Borchalitv

Borchalitv Gürcüstanda yaşayan Azərbaycanlılar üçün internet televizya.Azərbaycan Gürcüstan birliyi. Borchalitv.wordpress.com

01/04/2026

🗣Türkmənçay müqaviləsi ilə bağlı faktlar | ANIN TARİXİ

🌙 Ramazan Bayramınız Mübarək!"Birlikdə keçirdiyimiz hər anın, paylaşılan hər bir süfrənin qədir-qiymətini bildiyimiz bu ...
20/03/2026

🌙 Ramazan Bayramınız Mübarək!
"Birlikdə keçirdiyimiz hər anın, paylaşılan hər bir süfrənin qədir-qiymətini bildiyimiz bu mübarək günlərdə dualarınızın göylərə ucalmasını, qəlbinizin hüzurla dolmasını arzulayırıq.

Qoy bu bayram evinizə ruzi, süfrənizə bərəkət, ömrünüzə isə bitib-tükənməyən sevinc bəxş etsin. Mənəvi saflığın və qardaşlığın rəmzi olan Ramazan bayramı bütün arzularınızın çin olmasına vəsilə olsun.

Xoş gəldin, xeyir-dualı Bayram! ✨"

11/03/2026

🗣Nüvə partlayışından xilas olmaq üçün bunları etməlisiniz

🇦🇿✨ BAKI, AZƏRBAYCAN ✨🏙️🌊🌬️ Xəzərin incisi🔥💫 Odlar Yurdu🕌🏛️ Qədim və müasir şəhər❤️📍 Bakı, Azərbaycan
13/01/2026

🇦🇿✨ BAKI, AZƏRBAYCAN ✨🏙️
🌊🌬️ Xəzərin incisi
🔥💫 Odlar Yurdu
🕌🏛️ Qədim və müasir şəhər
❤️📍 Bakı, Azərbaycan

08/11/2025

📌 8 noyabr tarixində Azərbaycanın paytaxtı Bakıda keçirilən Zəfərin 5 illiyinə həsr olunmuş Hərbi Paraddan unikal görüntülər!

30/10/2025

🇦🇿 Xankəndi, Xocalı, Ağdərə - payız rənglərində.

"Tarixi faktlar sübut edir ki, ingilislərin 100 il idarə edə bilmədiyi Hindistanı, əsas da onun şimal hissəsini 1300 ild...
21/10/2025

"Tarixi faktlar sübut edir ki, ingilislərin 100 il idarə edə bilmədiyi Hindistanı, əsas da onun şimal hissəsini 1300 ildən çox türklər idarə edib.Avropanın 60 il idarə edə bilmədiyi ərəb ölkələri də təqribən 1000 il türk milləti tərəfindən idarə olunmuşdur.İran (Persia) adlanan ərazini də 1300 ildən çox biz türklər idarə etmişik.Qürur duyulası tariximiz var. Hələ Assurları, Misiri məğlub edən, Ərəb Xilafətini ələ keçirən, dünyanın 3 qitəsində yüzillərlə söz sahibi olan türkləri demirəm. Roma papasını diz çökdürən Atillanın (Hun) İmperiyasını, Çini lərzəyə gətirmiş, Böyük Çin Səddini tikməyə səbəb olmuş Asiya Hun İmperiyasını, 300 il Rusiyada ağalıq edən, 3 Xaç Yürüşünü darmadağın edən, Şərqi Roma İmperiyasını çökdürən, Vyana qapılarına qədər gedib çıxan türkləri, Çingizxanın Monqol İmperiyasını, 600 il ən güclü və uzunömürlü dövlətlərdən olmuş Osmanlı İmperiyasını da bunun üstünə gələk. Belə olanda baxırsan ki, 2500 il Asiyanın, 1500 il Avropanın böyük bir qisminin, 400 il Afrikanın şimal hissəsinin taleyini həll edən türk millətinin tarixini silsən yerdə heç nə qalmaz.".

Aydın Qasımlı, fəlsəfə doktoru, türkoloq, tədqiqatçı.

Sitat onun "Türklər" kitabındandır.

Türk dünyasının fəxri olan Atillanı, Tomrisi, Gül Tigini, Alparslanı, Çingizxanı, Əmir Teymuru, Toxtamışı, Mamay Xanı, Sultan Mehmet Fatehi, Babur Şahı, Hüseyn Baykaranı, Şah İsmayılı, Nadir Şahı ehtiramla anırıq !

Bəyənək və paylaşaq.

21/10/2025

📍Bayraktar “KIZILELMA” ASELSAN tərəfİndən hazırlanmış “Murad” AESA radİolokasİya sİstemİ İlə İlk uçuş sınağını uğurla başa vurub.

