəhs edərək, müstəqilliyin xalqlar üçün ən böyük dəyər olduğunu vurğulayıblar.

Bildirilib ki, Gürcüstan və Azərbaycan xalqları tarix boyu ortaq dəyərləri bölüşüb, bu gün də regionda sülh, sabitlik və əməkdaşlığın möhkəmlənməsinə töhfə verirlər.

Tədbirin bədii hissəsində isə GAİM-in “Sarvan” folklor ansamblının təqdimatında Azərbaycan və gürcü milli rəqsləri nümayiş olunub, müxtəlif musiqi nömrələri səsləndirilib. İştirakçılar çıxışları alqışlarla qarşılayıblar.

🟡⚫️AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli alim, pedaqoq, şair və ...
26/05/2026

🟡⚫️AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli alim, pedaqoq, şair və ictimai xadim Valeh Hacıların 75 illik yubileyi keçirilib.

Tədbiri giriş sözü ilə SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı açaraq Valeh müəllimin 75 illik yubileyinin bir müddət öncə Gürcüstanın paytaxtı Tbilisi şəhərində qeyd olunduğunu bildirdi.

Ulu Öndər Heydər Əliyevin " Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" kəlamından sonra Valeh Hacıların Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışı təqdim olundu.

Akademik Nizami Cəfərov öz çıxışında Valeh Hacılarla ilk tanışlıqdan, alimin elmi fəaliyyətindən söz açaraq "Ədəbiyyat" qəzetinin əməkdaşı kimi Tiflisə səfəri zamanı Valeh Hacıların yerli elmi-ədəbi mühitdə böyük nüfuza sahib olduğunu müşahidə etdiyini bildirdi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu öz nitqində Valeh Hacıların elmi və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən danışdı.Təklif etdi ki, Azərbaycanda elmi - tədqiqat institutlarının birində Valeh Hacıların yaradıcılığına həsr olunmuş dissertasiya işi müdafiə olunsun, onun irsi, elmi fəaliyyəti geniş tədqiq olunsun.

Əməkdar incəsənət xadimi İsmayıl Ömərov Valeh Hacıların Gürcüstanda anadan olduğunu və ömrünün sonuna kimi orada yaşayıb - yaratmasının nümunə olduğunu bildirdi.
Professor Nəsib Nəsibli Valeh Hacıların yeri hər zaman görünüb və görünəcək sözləri ilə çıxışına başladı.

O , bu gün sağ olsaydı, problemlərin həlli istiqamətində mühüm işlər görüləcəkdi. Tədbirdə həmçinin Professorlar Rüstəm Kamal, Bədirxan Əhmədli, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Xəzər Klinikasının baş həkimi İlqar Yusubov, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və tələbələri adından, dosent Razim Məmmədli çıxış edərək Valeh Hacıların elmi-ictimai fəaliyyətini yüksək qiymətləndirdilər, onun barədə xatirələrini bölüşdülər.

Sonda ailəsi adından Valeh Hacıların oğlu, tarix elmləri doktoru Fəxri Hacılar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.Yubiley mərasimində tanınmış elm xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər.

Address

Bolnisi, Sulxan-Saba Orbeliani
Bolnisi
1100

Alerts

Be the first to know and let us send you an email when Region Press posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Region Press:

Share