Gürcüstanda antisovet üsyanının azərbaycanlı qurbanları — SİYAHIGürcüstanda 1924-cü ildə baş vermiş sovet rejiminə qarşı...
12/09/2025

Gürcüstanda antisovet üsyanının azərbaycanlı qurbanları — SİYAHI

Gürcüstanda 1924-cü ildə baş vermiş sovet rejiminə qarşı silahlı üsyandan 101 il ötür. Həmin ilin avqustun sonu, sentyabrın əvvəllərində uğursuzluqla nəticələnmiş antisovet qiyamında minlərlə şəxs qətlə yetirilib. Məlumatlara əsasən, qiyam zamanı 4 minə yaxın şəxs güllələnərək öldürülüb.

Gürcüstanda fəaliyyət göstərən “Sovet Keçmişinin Araşdırılması Laboratoriyası” qeyri-hökumət təşkilatı üsyanın yatırılmasından sonra edam edilənlərin siyahısını təqdim edib. Bu mərhələdə məlum olan qurbanların siyahısında 10 nəfər azərbaycanlının da ad-soyadı yer alıb.

Həmin şəxslərin siyahısını sizlərin diqqətinizə çatdırırıq:

Mamed Abbas oğlu (Borçalıdan, kəndli)
Süleyman Haqverdi oğlu (Borçalıdan, kəndli)
Kiçik Bayramov Əli oğlu (1890-cı il doğumlu, Tiflis, Sirvaşi kəndinin sakini)
Cəfər Qəmbər oğlu (Borçalıdan, kəndli)
Asan (böyük ehtimal Aslan) Göyüş oğlu (Borçalıdan)
Osman-Məmməd Rəsul oğlu (Borçalıdan, kəndli)
Mansir (böyük ehtimal Mənsur ) Usub oğlu (Borçalıdan, kəndli)
Kərim Qurbanov (1897-ci il doğumlu, Borçalıdan, keçmiş zadəgan)
Nikoloz Caralov Faremuz oğlu (1898-ci il doğumlu, Borçalıdan, kəndli)
Rəhim Həsən oğlu (Borçalıdan, kəndli)

Qeyd edək ki, üsyanda iştirak etmiş 12 min nəfərdən çox şəxs Sibirə, 20 minədək şəxs isə Mərkəzi Asiyaya sürgün edilib. Lavrenti Beriyanın rəhbərliyi altında həyata keçirilmiş genişmiqyaslı repressiyalar gürcü cəmiyyətində mənəvi düşkünlüyə səbəb olmuşdu. Gürcüstanın müstəqilliyinin fəal tərəfdarları ya sürgün edilmiş, ya da mühacirət etməyə məcbur olmuşdu. Uğursuz “avqust üsyanı”ndan sonra Gürcüstanda sovet hakimiyyətinə qarşı qiyama böyük cəhdlər olmamışdır.

Mənbə: Aziz.ge

Jurnalist soruşur:“Keçmiş sevgiliniz İrina Şeykdən niyə ayrıldınız?”Kriştiano Ronaldo dərindən nəfəs alır və belə cavab ...
12/09/2025

Jurnalist soruşur:
“Keçmiş sevgiliniz İrina Şeykdən niyə ayrıldınız?”

Kriştiano Ronaldo dərindən nəfəs alır və belə cavab verir:

“Bir gün mənə elə bir söz dedi ki, içimdəki hər şeyi yerindən oynatdı. ‘Hara getsən, ananı da özünlə aparacaqsan? Artıq bir seçim etməlisən: ya o, ya mən…’ dedi. Bunu elə bir qətiyyətlə, hətta qəzəblə söylədi ki, o an hekayəmizin sonuna gəldiyimizi anladım.

Amma mən heç vaxt anamı başqasına dəyişməyəcəyəm. Nə bu dünyada, nə də o dünyada... Çünki bir qadın ananı qəbul etmirsə, deməli, o sənin qismətində olan insan deyil.

Mən hələ balaca uşaq olanda, xəyallarım var idi, amma əlimdə heç nə yox idi – yanımda kim var idi, bilirsinizmi? Anam. O, mənim üçün hər cür fədakarlıq etdi. Başqalarının evlərini təmizlədi, bağlarında işlədİ, tualetlərini yudu... Bütün bunları sadəcə mənim bir dəftərim, bir cüt ayaqqabım olsun deyə etdi.

Mənim dünyamdakı ən böyük hədiyyə – anamdır. Və bu seçimimdən bir gün belə peşman olmadım.” ✨️

🗣Azərbaycanlı müsəlman xalça satıcıları, Tbilisi, Gürcüstan, təqribən 1900-cü il.👉Dmitri Ermakov
05/03/2025

🗣Azərbaycanlı müsəlman xalça satıcıları, Tbilisi, Gürcüstan, təqribən 1900-cü il.

👉Dmitri Ermakov

Address

Marneuli

Alerts

Be the first to know and let us send you an email when Borchalitv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Borchalitv:

Share

Category